Köhnə qışlağına sığınan rayonun başçı dərdi... - 2-ci hissə...
Tarix: 21-08-2015, 11:01 | Çap et
ƏVVƏLİ BURADA
Laçının işğalı günü anımı mərasimi və 20 min manat…
Mediaya verilən digər bir məlumatda isə Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov rayonun işğal gününün qeyd edilməsi mərasimini korrupsiya ocağına çevirdiyi iddia olunub. Yazıda bildirilib ki, rayonun 2014-cü il büdcəsində bu məqsədlə xeyli vəsait ayrılıb. Vəsait başçıya yaxın MMC-nin hesabına köçürülüb və mənimsənilib. Məlumat Laçındakı mənbələrdən daxil olub. Məlumatı dəqiqləşdirmək üçün Satınalmalar üzrə Dövlət Agentliyi rəsmi saytında Laçın rayon İcra hakimiyyətinin sifarişlərinin siyahısını əldə etdik. Həqiqətən də 2014-cü ildə Laçın rayon İcra Hakimiyyəti “Laçın rayonunun 22-ci ildönümü ilə bağlı ədbirlərin keçirilməsi işlərinin satın alınması” üçün “Fərid MMC” ilə müqavilə imzalayıb. Müqavilənin ümümi məbləği 18 min 950 manatdır. İşğal altında olan rayonların 2014-cü il üçün dövlət sifarişlərini da araşdırdıq. Laçın istisna olmaqla heç bir rayonda işğal günü ilə bağlı “bahalı tədbir” nəzərdə tutulmayıb. İşğal günü tədbirləri ümimi yığıncaqdan və Şəhidlər Xiyabanını ziyarət etməkdən ibarət olur. Təbii ki, bu iki lokal tədbirə 18 min 950 manat büdcə vəsaitinin xərclənməsi ağlasığmazdır.
Məcburi köşkünlərin pulu hara gedir?
Digər bir məqam isə icra başçısının laçınlı məcburi köçkünlər üçün ayrılan pulları yaxın adamlarının adına açdığı firmalar vasitəsi ilə mənimsədiyinin göstərilməsidir: “… Belə ki, rayonun Ağcabədi qış yataqlarında faktiki 298 hektar əkin sahəsi olduğu halda, Nazirlər Kabinetinə verilən məlumatda həmin göstərici 3091 hektar qeyd olunub. İddia edilir ki, bunun sadə səbəbi ondan ibarətdir ki, hər hektar üçün ayrılan 40 manat yanacaq pulu Laçın rayon icra hakimiyyətinin rəhbərliyi ilə mənimsənilir. Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində məskunlaşmış laçınlıların həyat şəraitini yaxşılaşdırmaq üçün abdlıqa işlərinə 2013, 2014 və 2015-ci ildə ayrılan pullar Akif Səlimovun cibinə gedir. O, da bu pullar hesabına Taxta-körpü qəsəbəsinin Qarqışlaq obasında özün molyonlarla dəyəri olan fermer təsərrüfatı yaradıb. Laçınlıların dediyinə görə, bu təsərrüfatda 1500 qədər xırda buynuzlu, 250-ə qədər iri buynuzlu heyvan saxlanılır. Bunlardan da əlavə təsərrüfat ərazisində iki böyük balıq artırma gölü yaradılıb və 300 hektara qədər taxıl, arpa, yonca əkilib. Bəlkədə bu ərazidə bu gözəllikdə yüksək səviyyədə fermer təsərüfatı yoxdur. Deməyimiz odur ki, bu ayrılan pullar biz laçınlıların həyat şəratinin yaxşılaşmasına yox, Akif Səlimovun fermer təsərüfatına xərclənib. Rayon sakinləri Akif müəllimə deyəndə “bizə maddi yardım et”, o da deyir: “Pul yoxdur, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova Fermer təsərrüfatı yaratmışam, pulu ora xərcləyirəm, o mənə belə tapşırıq verib. Burada mənim heç nəyim yoxdur – nə fermer təsərüfatım, nə də balıq göllərim. Hamısı Zakir Fərəcovundur”. Biz isə bilmirik ki, dərdimizi kimə deyək, ehtiyacımızın ödənməsi üçün kimə müracət edək. Bu məsələnin pərdəarxası məqamı isə ondan ibarətdir ki, abadlıq işlərinin görülməsi üçün ayrılan 1.522266 (bir milyon beş yüz iyirmi iki min altmış altı) manat pulun heç 10 faizi də abadlıq işlərinə xərclənməyib. Daha doğrusu, kağız üzərində xərclənib, reallıqda isə onlar rayon rəhbərliyinin cibinə gedib. Biz laçınlılar bildiririk ki, öz ”fəaliyyəti”ni korrupsiya və rüşvətxorluğun “çiçəklənməsi”nə həsr etmiş Akif Səlimov bununla da rayon sakinlərinin haqlı narazılıqları ilə üzləşsə də, “yuxarılar” onun haqqında heç bir tədbir görmək istəmir. Təsəvvür edin ki, rayonda baş alıb gedən yerlibazlıqdan, qohumbazlıqdan narazı qalmış rayon sakinlərinin kütləvi yuxarı orqanlara yazdıqları şikayət ərizələri, nədənsə, baxılıb tədbir görülməsi üçün Akif Səlimov göndərilir. Nəticədə yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayon sakinləri bu qəddar və amansız icra başçısının müxtəlif formalı təzyiq və işgəncələrinə məruz qalırlar. Məsələn, Akif Səlimovdan yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayon sakini məktəb direktoru Famil Heydərov İcra Hakimiyyətinin başçısı Akif Səlimov tərəfindən təhqir olunaraq işgəncələrə məruz qaldı, uzun müddət Mərkəzi Nefitçilər Xəstəxanasında yatdı, həkimlərin səyinə baxmayaraq beyninə qansızmadan vəfat etdi”.
Akif Səlimovun gəlir yerləri…
O da söylənilir ki, A.Səlimov tam tərsi şəkilində hərəkət edərək, keçmişdə polisdə işlədiyi metodlara baş vuraraq problemləri həll etmək əvəzinə, ört-basdır edib. Şikayətlərin qarşısını almaq üçün isə təhdid yolunu seçib. Rayonda icra hakimiyyətinin rəhbərliyi altında aparılan əməliyyatlar haqda cumhuriyyet.az-a ilginc məlumatlar daxil olub. Məlumata əsasən təqribən yarım il əvvəl Laçına yeni başçı təyinatı alan Akif Səlimov yüksək rütbəli məmurlardan birinə rüşvət verərək vəzifə aldığını iddia edir və bunu bütün dost-tanışlarının yanında açıqca söyləyir. Elə bu üzdən də icra başçısı Akif Səlimov rayonun vəzifəli adamlarından külli miqdarda pul tələb edir. Pulu verməyənləri isə işdən azad edərək onların yerinə tələb etdiyi pulu verən şəxsi təyin edir. Bu zaman isə həmin «kadrın» nə qədər peşəkar və savadlı olması icra başçısını qətiyyən maraqlandırmır. Akif Səlimovun fəaliyyətindən ciddi şəkildə narazılıq edən rayon sakinləri bildirir ki, onun kadr siyasəti ümumilikdə, bərbaddır. «Akif Səlimov məktəb direktoru Hüseyn Səfərovu rayonda hamı tərəfindən sələmçi kimi tanınmasına rəğmən, 121 saylı Laçın Dairə Seçki Komissiyasına sədr təyin edib. Onun həyat yoldaşını isə elə keçmiş direktorun yerinə gətirib». Bununla bağlı cumhuriyyet.az-a danışan mənbə icra başçısının bir başqa təyinatının da eyniylə yuxarıda qeyd etdiyi şəxsdən fərqlənmədiyini vurğulayıb. O qeyd edib ki, Laçın rayonunda alverçi kimi ad çıxarmış və mədəniyyət sahəsindən xəbəri olmayan Yusif Hüseynovu Mədəniyyət və Turizm şöbəsinə müdir təyin edən Akif Səlimovun belə addımlarının artıq zərər verdiyini də deyib. «Qaçqınlara verilən dilənçi payı sayılan yardımı da keçmiş polis dostu Rasim ağaya tapşırıb. Bu adam İcra Hakimiyyətində işləyən səriştəli və nüfuzlu kadrları da oradan uzaqlaşdırıb. Əvəzində isə rayonda tanınmayan, amma çoxlu pulu olan adamları vəzifə başına keçirməyə başladı». İcra başçısının rayonun təhsil və səhiyyə sahələrini iflic vəziyyətinə saldığını iddia edən Laçın sakini qeyd edib ki, hazırda orta məktəb direktorlarından aylıq pul yığılır. «Laçındakı orta məktəblərin direktorlarından hər ay 150-250 manat civarında pul alınır. Mədəniyyət və turizm Şöbəsində çalışanların ümumi sayı 900 nəfərə yaxındır və onların hər birindən ayda 10-20 manat pul alınır. Bəlkə, desinlər ki, Yusif Hüseynov bu pulları icra başçısına verir». Hal hazırda Laçın rayonundakı orta məktəblərdən birində direktor vəzifəsində çalışdığını bildirən mənbəmiz vurğulayır ki, adının açıqlanmasının istəməməsinə səbəb həyatı üçün yarana biləcək təhlükə ilə bağlıdır. «Mən özüm məktəb direktoru işləyirəm. Vəziyyət o həddə çatıb ki, bir parça kağızda hansısa məlumatı Təhsil Şöbəsinə versək, mütləq arasında haqqı olmalıdı. Tədbir deyilən pulyığma kompaniyası bizi ailə-uşaq yanında xəcalətli edib. Xahiş edirə adımı məxfi saxlayın. Yoxsa Akif Səlimov və Malik Vəliyev məni yox etdirərlər». Qeyd edək ki, hələ bir müddət əvvəl də Laçından müraciət edən müəllimlərdən biri bildirmişdi ki, Malik Vəliyev ondan şikayət edənlərin kimliyini müəyyən etdikdən sonra, təkcə işdən çıxarmaqla kifayətlənməyib, həmçinin təzyiqlər göstərir. Bu təzyiqlərin qarşısında duruş gətirməyin mümkünsüz olduğunu bildirən mənbəmiz vurğulamışdı ki, Laçın təhsil şöbəsinin müdiri «zarafatı» Redaksiyamıza daxil olan məlumatda göstərilir ki, Akif Səlimov icra başçısının müavini postunu əvvəllər Laçın rayon sosial müdafiə fondunun sədri işləmiş, külli miqdarda dövlət vəsaitini taladığına görə həbs olunan və bir neçə ildən sonra naməlum şəraitdə həbsdən azad olunan Musa Musayevə vəd verib. Mənbə iddia edir ki, buna görə başçı Musa Musayevdən 100 min manat alıb. Lakin Musa Musayevi müavin postuna təsdiq etdirə bilmədiyi üçün Yol-İstismar İdarəsinə müdir təyin edib. Təbii ki, Musa Musayevdə bu təyinatdan narazı qalıb. Bundan sonra Akif Səlimov həmin vəzifəyə həmkəndlisi Tofiq Mirzəyevin təyin etdirib. Akif Səlimov digər müavini Bəsti Nəcəflini də heç bir səbəb göstərmədən işdən azad edib. Onun yerinə isə özünün marşrut biznesində ortağı olan ikinci qrup əlil, bir gün belə dövlət işində çalışmayan Babək Aslanovu təyin etməyə cəhd göstərib. Akif Səlimovun bu təqdimatını da Prezident Adminstrasiyasında təsdiq etməkdən imtina edilib. Lakin Akif Səlimov belə “əvəzolunmaz kadrı” kənarda saxlamamaq üçün özünün əmri ilə onu icra hakimiyyətində təlimatçı təyin edib. Qısa müddətdən sonra isə təlimatçını ctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri və başçının müavini təyin etdirə bilib. Akif Səlimov mötəbər məclislərin birində abzından qaçırıb ki, o buna, PA-nın məsul işçisi Rövşən Ağayevin köməyi ilə nail ola bilib. Yəni faktiki olaraq Babək Aslanovun sənədləri saxtalaşdırılıb. Bundan başqa məlumatda bildirilir ki, təhsil şöbəsinin müdiri Malik Vəliyevi vəzifəsindən uzaqlaşdırmaq istəsə də Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun təzyiqindən sonra bu fikrindən daşınıb. Amma ondan tələb olunan pulu ödəmək şərti ilə. Bildirilir ki, Malik Vəliyev tələb olunan pulun bir hissəsini nəqd olaraq ödəyib. Bir hissəsini isə hər ay müəllimlərinin maaşından tuturaq verəcəyini söz verib. İndii təhsil şöbəsinin müdiri hər bir məktəb direktorundan ayda 300 manat əlavə pul alır. Qeyd olunur ki, qaçqın rayonu olan Laçında 100-dən çox məktəb fəaliyyət göstərir. Məlumata əsasən eyni vəziyyət səhiyyə şöbəsi ilə də təkrarlanıb. Baş həkim Rauf İsfəndiyarov da tələb olunan pulun bir hissəsini başçıya çatdırıb. Digər hisəsini isə hər ay həkimlərin maaşından tuturaq ödəyir. O da qeyd olunur ki, başçı Laçın xəstəxanasında əsas səlahiyyəti poliklinkanın baş həkimi Şakir həkimə verib. Çünki Şakir həkim onun yaxın qohumudur. Rayon mədəniyyət şöbəsinin müdiri İlqar İlyasov isə Akif Səlimovla anlaşa bilmədiyi üçün vəzifəsini itirib.onun yerinə isə pulundan keçməyə razı olan Yusif adlı iş adamı təyin olunub. Bundan əvvəl isə Yusifə müavin postu vəd olunub. Lakin sonda o da Musa Musayev kimi o da arzusunu reallaşdıra bilməyib. Elə bu üzdən də Yusif indi də həyat yoldaşının müavin təyin olunmasını başçıdan tələb edir.
(davamı var)DİA.AZ-dan: Qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|