İDDİA: Beynəlxalq Bankın yeni rəhbərindən işçilərə şok zərbə... - Hətta gündəlik yemək pulu kimi verilən 6 manat da ləğv olunub
Tarix: 13-04-2015, 10:17 |
Çap et
DİA.AZ: - Beynəlxalq Bankda heç də deyildiyi kimi vəziyyət yaxşı deyil. DİA.AZ bildirir ki, bu barədə "teref.info" saytı xəbər yayıb.
Sayta məlumatlı mənbənin verdiyi məlumata görə, hətta vəziyyət o yerə çatıb ki, hesabında pul olan bəzi şirkətlər nəqd pul əməliyyatları keçirdə bilmirlər. Səbəb isə Bankın hesablarında pul olmamasıdır.
Adının açıqlanmasını istəməyən məlumatlı mənbənin Teref.infoya verdiyi məlumata görə yeni təyin olunmuş PaşaBankın köhnə sədri Fərid Axundov Beynəlxalq Bankın işləri ilə tanış olandan sonra bəzi radikal addımlar atıb. O bütün borc hesablarını 3 ay ərzində sıfırlamaq əmri verib. Bundan əlavə aşağıdakı addımlar da yeni rəhbərliyə aiddir:
- Bütün ştatları 50 faiz ixtisara salıb.
- İşçilərin maaşlarını 10 faiz azaldıb.
- İşçilərə hər gün verilən yemək pulunu (6 manat) ləğv edib.
- İşçilərə verilən mükafatlarda ləğv olunub.
Bütün bunları danışan məlumatlı mənbə, Fərid Axundovun bundan sonra daha sərt addımlara əl atacağını deyib.