Nazirlər Kabinetində köhnə eşalon yola salına bilər - Rəsizadənin müavinləri yol üstündədir...
Tarix: 28-02-2015, 16:48 | Çap et
Son vaxtlar ölkə rəhbərliyi bir sıra struktur islahatları aparmaqla “ortada yeyib, qıraqda gəzən”lərin sayının azaldılmasına start verdi. Daha doğrusu, oxşar səlahiyyətləri olan, funksionallığı aşağı qurumların ləğvinə, yaxud onların səlahiyyətlərinin yaxın orqanlar arasında bölüşdürülməsinə start verdi.
Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi və ölkədə əhaliyə elektrik enerjisi təchizatı göstərən 4 dövlət qurumu “Azərişıq” ASC-də birləşdirildi. Bununla da bu xidmətlərin birbaşa fəaliyyətinə dəxli olmayan bir çox administrativ vəzifələr aradan qalxdı. Ekspertlər ölkə rəhbərliyinin bu addımını dəstəkləməklə yanaşı, struktur islahatlarının hətta bir qədər gecikdiyini bildirirlər. Onların fikrincə, iqtisadiyyatı yalnız neft-qaz üzrə ixtisaslaşan Azərbaycanın hökumət aparatı həddindən artıq şişirdilib. “Bizim bir sahəmiz var və onu da idarə etmək elə də çətin deyil. Adətən çoxsahəli iqtisadiyyatları idarə etməkdə çətinliklər olur. Amma buna baxmayaraq, təkcə nazirlikləri götürəndə, bizdə 20 nazirlik, üstəgəl komitələr var. Halbuki, dünya iqtisadiyytının 20 faizini tutan Amerika kimi ölkədə cəmi 16 nazirlik fəaliyyət göstərir. Böyük Britaniyada 17, Almaniyada isə 12 nazirlik işləyir”, - bunu təxminən on gün əvvəl tanınmış iqtisadçı, Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev mətbuata açıqlamasında bildirmişdi. Ekspertin fikrincə, bəzi nazirliklər və komitələri ləğv etməklə onları başqa nazirliklərin tərkibində şöbə və ya departamentə çevirmək olar. “Məsələn, Müdafiə Sənayesi Nazirliyini İqtisadiyyat və Sənaye Nazirliyinin daxilində bir bölmə eləmək olar, ayrıca bir nazirlik yaratmağa nə ehtiyac var? Bir çox ölkələrdə gömrük ayrıca departament kimi Daxili İşlər Nazirliyinə tabedir, vergi xidməti isə Maliyyə Nazirliyinin sanballı bir departamentidir”, - deyə Oqtay Haqverdiyev vurğulayır. İqtisadçı ekpertin sözlərinə görə, iqtisadiyyat sahəsinə aid nazirlik və komitələrin əsasnamələrində çoxlu təkrarlar var: “Məsələn, Maliyyə Nazirliyinin əsasnaməsi ilə İqtisadi İnkişaf Nazirliyinin əsasnamələrində müəyyən fərqlər var, amma bəzi funksiyaları eynidir”. Onun sözlərinə görə, funksiyaların belə yayqınlaşması fəaliyyətin effektivliyini aşağı salır. Oqtay Haqverdiyev misal kimi bir sıra nazirliklərdə nəzarət funksiyasının olmasını göstərir. Onun fikrincə, yoxlama ilə məşğul olan qurumlar sovet dövrünün tək nəzarət qurumu olan Xalq Nəzarətinin effektivliyin vermir. Səbəb nazirlik və komitələrə özlərini yoxlamaq səlahiyyətinin verilməsidir:“Ona görə də indi qurumlar heç kimdən çəkinmirlər. Halbuki SSRİ vaxtı hər hansı obyekt tikiləndə onu müstəqil komissiya qəbul edirdi, çox vaxt da qəbul etmirdi, müəyyən düzəlişlər edilməsini tələb edirdi. Normativlərə və standartlara əməl olunmayanda, günahkarları hətta həbsxanaya da göndərirdilər”. Oqtay Haqverdiyev vaxtı ilə işlədiyi Nazirlər Kabinetinin fəaliyyətinə də toxunub. Onun sözlərinə görə, Nazirlər Kabinetinin indiki strukturu bir növ SSRİ vaxtından qalıb və Azərbaycan SSR Nazirlər Sovetinə oxşayır: “Burada da böyük islahatlar aparılmalıdır. Bizdə prezident respublikasıdır, Nazirlər Kabinetinin funksiyaları tamam başqa olmalıdır.Tutaq ki, prezident hansısa bir qərar çıxarır, Nazirlər Kabineti onun qaydalarını təsdiq eləməlidir. Eyni şöbələr Prezident Administrasiyasında da, Nazirlər Kabinetində də olmasına baxmayaraq, onların funksiyaları fərqli olmalıdır. Nazirlər Kabinetinin böyük aparatı var və onlarda da ixtisarlar aparılmalıdır”. Bir sözlə, belə iddialar da var ki, ölkə rəhbərliyinin struktur islahatları hökumət kabinetinə də sirayət edə bilər. İstisna edilmir ki, Nazirlər Kabineti aparatı da kiçildilsin, buradakı bir çox şöbələr birləşdirilsin və yaxud ləğv olunsun. Bundan başqa, baş nazir müavinlərindən humanitar sahəyə məsul olan Elçin Əfəndiyevin səlahiyyətlərinin digər baş nazir müavinlərindən birinin səlahiyyətlərinə daxil edilməsi gözləniləndir. Eyni zamanda hesab olunur ki, baş nazir müavinləri İsmət Abbasovla Abid Şərifovun səlahiyyətləri də birləşdirilə bilər. Belədə isə bu iki vitse-spikerdən birinin vəzifəsi ilə vidalaşması mümkün sayılır. Hər halda Nazirlər Kabinetindəki struktur islahatları yalnız büdcə vəsaitlərinə qənaət baxımından deyil, həm də onun daha çevik orqana çevrilməsi baxımından arzuolunan hesab edilir. Ekspertlərin bu gözləntilərinin reallaşıb-reallaşmayacağını isə zaman göstərəcək. Odur ki, prosesləri qabaqlamağa çalışmayaq. Yəqin ki, qarşıdakı dövrdə bu deyilənlərə də tamamilə aydınlıq gələcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Dünən, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Dünən, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Dünən, 14:49 |
|
|
|
|