Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

Fətullah Gülənin qürur duyduğu azərbaycanlı məmur... - Amma Azərbaycan onunla fərəhlənmir də...
Tarix: 29-04-2015, 11:12 | Çap et
Fətullah Gülənin qürur duyduğu azərbaycanlı məmur...
Prezident İlham Əliyev Hacıqabulda Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində çıxışı zamanı bildirdi ki, son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir, bu proses geniş vüsət alıb: "Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var idi. Çünki bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü, kanalizasiya layihələri ümumiyyətlə yox idi.

Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələrin icrası nəzərdə tutulur. Bu işlərin içərisində infrastruktur layihələri birinci yerdədir və son illərdə bu istiqamətdə böyük işlər görülüb". Ölkə rəhbərliyi səviyyəsində su və kanalizasiya sistemlərinin ən mükəmməl şəkildə qurulmasına böyük diqqət göstərilir. Bu məqsədlə dövlət büdcəsindən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) ayrılan vəsaitlər bunu təsdiq edə bilər. Təəssüf ki, sözügedən qurumun sədri Qorxmaz Hüseynov və onun yüksək vəzifə ilə təmin etdiyi bəzi qohumları "Azərsu"nun fəaliyyətini iflic hala salıb. Son illər əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması əvəzinə, vətəndaşlar daha böyük problemlərlə üzləşmək məcburiyyətində qalıblar. Bu isə o deməkdir ki, ASC sədri ölkə başçısının onun qarşısında qoyduğu vəzifələri layiqincə icra edə bilmir.

6 milyona salınan park niyə çöküb?

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildən, yəni Qorxmaz Hüseynovun sədr postuna təyin edilməsindən bu günə qədər olan fəaliyyəti barədə araşdırmalarımız davam edir. Xatırladaq ki, araşdırmaların bir hissəsini ötən saylarımızda dərc etmişik. Əldə etdiyimiz yeni məlumatlara görə, adıçəkilən dövlət qurumu tərəfindən həyata keçirilən daha bir layihədə ciddi qanun pozuntularına yol verilib. Bildiyiniz kimi, keçən ilin dekabr ayında prezident İlham Əliyev Bakıda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "+82 Qərb" su anbarının ərazisində yeni salınan "Yasamal" parkının açılışında iştirak etdi. Qeyd edək ki, parkın açılışında "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov parkın tikintisi ilə bağlı dövlətimizin başçısına məlumat verib. Çünki parkın qurulması xərcləri məhz "Azərsu" tərəfindən çəkilib. Rəsmi qaydada açıqlanmasa da, təxminən 6 milyon manatlıq vəsaitin xərcləndiyi iddia olunur: "Sözügedən park "Azərsu" ASC-nin "+82 Qərb" su anbarının ərazisində, Yasamal rayonunun Akim Abbasov və Zahid Xəlilov küçələrinin kəsişməsində salınıb. Park salınarkən su anbarlarının təhlükəsizliyi üçün əvvəlcədən bütün texniki tədbirlər görüldüyü iddia olunsa da və ən əsası bu barədə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov tərəfindən ölkə rəhbərliyinə məruzə olunsa da, faktlar bunun tam əksini söyləyir. Aydın olur ki, sədr həqiqətə uyğun olmayan məlumatlar açıqlayıb.

Yeni salınmış park əslində su anbarının üzərində qurulduğundan və parkın altında böyük gölməçənin qalması səbəbindən xərclənən pulların həcminə baxmayaraq, qısa müddətdən sonra fəsadlar dərhal özünü göstərib. Açılışdan qısa müddət sonra parkın böyük bir hissəsi altının gölməçə olması səbəbindən çöküb". Məlumatlı mənbənin iddiasına görə, parkın tikintisi üçün ayrılan büdcə vəsaitləri məqsədyönlü şəkildə istifadə edilmədiyi üçün bu tip fəsadlar üzə çıxıb. Qorxmaz Hüseynov isə məharətlə parkın çökməsi məsələsini ictimaiyyətdən gizlətməyi bacarıb. Biz isə tam əminliklə deyə bilərik ki, ASC rəhbərinin iştirakı ilə həyata keçirilən qanundan kənar işlərin üstü nə vaxtsa açılacaq və o buna görə cavab verməli olacaq.

Arzuman Abbasovun işində dəfələrlə nöqsan aşkar edilib, amma hələ də vəzifədədir

"Azərsu"da problem yaradan şəxslərdən biri də Əsaslı Tikinti Departamentinin rəisi Arzuman Abbasovdur. Deyilənə görə, ASC-nin bu gün öz təyinatı üzrə maksimum gücü ilə işləyə bilməməsinin əsas səbəbkarlarından biri də bu şəxsdir. Araşdırmalar göstərir ki, sözügedən məmur indiyə qədər ASC-də iki rəis yola salıb. "Azərsu"ya Oqtay Əsədov və Nizaməddin Rzayevin rəhbərliyi dövrlərində də o rəis işləyirdi. Qorxmaz Hüseynov qurumun rəhbəri təyin olunandan sonra departament rəhbəri hansısa sehrli əllərin köməyi ilə postunda qalmağı bacarıb. Etibarlı mənbənin dediyinə görə, yuxarılarda kimlərəsə arxayın olan məmur qanunlara qarşı itaətsizlik sərgiləyərək rəhbər vəzifə tutduğu cəmiyyətdə xoşagəlməz işlərə əl atır: "Hesablama Palatasının 2012-ci ilə dair hesabatında ASC-də bir sıra korrupsiya hallarına yol verildiyi üzə çıxmışdı. Hazırlanan sənədə görə, "Azərsu" tərəfindən 2010-cu il üzrə dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrə dair təklif olunmuş büdcə proqnozlarının texniki hesablamaları aparılmayıb. Bu layihələr dövlət poqramları ilə tam əlaqələndirilmədən təqdim edilib. Bəzi obyektlər üzrə inşaat işlərinin birbaşa satın alınması müqaviləsi bağlansa da, müqavilənin dəyəri podratçı təşkilatlar tərəfindən təqdim edilən iş həcmləri və qiymət cədvəli əsasında müəyyən edilib. Yəni departament rəisi büdcədən ayrılan vəsaitlərin böyük bir hissəsini başqa məqsədlər üçün istifadə edib. Üstəlik, qurumda sədr dəyişikliyi reallaşandan sonra öz əməllərindən əl çəkməyib.

O öz maraqlarını hər şeydən üstün tutaraq həmin vəsaitlərin təyinatı üzrə sərf edilməsinə şərait yaratmayıb. Bunun nəticəsidir ki, hazırda vətəndaşların əksəriyyəti içməli su ilə bağlı sıxıntı yaşayır". Maraqlıdır ki, cəmiyyətin fəaliyyətini bərbad hala salan rəislə bağlı indiyə kimi heç bir ölçü götürülməyib. Deyilənə görə, hətta sədr belə ona söz keçirə bilmir. Mənbəmiz deyir ki, neçə illərdir rəis vəzifəsində çalışan Arzuman Abbasov qeyri-qanuni yollara baş vurmaqla maliyyə imkanlarını xeyli yaxşılaşdırıb. Onun nəzarətindəki biznes obyektləri haqda isə növbəti sayımızda geniş məlumat verəcəyik. Onu da bildirəcəyik ki, Arzuman müəllimin qardaşının həyat yoldaşı ermənidir və o ermənilərlə biznes elaqələrində bulunur.

Qorxmaz müəllim, əgər şəffaflıqdan söhbət edirsinizsə, gedin məmurların, varlı şəxslərin imarətlərindən də su pulu yığın

Heç kimə sirr deyil ki, hazırda ölkə əhalisinin içməli su ilə təminatı ürəkaçan səviyyədə deyil. Başqa sözlə desək, büdcədən ayrılan vəsaitlərlə həyata keçirilən tədbirlərin arasında ziddiyyət var. Bu isə "Azərsu"da mövcud olan yeyinti və mənimsəmə halları ilə bağlıdır. Gəlin açıq danışaq. Əgər ASC-nin rəhbər vəzifəli şəxsləri dövlət layihəsi üçün nəzərdə tutulan vəsaitin bir hissəsinə əl qoyursa, onda hansı keyfiyyətdən danışmaq olar? Ölkə rəhbərliyi qarşıya vəzifə qoyur ki, filan işlər filan qədər pulla həyata keçirilməlidir. Qorxmaz Hüseynov və ətrafındakı bəzi şəxslər isə həmin vəsaitlərdən öz bildikləri qaydada istifadə edirlər. Ki, nəticəsi göz qabağındadır. "Azərsu" tərəfindən icra edilən layihələrin əksəriyyəti özünü doğrultmayıb. Sədr vəzifəyə yeni təyin olunanda Bakının və rayonların kanalizasiya problemini qısa vaxt ərzində həll edəcəyinə söz vermişdi. Aradan 4 il vaxt keçsə də, ortada bir şey yoxdur. Olan isə dövlətin büdcəsinə, xalqa olur. Bu insanlar sanki qəsdən vətəndaşlara problem yaradırlar. "Azərsu"nun rəhbərliyindlə yer alan şəxslərin gücü ancaq sadə camaata çatır. Sıravi insanlar su pulunu bir gün gecikdirən kimi qurumun əməkdaşları onların suyunu kəsir. Halbuki, sədrin özünün və qohumlarının villası olduğu "Vorovski"də, Teymur Əliyev küçəsindəki "Milyonçular Məhəlləsin"də yaşayan insanların külli miqdarda borcu olduğu halda, suları heç vaxt kəsilmir. Nəyə görə? Onların sadə vətəndaşlardan nəyi artıqdır? Qorxmaz müəllim, əgər şəffaflıqdan, haqq-ədalətdən söhbət edirsinizsə, gedin məmurların, varlı şəxslərin imarətlərindən də su pulu yığın. Həmin şəxslərin borcunu yetim-yesirin belinə yıxmayın. Qanun təkcə kasıb üçündür? Demirsiniz ki, bir gün bu insanlar hər şeydən bezib sizə ən sərt formada etirazını bildirər? Axı nəyə görə insanların hissləri ilə oynayırsınız? Bizə verilən məlumatda deyilir ki, ASC sədrinin "Vorovski"də, daha dəqiq desək, Daxili Qoşunların Baş İdarəsi ilə üzbəüz yerləşən villasında suyun verilişində heç bir problem yoxdur. Hətta bütün ölkənin suyu kəsilsə də, bu villada daim su olar. Ümumiyyətlə, görəsən həmin villanın su sayğacı varmı? Qorxmaz müəllim, siz nəyi qoyub, nəyi axtarırsınız. Sizə yaxın olan insanların, məsələn "Birləşmiş Sukanal" MMC-nin sədri Etibar Məmmədovun, müavinləriniz Teyyub Cabbarovun, Köçərli Həsənovun, Binəqədi rayon Sukanal İdarəsinin rəisi Əhliman Mansurovun, Arzuman Abbasovun, Yaşar Kəlbiyevin, qardaşınız Məhəmməd Hüseynovun, qayınınız Namiq Cəbrayılovun və digərlərinin paytaxt ərazisində dəyəri milyonlarla ölçülən imarətləri var. Görəsən, onlar bahalı mülklərə hansı pullarla sahiblənib. Bax bu sualın cavabını şəxsən sizdən soruşuruq. Çünki hamısı siz sədr vəzifəsinə keçəndən sonra əmələ gəlib. Zəhmət olmasa, buyurun cavab verin.

Qorxmaz Hüseynovun DİN-ə qarşı savaşı nədən qaynaqlanır?

Araşdırmalara görə, Qorxmaz Hüseynov zaman-zaman bəzi yüksək vəzifəli şəxslərə savaş elan edib. Məsələn, keçən il "Azərsu" ASC Daxili İşlər Nazirliyinin tabeliyində olan iki quruma qarşı məhkəmə iddiası qaldırıb. Cəmiyyətin Daxili Qoşunlarla Polis Akademiyasına qarşı qaldırdığı borc tələbindən bəhs edən şikayətlərinə birinci məhkəmə instansiyalarında baxılıb. ASC Daxili Qoşunlardan istifadə etdiyi su və kanalizasiya borcu olaraq ümumilikdə 45830 manat pul tələb edib. Daxili Qoşunların Baş İdarəsinin hesabından tutulması tələb olunan bu məbləğə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə görə 38822,51 manat məbləğində əsas borc, 6987,60 manat məbləğində penya və 20 manat dövlət rüsumu daxildir. Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qarşı verdiyi digər şikayət isə Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə araşdırılıb. Hakim Səriyyə Seyidova isə mayın 20-də birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayan qərar qəbul edib. 80 min manata yaxın borc mübahisəsi üzrə çıxarılan bu qətnamə "Azərsu" ASC-ni qane etməyib. Dövlət qurumlarının bir-birini məhkəməyə verməsi nadir hallarda rast gəlinən məsələdir. Görünür, Qorxmaz Hüseynov DİN-in tabeliyindəki qurumları məhkəməyə verməklə Daxili Qoşunların Baş İdarəsində kadrlar şöbəsinin müdiri işləyən qardaşı Nəsir Hüseynovun daha yüksək posta təyinatına nail olmaq istəyir. Yoxsa o qardaşının vəzifə tutduğu Daxili Qoşunların Baş İdarəsini nəyə görə məhkəməyə versin ki. Adama deməzlərmi ki, "Azərsu" dövlətə olan vergi borcunu ödəmədiyi halda, nə üzlə başqalarından su və kanalizasiya pulunu tələb edir. Deyərlər, lap o tərəfə də keçərlər. Bildiyimizə görə, digər dövlət qurumlarının da ASC-yə borcu var. Buna rəğmən, onların heç biri məhkəməyə verilməyib.

Müxalifətçilərin məskəninə çevrilən "Xudafərin" şadlıq sarayı Qorxmaz Hüseynovundur?

Əldə etdiyimiz başqa bir məlumata görə, "Azərsu"da çalışan işçilərin bir çoxunun "paket maaş"ı ləğv edilib. Bu barədə redaksiyamıza danışan mənbənin sözlərinə görə, qərar bir neçə ay öncə verilib: "Paket" sisteminin ləğvini maliyyə problemlərinin olması ilə əlaqələndirdilər. Buna baxmayaraq, sədrin "Azərsu"da işləyən yaxın qohumları hələ də "paket" alırlar. Maliyyə problemi mövcuddursa, onların "paket"i niyə ləğv edilmir? Demək ki, bu bəhanədir. Ümumiyyətlə, ASC-də kim sədrə yaxındırsa, onun qohumudursa, ona "yaşıl işıq"dır. Burda "paket" maaşları vəzifəyə, işə görə deyil, şəxsə görə də tətbiq etmək mümkündür. Yəni aşağı vəzifədə olub, daha yüksək "paket" almaq mümkündür". Araşdırmalar zamanı o da məlum oldu ki, paytaxtın Nizami rayonunun ərazisində yerləşən "Xudafərin" şadlıq sarayı və eyniadlı hotel də söhbətini etdiyimiz məmura məxsus imiş: "Bu şadlıq sarayı və hotel sədrin biznesinin ən gəlirli sahələri hesab edilir. "Xudafərin" şadlıq sarayında toy sarıdan heç bir sıxıntı olmur. Burda toy edənlərin əksəriyyəti isə müxalifətlə bağlılığı olan insanlardır. İsa Qəmbər və müxalifətin digər tanınmış simalarının qohumlarının toyu məhz burda təşkil edilib. Şadlıq evinin kağız üzərində müdiri Səyavuş Əsgərovdur. O cəmiyyət sədrinin biznesinin bir hissəsini idarə edir. "Xudafərin" hotelinin də ona məxsus olduğu bildirilir. Burda hansı işlərin cərəyan etməsi isə çoxlarına gün kimi aydındır". Hələ bu harasıdır ki, Qorxmaz müəllim. Tükürpədən faktlar bundan sonra olacaq. Növbəti sayımızda ASC sədrinin "Ekol Mühəndislik Xidmətləri" Qapalı Səhmdar Cəmiyyətində baş direktorun istehsalat üzrə müavini işləyən qardaşı Məzahir Hüseynov, Qorxmaz Hüseynovun oğlu Araz Hüseynovun xarici ölkələrə hansı işlər görməsi üçün getməsi, nə qədər xərcə düşməsi və Yusifəlinin atasının yas mərasimində hansı müxalifətçilərin iştirak etməsi barədə şok faktları açıqlayacağıq. Bizi izləməkdə davam edin.

Qəzət çapa gedərkən öyrəndik ki, Binəqədi Sukanal İdarəsinin rəisi Əhliman Mansurovu işdən azad ediblər. Bu haqda gələn sayımızda oxuyacaqsınız.

Yazıda adı qeyd olunan bütün şəxslərin cavab haqqını tanıyırıq.

"Gündəlik Bakı"nın araşdırma qrupu


DİA.AZ-dan: Bu arada qeyd edək ki, hələ iki il əvvəl Qorxmaz Hüseynovun "nurçu" cameəsinə aid türkiyəli iş ortaqlarından biri "Azərsu" şefi barəsində maraqlı bir ifadə işlətmişdi: "Fətullah Gülən hocamız Qorxmaz bəylə qürur duyur"... Olsun. Amma bir məsələ bizə görə daha önəmlidir. Qirxmaz Hüseynova Fətullah Gülənin yox, Azərbaycan xalqının rəğbəti daha çox önəm kəsb etməlidir. Çünki onu "Azərsu" rəhbərliyinə təyin edən prezidentimizin də ümidləri məhz bundan yana olub...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru