Beynəlxalq Bankın keçmiş sədrinin şirkətləri əlindən alınır - Cahangir Hacıyevə növbəti “qara xəbər”
Tarix: 10-06-2015, 10:50 | Çap et
"Azərinşaatservis" MMC-də 2 aya yaxındır ki, işçilərə əmək haqqı verilmir. Bu barədə MMC-də çalışanlar məlumat verib. Məlumat üçün deyək ki, "Azərinşaat" MMC bir müddət əvvəl Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin nəzarətinə keçib. Buna səbəb MMC-nin Beynəlxalq Banka külli miqdarda kredit borcunun olmasıdır. Borc müqabilində "Azərinşaatservis" o vaxtki sahibləri tərəfindən Cahangir Hacıyevə verilib. Müəssisənin həmin vaxtkı rəhbəri Türkiyə vətəndaşı olan Bülent Karani isə Azərbaycandan qaçıb. "Azərinşaatsevris" Cahangir Hacıyevin nəzarətinə keçdikdən sonra Beynəlxalq Bankın sabiq rəhbəri yaxın adamı Mehdi Əliyevi sözügedən MMC-yə direktor təyin edib. Mehdi Əliyev Beynəlxal Bankla bağlı "kredit qalmaqalı"na görə həbs olunub. MMC-nin işçiləri deyir ki, Mehdi Əliyev "Azərinşaatservis"ə rəhbər təyin olunandan sonra xeyli peşəkar kadrı işdən uzaqlaşdırıb. Şirkəti uçuruma sürükləyib. Onun həbsindən sonra isə işçilərə maaş verilmir. Bundan başqa "Azərinşaatservis"lə müqavilə əsasında işləyən şirkətlərdə ödənişlər edilmir. İşçilər deyir ki, belə şirkətlərdən biri "İnter securty" mühafizə şirkətidir. Məlumat üçün deyək ki, bu şirkət də Cahangir Hacıyevə məxsusdur. Şirkətin rəhbəri isə İbrahim Hüseynov adlı şəxsdir. "İnter securty"nin işçilərinə də 3 aydır maaş verilmir. Xatırladaq ki, bundan əvvəl Cahangir Hacıyevə məxsus başqa bir şirkətin - “İnter Security” adlı mühafizə şirkətinin 20-yə yaxın keçmiş əməkdaşı mətbuata müraciət edib və onlar müraciətdə bildiriblər ki, şirkətdən öz ərizələri ilə çıxıblar. Buna səbəb isə baş verən qanunsuzluqlar, maaşların gecikməsi, işçilərin adı ilə maxinasiyalara yol verilməsi olub: “Bu ilin mart, aprel, may aylarının maaşını verməyiblər. Ona görə də bir neçə gün əvvəl işdən çıxmışıq. Hər dəfə maaşların nə vaxt veriləcəyini soruşanda bizi müxtəlif vədlərlə aldadıblar. Biz işimizdə heç bir nöqsana yol verməmişik. Amma şirkətin rəhbərliyi qanunsuzluğa əl atıb. İşçilərin adlarına külli miqdarda kreditlər götürülüb, maaşlarımız bəzi hallarda mənimsənilib və s. Biz dəfələrlə şirkətin rəhbərliyinin diqqətinə çatdırmışıq ki, baş verənlərlə bağlı müvafiq dövlət qurumlarına şikayət edəcəyik. Amma onların bizə verdiyi cavab belə olub: ”Gedin nə bacarırsınızsa edin". Biz də məcbur qalıb işdən çıxdıq. Amma işdə qalanlar da var. Onların da maaşları verilmir. Onlar da pullarını tələb edir". “Unikal”ın araşdırması zamanı ortaya çıxıb ki, hələ bu ilin martında Beynəlxalq Bankın keçmiş rəhbərinə məxsus olan BOT MMC də fəaliyyətini müvəqqəti dayandırıb. Adıçəkilən MMC-dən şirkətin fəaliyyətini dayandırması sifarişin olmaması ilə əsaslandırılsa da (bu şirkət Dövlət Sərhəd Qoşunlarının keçirdiyi tenderin qalibi olub və onlar üçün ayaqqabılar hazırlayıb, deyilənə görə, bundan sonra şirkətə heç bir sifariş verən olmayıb). Maraqlı burasıdır ki, BOT MMC 15 ilə yaxın müddətdə Müdafiə Nazirliyi üçün də ayaqqabı istehsalı ilə məşğul olub. Amma Səfər Əbiyevin müdafiə naziri postundan uzaqlaşdırılmasından sonra BOT MMC-yə sifarişlər dayandırılıb. 300-ə yaxın işçisinin işsiz qaldığı BOT MMC-nin rəhbərinin Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev olması mətbuatda dəfələrlə qeyd edilib. Şirkət 1998-ci ildə 4 nömrəli Bakı ayaqqabı fabrikinin bazasında yaradılıb. BOT MMC Azərbaycan Respublikasının güc strukturları üçün hərbi və xüsusi təyinatlı ayaqqabıların istehsalçısı olub. Amma onun fəaliyyətini dayandırması məhz Cahangir Hacıyevin “vurulmasından” sonraya təsadüf etdiyi üçün şirkətin bağlanması xüsusi maraq doğurur. Əldə etdiyimiz məlumata görə, Cahangir Hacıyevin nəzarətində olan bir neçə başqa müəssisədə də analoji vəziyyət yaranıb. Həmin müəssisələrdə də işçilər xüsusilə son bir neçə ayda maaşlarının ödənilməməsindən gileylənirlər. İstisna edilmir ki, proseslərin belə gedişi Beynəlxalq Bankın sabiq rəhbərinin qurduğu “biznes imperiyasının” tamamilə çöküşü ilə nəticələnsin. Belə ki, Cahangir Hacıyevin maliyyə baxımından “batmaq” təhlükəsi ilə üzləşən şirkətlərinin onun əlindən alınması və başqa oliqarxların nəzarətinə keçməsi tamamilə gözləniləndir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|