Səlim Müslümova işçisindən şikayət olundu - İlginc iddialar
Tarix: 19-08-2015, 11:11 | Çap et
Bir müddət bundan əvvəl redaksiyamıza Yasamal rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin (ƏSMM) direktoru Gülnarə Salahovanın yarıtmaz fəaliyyəti, öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə məlumatlar daxil olmuşdu. Bu xüsusda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, Yasamal ƏSMM-nin rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı durum yaşamaqdadırlar. Hətta bəzi mənbələrin iddiasına görə bu gün artıq Yasamal ƏSMM, məhz Gülnarə Salahovanın öz işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi sayəsində, analoji qurumlar arasında daha çox seçilən idarələrdən birinə çevrilmişdir. Təqdim olunan açıqlamalarda ilk növbədə vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir mənimsəmə üsulu, yəni kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsi bu gün də Yasamal ƏSMM-də geniş tətbiq edilir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparan vətəndaşlar isə o dərəcədə süründürməçiliklə üzləşirlər ki, bir çoxları son nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Daha sonra məlumatlarda bildirilir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə mərkəzin direktoru Gülnarə Salahova bəzi ehtiyyat tədbirlərinə də əl atmalı olmuşdur. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir. Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatlarda irəli sürülən bütün bu və digər ittihamları nəzərə alaraq, dərc etdiyimiz materiallardan birində, biz Gülnarə Salahovanın fəaliyyətində müşahidə olunan bir çox məqamların “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları”nın müxtəlif bəndləri ilə uyğunsuzluğunu diqqət mərkəzinə çəkmişdik. Bundan başqa isə, Gülnarə Salahova tərəfindən mətbuatın Yasamal ƏSMM-nin fəaliyyətinə dair ona ünvanlanan sorğularını, bu quruma heç bir aidiyyatı olmayan kənar bir şəxsə, öz şəxsi vəkilinə yönəltməsi də tərəfimizdən haqlı qınaqla qarşılanmışdı. Biz qeyd etmişdik ki, aldığımız məlumatlarda bəhs olunan bəzi məqamlara aydınlıq gətirmək üçün, əməkdaşımız bu yaxınlarda Yasamal ƏSMM-nə telefonla zəng vurmuşdu. Mərkəzin əməkdaşı isə, məqsədimizi biləndən sonra bizə bir mobil telefon nömrəsi vermişdi. Həmin nömrəyə zəng etdikdə isə, bizə cavab verən xanım özünü məhz bu cür təqdim etdi: “Mən Gülnarə Salahovanın şəxsi vəkiliyəm və siz bütün suallarınızı mənə ünvalaya bilərsiniz”. Belə çıxır ki, Yasamal ƏSMM-nin direktoru öz vəzifə fəaliyyəti ilə bağlı bütün məlumatları əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə heç bir aidiyyatı olmayan bir şəxsə təqdim edir və həmin şəxsə nazirliyin struktur bölmələrindən birinin adından danışmaq səlahiyyəti verir. Bütün bunlardan sonra Gülnarə Salahova da öz növbəsində bizi “uydurma” mənbələrə istinadən çıxış etməkdə ittiham etmişdi. Lakin nədənsə növbəti məlumatımıza ƏSMM direktorunun reaksiyası gəlmədi. Həmin məlumatı təqdim edən mənbə bildirmişdi ki, o, bu yaxınlara qədər Yasamal ƏSMM-də çalışmış və işlədiyi müddətdə öz vəzifələrini vicdanla yerinə yetirmişdir. Lakin bir müddət əvvəl, həmin əməkdaş məhz Gülnarə Salahovanın ona qarşı irəli sürdüyü bəzi qeyri-qanuni tələbləri icra etməkdən boyun qaçırdığı üçün, ƏSMM direktorunun göstərişi ilə işdən azad edilmişdir. Şikayətçi həmçinin bildirmişdi ki, məsələ ilə bağlı o, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət edib. Ümid edirik ki, ən qısa zamanda bu vətəndaşın şikayəti əsasında nazirlik tərəfində Yasamal ƏSMM-də müvafiq yoxlamalara başlanacaq.\\bizimdovr.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
|