Dövlətin 1 milyard pulunu necə havaya sovurdular... - Qorxmaz Hüseynov bunun hesabını verməlidir
Tarix: 24-04-2015, 13:00 | Çap et
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) əhalini fasiləsiz və keyfiyyətli şəkildə içməli su ilə təmin etməyə borcludur. Sadəcə bir içim su. Amma qurumun rəhbər işçilərinin şəxsi maraqlarını dövlətin ali qanunlarından daha üstün tutması vətəndaşların içməli su ilə təminatı məsələsində çox böyük problemlərin əmələ gəlməsinə səbəb olub. Təbii ki, "Azərsu" ilə bağlı yaranan problemlərin başında qurumun sədri Qorxmaz Hüseynov dayanır. ASC-də cərəyan edən qanun pozuntuları və büdcə vəsaitlərinin hansı formada göyə sovrulmasına keçid almazdan öncə Qorxmaz müəllimin tərcümeyi-halına diqqət yetirək.
Neftə nə qədər maddə qatsan da, çevrilib su ola bilməz
O, 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.
1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyası) daxil olub. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb və müxtəlif vəzifələrdə işləyib. ASC-yə sədr təyin edilənə qədər isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti vəzifəsini tutub. 2011-ci ildə isə həmin vəzifədən azad edilərək ASC-yə sədr teyin olunub. Göründüyü kimi, adıçəkilən məmur cəmiyyətə sədr təyin edilənə qədər bir gün də olsa su təsərrüfatında çalışmayıb. Yəni uzun illər neft sektorunda fəaliyyət göstərən Hüseynov birdən-birə "Azərsu"ya rəhbər gətirilib. Onun su sahəsində yetərli savad və təcrübəyə malik olmaması özünü açıq-aşkar şəkildə büruzə verir. Çünki neft və su tamamilə ayrı-ayrı anlayışlardır. Neftə nə qədər maddə qatsan da, çevrilib su ola bilməz. Həmçinin də suya.
Ümumi məsələlər üzrə müavin İlqar Tağıyev hansı funksiyanı daşıyır?
Qeyd edək ki, əhali "Azərsu" rəhbərliyində baş verən dəyişiklikdən müsbət nəticələr gözləsə də, Qorxmaz Hüseynov ona bəslənən ümidləri doğrulda bilmədi. Onun ASC-yə sədr təyin olunması ilə bərabər yeni-yeni problemlərin əsası qoyuldu. ASC sədrinin adı son vaxtlar müxtəlif mənimsəmə hallarında çəkilməkdədir. Oxucularımızı yormamaq üçün həmin mətləbləri bir daha qabartmaq istəmirik. Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumatlara görə, cəmiyyətin bu günə qədər sifarişçisi olduğu layihələrin yetərli hissəsində qanun pozuntularına yol verilib. Məsələn, qurumun su və kanalizasiya layihəsi çərçivəsində Dünya Bankı ilə bağlanmış müqavilələrə əsasən görülən işlərinə nəzarət edən ümumi məsələlər üzrə müavini İlqar Tağıyev bəzi əməllər törədib ki, bunun xeyrini həm özü, həm də ASC-nin sədri görüb. Belə ki, bu şəxs xarici sərmayələrə nəzarət etməklə bərabər, həm də xarici şirkətlərin ölkəmizə gəlib iş görmələri ilə məşğuldur: "Qurumun bölgələrdə Dünya Bankı ilə razılaşdırılmış su və kanalizasiya layihəsini həyata keçirən əsas şirkət "T.T.Ş İnşaat servis"dir. Deyilənə görə, adıçəkilən şirkət sədrin qardaşı Məhəmməd Hüseynov tərəfindən idarə edilir. Bu şirkət son illər Azərbaycanın müxtəlif rayonlarında su və kanalizasiya layihələrini həyata keçirib. Məsələn, şirkət Qəbələ şəhərində "PWT Wasser-un Abwassertehnin" ilə birgə 64 milyon manatlıq, Beyləqan rayonunda "GMBH-CO.GH" şirkəti ilə 48 milyon manatlıq, Qusar, Xaçmaz, Xızı rayonlarında 17 milyon manatlıq layihəyələr gərçəkəşdirib. Həyata keçirilən layihələrdə görülən işlər, həmçinin su və kanalizasiya layihəsinin smetasında qeyd olunan bəzi maddələr açıqşəkildə pozulub. Belə ki, layihəyə cəlb edilən fəhlələrə hər bir metr 150-lik borunun çəkilişi üçün 3 manat, 200-lük borunun çəkilişi üçün 5 manat, 300-lük borunun çəkilməsi üçün 8 manat, 400-lük borunun çəkilişi üçün 11 manat, 500-lük borunun çəkilişi üçün 13 manat ödənməli imiş. Amma "Azərsu" rəhbərliyi və "T.T.Ş İnşaat" şirkəti fəhlələrə ay ərzində 390 manat əmək haqqı verib. Bundan başqa şirkətin işçiləri ilə heç bir müqavilə bağlanmayıb və onlar muzdlu işçi kimi işləyiblər. Su və kanalizasiya işçiləri ilə rəsmi müqavilə bağlanmadığına görə minlərlə işçi "Azərsu" ASC-nin layihələrində qeyri-rəsmi işləyirlər, bu işçilərin heç bir sığortası yoxdur. İlqar Tağıyev həmçinin Göyçay şəhərində Türkiyə şirkəti "Alko İnşaat San və Tic.Aş"la 19 milyon manatlıq layihə həyata keçirib və bu işlərin dəyərindən 10 faizlik payını alıb. O, Ağdaş rayonunda "Atinak Mü.İnş.San və Tic.A.Ş"ın həyata keçirdiyi 67 milyon manatlıq layihədən isə 25 faiz, "Çukurova-Su-İstilik Quraşdırma" birgə müəssisəsinin Naftalan şəhərində həyata keçirdiyi 24 milyon manatlıq layihədən də 10 faiz alıb. Deyilənə görə, bu layihələrdən silinən vəsaitlərin böyük hissəsindən sədrin xəbəri olub.
587 milyonun müqabilində hansı işlər görülüb?
"Azərsu" ASC-nin sifarişçisi olduğu layihələrdə üzə çıxan qaranlıq məqamlar xarici iş adamlarının da diqqətindən yayınmayıb. Türkiyənin "Kanalize İnşaat" şirkətinin rəhbəri Ridvan Köse bir müddət əvvəl qurumda qeydə alınan korrupsiya sxemi ilə bağlı "Azadlıq" radiosuna maraqlı faktları açıqlayıb: "Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Bir az sənə iş gördürürlər, pullar uçub gedirdi. Qatıldığım 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldı. Ancaq bu məbləğ kağız üzərində qaldı. Nə məni işlətdilər, nə pulumu verdilər. Qeyd edək ki, bu yaxınlarda "Azərsu" ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ayrılan vəsaitdir. Buna baxmayaraq, həmin vəsaitin müqabilində normal iş görülməyib. Qurumun rəhbərliyində təmsil olunan şəxslər büdcə vəsaitlərini təyinatı üzrə sərf etməyiblər ki, bu da öz növbəsində fəsadların meydana çıxmasına zəmin yaradıb. Müqayisə üçün deyə bilərik ki, Moldovanın paytaxtı Kişinyovda kanalizasiya sisteminin 1.85 km-nin təmirinə 2.1 milyon lei (178000 dollar) sərf olunub. Sistemin 160 km-i təmir olunmalıdır, bunun üçün də minimum 315 milyon lei (26.68 milyon dollar) lazımdır. "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynov isə yerli mediaya bildirib ki, Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1.5 mlrd. manat tələb olunur. Məgər, bizdə kanalizasiya xətti qızıldan, yoxsa başqa bahalı metaldan çəkilir?
Cəzasızlığın nəticəsi...
Yazının əvvəlində dediyimiz kimi, "Azərsu" ölkənin bütün yaşayış məntəqələrində əhalinin içməli su ilə təmin olunmasına məsul qurumdur. Lakin cəmiyyət üzərinə düşən işləri lazımi səviyyədə həyata keçirə bilmir. Araşdırmalar nəticəsində öyrəndik ki, sözügedən dövlət idarəsinə büdcə ilə yanaşı, xarici maliyyə qurumları tərəfindən də vəsait ayrılır. Məsələn, Asiya İnkişaf Bankı ASC-yə su təchizatı və kanalizasiya sistemlərini yenidən qurması üçün külli miqdarda, daha dəqiq desək 300 milyon dollar kredit ayırıb. Buna görə hətta ortaq şirkət də yaradılıb- "T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG". İddialara əsasən, şirkətə rəhbərlik edən Xəyal Aslanzadə Qorxmaz Hüseynovun yaxın adamlarındandır. O qədər yaxın ki, şirkətin elə ASC sədrinə məxsus olduğunu söyləmək olar: "Asiya İnkişaf Bankı bu qədər kredit ayırsa da, paytaxtın su və kanalizasiya sistemi hələ də normal səviyyədə qurulmayıb. Bakının bəzi qəsəbə və kəndlərində kanalizasiya sistemi demək olar ki, yoxdur. Minlərlə insanın yaşadığı Bakıətrafı qəsəbələrin əksəriyyətində isə əhali içməli suyu maşınla alır. Amma soruşan yoxdur ki, ay Qorxmaz müəllim, Asiya İnkişaf Bankının ayırdığı 300 milyon dollar hara getdi? Bu adam cəzalandırılmadığı üçün bütün qanunsuz işlərini rahat şəkildə həyata keçirir".
"Azərsu"nun əməkdaşları milyonlar hesabına çəkilən yolları bərbad hala salır
"Azərsu" ASC-nin əməkdaşları vətəndaşlara əlavə problemlər də yaradır. Belə ki, təmir işlərinin aparılması üçün Bakının bir çox yeni asfaltlanmış yolları qazılaraq sökülür. İşlər bitdikdən sonra isə yollar elə "Azərsu"nun əməkdaşları tərəfindən yenidən asfaltlanır. Lakin məsələ burasındadır ki, əvvəlkindən fərqli olaraq sonradan yolun yamaqlanmış asfalt örtüyünün keyfiyyəti çox aşağı olduğundan qısa müddətdə sıradan çıxır. Bu isə həm nəqliyyat vasitələrinin sürücülərinə, həm də piyadalara müəyyən problemlər yaradır. Qeyd edək ki, bu problem həm magistrallarda, həm də yaşayış massivləri daxilindəki yollarda özünü qabarıq büruzə verir. "Azəryolservis" ASC-nin məsul şəxsləri isə bildirir ki, avtomobil yollarında hər hansı bir kommunikasiya xəttinin çəkilməsi üçün qazıntı işləri aparılmazdan öncə Nəqliyyat Nazirliyinə müraciət olunmalıdır. Yəni bunun üçün icrası məcburi olan texniki şərt alınmalıdır: "Texniki şərtdə asfalt-beton örtüyünün hansı qaydada kəsilməsi, telekommunikasiya xəttinin çəkilməsi ilə bağlı xəndəyin qazılması, lazımi materiallar və s. aparılacaq zəruri işlər göstərilir. Yolu qazan kommunikasiya təşkilatı icrası məcburi olan bu texniki şərti aldıqdan sonra işlərə başlaya bilər. Bəzi hallarda qazıntıdan sonra kipləşdirmə işi düzgün aparılmadığı üçün yenidən həmin avtomobil yolunda çökmələr baş verir". Buradan belə məlum olur ki, hörmətli Qorxmaz müəllimin rəhbərliyi altında çalışan şəxslər hansısa yolu qazıb-dağıtmamışdan əvvəl Nəqliyyat Nazirliyinə məlumat vermirlər. Bu isə ASC sədrinin nazirlik rəhbərliyi ilə hesablaşmamasına bir işarədir. Fakt isə bundan ibarətdir ki, "Azərsu"nun əməkdaşları milyonlar hesabına çəkilən yolları bərbad hala salır. ASC əhaliyə xlorlu su içirir
Başqa bir məqama nəzər salaq. Bildiyiniz kimi, içməli suyun tərkibindəki zərərli maddələr xlor, ultrabənövşəyi şüalar, ozon, natrium hipoxlorid kimi vasitələrlə və filtrasiya yolu ilə təmizlənir. Son zamanlar daha çox istifadə olunan ozon üsulu suyu daha effektli təmizləyir və ekoloji cəhətdən ən münasib üsullardan biri sayılır. Ozon hətta suyun tərkibindəki dəmir və manqan hissəciklərini də məhv edir. Azərbaycanda isə daha çox xlorlama üsulundan istifadə olunur. Suyun xlorla təmizlənməsi insan sağlamlığına ciddi ziyan vurur. Ekspertlərin dedikləri: "Xlorda çox təhlükəli kimyəvi maddələr mövcuddur, bu maddələr müəyyən xəstəliklərin yaranmasına səbəb olur. Məsələn, şəkər xəstəliyini sürətləndirən amillərdən biri də xlordur. Daha ucuz olduğu üçün bizdə bu üsula üstünlük verirlər. Rusiyada isə artıq suyu natrium hipoxloridlə təmizləməyə başlayıblar. Belçika, Kanada və digər ölkələrdə daha proqressiv üsullardan istifadə olunur. Onların təcrübəsini öyrənmək və tətbiq eləmək lazımdır. Əhaliyə verilən su Kür-Araz qovşağından götürülür. Ermənistan öz mis mədənlərinin tullantılarını Araz çayına axıdır. Ona görə də suyu 20 kilometr yuxarıdan götürmək lazımdır. Birbaşa Mingəçevir su anbarından da əlavə xətt çəkmək mümkündür". Lakin "Azərsu" hələ də suyun xlorla təmizlənməsindən imtina etməyib. Etibarlı mənbənin bildirdiyinə görə, ASC rəsmiləri bir müddət əvvəl suyun ozonla təmizlənməsi üçün layihə hazırlayıb və bu məqsədlə Ceyranbatanda ultra sutəmizləyici qurğu inşa olunub: "Külli miqdarda vəsait hesabına başa gələn layihə iflasa uğrayıb. Suyun hələ də ozonla təmizlənməsinə start verilməyib. Hər bir Bakı sakini bunu təsdiq edə bilər. Əhaliyə verilən suyun tərkibinə həddindən artıq xlor qatılır. Bu isə öz növbəsində insanların sağlamlığını təhlükə qarşısında qoyur".
Su ehtiyatlarının qorunub saxlanması üçün müvafiq tədbirlər görülmür
Onu da qeyd edək ki, bəzi ölkələrdə evlərə çəkilən adi su, suvarma suyu, təsərrüfat məqsədləri üçün nəzərdə tutulan su, isti su xətləri ayrı-ayrı, əlahiddə olur. Hətta təmizlənmiş su xətti də ayrıdır. Bu sudan içmək və yemək hazırlamaq üçün istifadə olunur. Yaponiyada isə içməli sudan təkrar istifadəyə imkan verən sistem əsasında yararlanmaq təcrübəsi geniş yayılıb. Belə ki, mətbəxdə, yaxud hamam otağında əlini yuduğun su unitazı yumaq üçün ayaqyolundakı xüsusi çəlləyə vurulur. Yəni sən əlini yuduğun sudanikinci dəfə də ayaqyolunu yumaq üçün istifadə edirsən. Hətta Rusiyanın özündə də tikinti normaları belə sistemləri tətbiq eləməyə imkan verir. Onlardan yararlanmaq lazımdır. Azərbaycanda isə belə təcrübə yoxdur. Biz unitaza da elə içdiyimiz suyu buraxırıq. Su ehtiyatlarının qorunub saxlanması üçün cəmiyyət tərəfindən müvafiq tədbirlər görülmür: ""Azərsu" Avropada və ABŞ-da artıq 30 ildən çoxdur tətbiq edilən çoxpilləli sənaye filtrlərindən istifadə etmir. Bu filtrlərin tətbiqi istismara nəzarət edən işçi heyətinin olmasını tələb etmir. Yəni onları işlətməyə insan qüvvəsi gərək deyil. Həmin filtrlər fasiləsiz verilən suyu fasiləsiz qaydada da təmizləyirlər. Filtrin özü isə saniyələr ərzində özü-özünü yuyub təmizləyir. Bu qurğular çürümür, çünki onların korpusu yüksək keyfiyyətli poladdan hazırlanıb və üzünə poliester örtük çəkilib. Bu da onları hətta açıq havada da saxlamağa imkan verir. Yəni onlar üçün ayrıca bina tikməyə, xərc çəkməyə də ehtiyac yoxdur. Bu filtrlərin gücünə gəlincə isə, onların biri 100 min əhalisi olan yaşayış məntəqəsini fasiləsiz olaraq 24 saat təmiz su ilə təmin edə bilir. Həmin filtrlərin birinin qiyməti 70-80 min dollar arasında dəyişir. "Azərsu"nun büdcəsi 1 milyard dollara yaxındır, bu isə həmin filtrləri almağa imkan verəcək məbləğdir. Əgər Qorxmaz Hüseynovun əhaliyə təmiz su vermək arzusu olsa, bu problemi qısa müddətdə həll etmək çox asandır. Əhalini təmiz su ilə təchiz etmək vəzifəsini "Azərsu" ASC-nin qarşısında prezident özü qoyub. Bu məqsədlə dövlət büdcəsindən hər il külli miqdarda vəsait ayrılır. Lakin ortada müsbət qiymətləndiriləcək iş yoxdur. Əslində belə də olmalıdır. Çünki bayaq qeyd etdiyimiz kimi, Qorxmaz Hüseynov bu sahəyə tamamilə yad adamdır. O vəzifəyə keçəndən sonra özünə yaxın adamları ətrafına cəlb edib ki, onların da heç biri su sahəsində kifayət qədər təcrübəyə malik deyil. Ən dəhşətlisi odur ki, Qorxmaz müəllim "Azərsu"da peşəkar mütəxəssisləri görmək istəmir. Bir sözlə, savadlı kadra ASC-də yer yoxdur.
Oğuz-Qəbələ-Bakı su kəməri dövlət büdcəsindən vəsait ayrılan, amma gözləntiləri doğrultmayan layihələrdən biridir
Hamıya bəllidir ki, ölkəmizin su sektorunda həyata keçirdiyi ən böyük layihələrdən biri Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi oldu. 2010-cu ilin sonlarında Oğuz-Qəbələ-Bakı su kəməri salındı. Xatırladaq ki, açılış mərasimində paytaxt sakinlərinin 75 faizinin içməli su ilə aramsız təmin olunacağı vəd edildi. Düzdür, həmin vaxt cəmiyyətin sədri başqa şəxs idi. Amma bunun heç bir fərqi yoxdur. Kəmər istifadəyə veriləndən bir il sonra Qorxmaz Hüseynov vəzifəyə gətirildi. Aradan isə 4 il vaxt keçib. Buna baxmayaraq, paytaxt əhalisinin nəinki 75 faizi, heç 5 faizi də aramsız su ilə təmin edilməyib. Ayda azı 2-3 dəfə Bakının müxtəlif rayonlarına içməli suyun verilişi dayandırılır. Bəlkə belə deyil, Qorxmaz müəllim? Oğuz-Qəbələ-Bakı kəmərinin suyu nə paytaxtın çevrəsindəki kənd və qəsəbələrə çatıb, nə də şəhərin mərkəzinə. Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə 2007-ci ildə başlanmışdı. Layihə təxminən bir milyard manata başa gəlib. Kəmərin çəkilişini Neft Fondu maliyyələşdirib. Səkkiz rayonun ərazisindən keçərək Bakıya gələn 262 kilometr uzunluğunda kəmərin suyunun əhaliyə çatmaması maraq doğurur. Səbəb kimi kəmərin mənbəyinin - bulaqların quruması, daha doğrusu, quruma ehtimalları göstərilir. Bakını içməli su problemindən qurtarması bir yana, kəmər çəkildiyi kəndlərdə də su problemi yaradıb. Oğuz-Qəbələ-Bakı su kəməri dövlət büdcəsindən vəsait ayrılan, amma gözləntiləri doğrultmayan layihələrdən biridir. Halbuki, kəmər Bakının içməli su problemini çözmək üçün çəkilmişdi. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə bildirib ki, bu layihə təkcə büdcədən milyonların israfına deyil, kəmərin keçdiyi ərazidə yüzlərlə ailənin mülkiyyət hüququnun pozulmasına, su qaynaqlarının qurumasına yol açıb: "Normal Hesablama Palatası olsaydı, bu layihəni yoxlayar və bu qədər problemin yaranmasına imkan verməzdi. Layihənin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından yararlanmaq, Bakıya saniyədə 5 kubmetr həcmində içməli su axıtmaq idi. Kəmər əhaliyə yüksək keyfiyyətli suyun çatdırılmasına, paytaxt sakinlərinin içməli su ilə təchizatına təminat verməliydi".
Qorxmaz Hüseynovun özü və yaxın qohumları bahalı həyat tərzi sürür
Maraqlıdır, görəsən dünyada bu tip layihələrə nə qədər vəsait sərf olunur? Araşdırmalar göstərir ki, Türkiyədən Güney Kipr Türk Cümhuriyyətinə "əsrin layihəsi" deyilən su boru xətti çəkilir. Layihə kifayət qədər mürəkkəbliyi ilə fərqlənir. Dünyada ilk dəfə olaraq dənizin altı ilə bir ölkədən digər ölkəyə su boru xətti aparılacaq. layihənin ümumi uzunluğu 107 km nəzərdə tutulur ki, onun 250 metr dərinliyində 80 km uzunluğu dənizin altına düşür. Borular dəniz dibindəki təzyiqə davam gətirmələri üçün xüsusi texnika ilə inşa edilib. Anamur-Draqon çayı üzərində inşa edilən su anbarından alınacaq illik 75 milyon m3 su Kiprdə inşa edilən Geçitköy su abarına ötürüləcək. Aparılan tədqiqatlarda boruların 12 ballıq zəlzələyə tab gətirməsi, habelə fırtınalara qarşı dayanıqlılığı müəyyən edilib. İstifadə edilən boruların 125 illlik istismar müddəti, ümumi xəttin isə 1000 il istifadə etmək mümkün olmasına dair zəmanət verilib. İllik 75 milyon m3-un suyun 37 milyonu içməyə, 38 milyonunun isə təsərrüfata sərf olunacağı qeyd edilir. Tikilən iki anbarın su saxlama gücü isə illik 130 milyon m3-dur. Bu mürəkkəb layihədə Kipr və Türkiyə hökumətləri cəmi 484 milyon dollar (380 milyon manat) sərf edib. Digər nəhəng su layihəsi isə İordaniyada həyata keçirilib. 2008-ci ildə icrasına başlanan layihə 2014-cü ilin oktyabrında yekunlaşıb. 325 km-lik boru xətti əsas su mənbəyini İordaniyanın cənubundakı Dişi Bölgəsindəki yeraltı su hövzələrindən alaraq paytaxt Ammana yönləndirilib. Layihəni Türkiyənin Gama Energy Holdinq və İordaniya hökuməti birgə həyata keçirib. İldə 100 milyon m3 suyu əhaliyə satacaq GAMA holdinq 25 ildən sonra xətti tam olaraq İordaniya hökumətinə təhvil verəcək. Beləliklə, 325 km-lik xəttin maliyyələşməsinə ABŞ-ın "OPIC" şirkəti, Avropanın İnvestisiya Bankı, Fransanın "Proparco" şirkəti tərəfindən 445 milyon dollar, İordaniyanın Su və Suvarma Nazirliyi 300 milyon dollar, GAMA Enerji şirkəti isə 190 milyon dollar vəsait ayırılb- cəmi 935 milyon dollar və ya 730 milyon manat. Göründüyü kimi, bu layihələrin birincisi öz mürəkkəbliyinə, ikincisi isə miqyasına görə Azərbaycandakı su layihələrindən daha iridir. "Oğuz-Qəbələ-Bakı" kəmərindən 80 km, "Samur- Abşeron" kanalından 142 km böyük olan İordaniyanın "Dişi-Amman" su xətti kəmərinə ayrılan vəsaiti müqayisə etmək kifayətdir ki, Azərbaycandakı layihələrin smeta dəyərinin necə şişirdildiyini görmək olsun. Bəs buna nə deyirsiniz, Qorxmaz Hüseynov? Gedin xarici ölkələrin təcrübəsini öyrənin. Çünki orda dövlətin büdcəsindən ayrılan pulları nəzərdə tutulan işlərə xərcləyirlər. Sizin kimi paytaxtın ən bahalı yerlərində mənzillər, obyektlər, mülklər və daha nələr almırlar. Biz heç nəyi səhv demirik. Növbəti saylarımızda sizin və ətrafınızda olan qohumlarınızın yaşadığı bahalı həyat barədə geniş araşdırma yazısı dərc edəcəyik. Əgər məsələyə münasibət bildirmək istəyirsinizsə, biz sizin mövqeyinizi dinləməyə və dərc etməyə hazırıq. Amma suyumuzu kəsmək məsələdən çıxış yolu deyil. Bu arada, "Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədov, sədrin birinci müavini Teyyub Cabbarov, istismar üzrə müavin Köçərli Həsənov haqda da maraqlı məlumatlar əldə etmişik. Tələsməyin, yaxın günlərdə həmin məlumatları ən incə detallarına kimi açıqlayacağıq. \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|