İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Qaradağda məmur özbaşınalığı vətəndaşı çilədən çıxarıb... - ŞİKAYƏT VAR
Tarix: 8-08-2015, 12:55 | Çap et
Qaradağda məmur özbaşınalığı vətəndaşı çilədən çıxarıb...
DİA.AZ "Balansinfo.az"-a istinadən xəbər verir ki, bu barədə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayan Üzeyir Quliyevin redaksiyamıza daxil olmuş şikayət məktubunda bəhs olunur. Müraciəti olduğu kimi təqdim edirik:

«Hörmətli redaksiya, bildirirəm ki, mən Quliyev Üzeyir Əbil oğlu Cəbrayıl rayonunun Mahmudlu kəndində anadan olmuşam. Hal-hazırda ailəmlə birlikdə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdəki 11 saylı binada yaşayıram.
Ailəm 7 nəfərdən ibarətdir. 80 yaşlı anam da bizimlə yaşayır, yataq xəstəsidir. Mən də ailəmə çörəkpulu qazanmaq üçün yaşadığım şəhərcikdə kənd təsərrüfatı məhsulları satmaq qərarına gəldim. Belə ki, dükan tikmək məqsədilə Müşfiqabad qəsəbəsi Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Qabil Quliyevin qəbulunda oldum. O, dükanın tikilməsi üçün bəzi sənəd və qərarın lazım olduğunu söylədi. Mən həmin sənədləri və qərarı götürüb bu ilin əvvəllərində Qabil Quliyevin yanına getdim. Kabinetinə daxil olanda Müşfiqabad qəsəbəsinin mühəndisi Asif adlı şəxs də içəridə idi. İkisi də gəlişimin səbəbini soruşdu. Gəlişimin səbəbini onlara bildirdim və Qabil müəllimə xatırlatdım ki, onun dediyi sənədləri və qərarı gətirmişəm. Hər ikisi sənədləri gözdən keçirdilər. Qeyd edim ki, sənəddə dükanın ərazisi 20 kv.metr nəzərdə tutulmuşdu. Onlar məndən dükanı harada tikəcəyimi soruşdular. Dedim ki, yaşadağım binanın baş tərəfindəki boş ərazidə. İkisi də bir ağızdan dedilər ki, Allah xeyir versin, get tik! Mən Mənzil-Kommunal İstismar Sahəsindən çıxandan 2 saat sonra Qabil müəllim məni yanına çağırdı. Kabinetində məndən soruşdu ki, 20 kv.metrlik dükan səni qane edəcəkmi? Onun nə demək istədiyini soruşdum. Qayıtdı ki, istəsən, dükanın həcmini artıra bilərik. Dedm, lap yaxşı. Dedi, onda sən hazırlaş, sabah sənə xəbər verəcəm.
Ertəsi gün axşam saat 5-6 radələrində Qabil müəllim mənə zəng edib, yanına çağırdı. Mən «JEK»ə getdim. Qabil müəllim dedi ki, «səninlə kişi söhbəti edəcəm. İşini danışıb razılığını almışam, dükanın həcmini əlavə 50 kv.metr artıracaqsan. Amma dükanın 70 kv.metrlik layihəsinin təsdiqi üçün 5 min manat verəcəksən». Mən də dedim ki, gedib ailəmlə məsləhətləşib sonra şizinlə danışaram. Ailənin dolanışığını nəzərə alıb, maşınımı və həyat yoldaşımın qızıllırını sataraq 5 min manatı düzəltdim. Sonra da dükanın tikilməsi barədə sənədləri, qərarı və 5 min manatı götürüb Qabil müəllimin yanına getdim. Sənədləri və 5 min manat pulu kabinetində Qabil müəllimə verdim. O da dedi ki, «sən get arxayın tikintiyə başla, mən də dükanın 70 kv.m-lik layihəsini təsdiq etdirib gətirəcəm».
Bundan sonra mən iki usta və üç fəhlə ilə dükanın tikintisinə başladım. Aradan təxminən 10 gün keçəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstimar Departamentinin müdir müavini Qulu adlı şəxs mənə zəng etdi. Dedi, bizə xəbər veriblər ki, sən orada nəsə tikirsən, hər nədirsə dayandır, bir-iki günə özüm gələcəm.
Bir neçə gündəq sonra «Qaçqınkom»un nümayəndəsi, «JEK» rəisi Qabil müəllim və qəsəbənin mühəndisi tikinti gedən əraziyə gəldilər. Onlar öz aralarında nə söhbət etdilərsə, birdən mübahisə etməyə başladılar. «Qaçqınkom»un nümayəndəsi Qulu müəllim kiməsə zəng edib dedi ki, burada heç bir qanunsuz iş görülmür. Sonra da çıxıb getdilər.
Sonradan məlum oldu ki, sən demə, Qabil müəllim məndən əlavə pul almaq məqsədilə «Qaçqınkom»a zəng edib ki, bir nəfər qəsəbədə qanunsuz dükan tikir. Halbuki Qabil Quliyevin rəis olduğu Mənzil-Kommunal İstismar Sahəsinin binası ilə mənim tikdirdiyim dükan üzbəüzdür, ara məsafəsi isə 15 metr ola, ya olmaya. Göndərdiyim fotodan da göründüyü kimi, Qabil müəllmin idarəsinin pəncərəsindən mənim tikdirdiyim dükan, dükanın pəncərəsindən isə onun möhtəşəm idarəsi görünür. Əgər mən dükanı qanunsuz tikirdimsə, Qabil müəllim hər gün gördüyü bu tikintini niyə gəlib dayandırmırdı? Üstürdən 4-5 ay keçəndən, tikinti başa çatandan, üstü örtüləndən sonra niyə etirazını bildirir?
Bunu eşidəndən sonra Qabil müəllimin yanına gedib dedim ki, bu nə oyundur mənim başıma gətirirsən? O da dedi, bir az səbrli ol, bu iş böyüyüb, qoy ara sakitləşsin, işini həll edəcəm. Aradan bir müddət keçdi, lakin Qabil müəllimdən bir səs-soraq çıxmadı. Dost-tanış dedi ki, Qabil sənin savadsızlığından istifadə edərək, səni yola verir. Həqiqətən də belə oldu. Bir gün Qabil müəllim məni yanına çağırıb dedi ki, yuxarılar verdiyin 5 min manata dükanın 70 kv.metrlik layihəsini təsdiqləmir, əlavə pul istəyirlər, o pulu verməyə imkanın varmı? Dedim, yox, məndə hardadır o qədər pul?
Beləcə, günü-günə sataraq Qabil Quliyev nə dükanın tikintisi ilə bağlı sənədləri, qararı və 70 kv.m-lik layihəni özümə qaytarır, nə də layihənin təsdiqi üçün məndən aldığı 5 min manatı. Ona görə də şikayitmi dərc etməyinizi və bu məsələni ictimailəşdirməyinizi sizdən xahiş edirəm.
Onu da qeyd edim ki, mən məsələ ilə bağlı Qaradağ rayon prokurorluğuna, rayon Polis İdarəsinə, eləcə də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyev rəsmi şikayət ərizəsi ilə müraciət etmişəm. Müraciətimdə mənə dəyən maddi zərərin ödənilməsinə və dükanın 70 kv.m-lik layihəsi üçün Qabil Quliyevin məndən aldığı 5 min manatın geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişəm. Artıq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sözügedən şikayətimi araşdırır. Hətta Qabil Quliyevi Baş İdarəyə çağırıblar. Qaradağ rayon prokurorluğu isə şikayətimlə bağlı izahatımı da alıb. İnanıram ki, aidiyyəti qurumların köməyi ilə problem öz həllini tapacaq”.

Şikayət məktubunda adı çəkilən şəxslərin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Bu səbəbdən də qarşı tərəfi də dinləməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru