Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                 

ƏLİ NAĞIYEV AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI...
Tarix: 19-11-2013, 11:14 | Çap et
ƏLİ NAĞIYEV AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI...
Bir neçə gün öncə Yeni Azərbaycan Partiyasının qurucularından biri, partiyanın ən cəfakeş funksioneri, 1993-cü ildən 2006-cı ilədək partiyada sədr müavini olmuş Əli Nağıyevə müraciət edərək ondan müsahibə götürmək istəyimizi bildirəndə bir şərtlə razılaşmışdı ki, sentyabrın sonlarında “Azad Azərbaycan” qəzetində getmiş geniş müsahibəsini oxuyum, təkrarçılıq olmasın deyə, onun bir çox məsələlərə baxışlarıyla tanış olduqdan sonra görüşək. Beləliklə, bir zamanların ən titullu və məhşur personası, professor Əli Nağıyevlə ilə üz-üzə oturmuşuq. Onunla söhbətimizi oxuculara təqdim edirik:
-Qurduğunuz bir partiyanın nəinki rəhbərliyində təmsil olunmamağınız, onun tədbirlərinə belə, dəvət almamağınız Sizə qarşı misilsiz ədalətsizlik deyilmi? Bu dövlətin memarının tək-tük ən yaxın silahdaşlarından biri və bəlkə də birincisi olan Əli Nağıyevin bu gün hakim partiyadan obrazlı desək, bir köynək aralıda qalması görəsən hansı şər qüvvənin “xidmətləri”dir?
-Mən sualınıza elə axırıncı sözlərinizdən cavab vermək istərdim. Dünya yaranandan xeyirlə şər yanbayan olub. Qədim kitabları, xüsusən də “Quran”ı, “Bibliya”nı oxuyanda da xeyirlə şərin savaşını görürsən. Yəni dünya belə yaranıb. Bu barədə çox gözəl sözlər deyilib. Mən nə qədər istəsəm də bu sözlərdən yaxşısını deyə bilmərəm ki. Mən Nizamidən, Caviddən nəyi yaxşı deyə bilərəm? Sizin bu sualınızı Hüseyn Cavid elə gözəl ifadə edib ki, başqa sözə sadəcə yer buraxmayıb. Onun “İblis” əsərində bir Elxan obrazı var. Elxan deyir ki,
Məncə bir mərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin
Həp fəqir olmalı, yaxud zəngin
Həp həkim olmalı, yaxud nadan
Həp mələk olmalı, yaxud Şaytan...

Ordan iblis çıxaraq qəhqəhə çəkir ki,

Səni pək aldadıyor hissiyyat
Böylə bir rəng olaraq keçsə həyat
Bıqır insan yaşamaqdan yorulur
Yaşayış bəlkə də mənasız olur...
Deməyim odur ki, həyat belə qurulub. Xeyirlə şər, küfr ilə iman, haqq ilə batil-bunlar yan-yanadır. Ona görə də səbrli olub suların durulmasını, onların aydınlaşmasını gözləməyi bacarmaq mənə elə gəlir ki, yaxşı xüsusiyyətdir. Elə müqəddəs kitabımızda da səbrli olmağa böyük yer verilib. İsa Peyğmbər kimi şəxsiyyətə qarşı nələr olmadı ki? İbrahim və Məhəmməd Peyğmbərlərə qarşı hansı haqsızılıq qaldı etməsinlər? Heydər Əliyev kimi bir şəxsiyyətə- bu Azərbaycanı quran kişiyə nələr eləmədilər? Qorbaçov, Vəzirov və Mütəllibov dövrlərini bir anlıq gözləriniz önünə gətirin. Allah rəhmət eləsin, Bəxtiyar Vahabzadə də deyirdi ki,
Sular duruldu gördük dibindəki daşları...
Sabir də deyir ki,
Çalxalandıqca, bulandıqca cahan nehrə kimi
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur...
Buna dözüb gözləməyi bacarmaq mənə elə gəlir ki, lazımlı şeydi. Bunu bacaran adam hər halda böyük iradəyə sahibdir. Ona görə də mən hesab edirəm ki, buna normal yanaşmaq lazımdır. Hesab edirəm ki, özünə arxayınsansa səbrlə dözmək və bunun ədalətli nəticəsini gözləmək lazımdır. Mən də hesab edirəm ki, bunu bacarıram. O ki, qaldı partiyadakı münasibətə, mən hesab edirəm ki, Allah rəhmət eləsin, Heydər Əliyevin mənə göstərdiyi o diqqət, qayğı, verdiyi qiymət ömrümün axırına qədər məni yaşadacaq, ömrümün axırına qədər mənən məni uca edəcək, bu gün də camaatın içində başımı dik tutmağa haqqım olduğuna görə özümü xoşbəxtlərin xoşbəxti hesab edirəm. Yəqin mənim o müsahibəmi oxumusunuz, Heydər Əliyev olmasaydı, bu günki Azərbaycan yox idi. Bu gün üstündə durduğumuz Azəbaycan Heydər Əliyevin qurduğu Azərbaycandır. Mən bunu hər zaman cəsarətlə demişəm, deyirəm, deyəcəm. O işlərin getməsində də Əli Nağıyev kim olub, onu bilənlər bilir və ən əsası da odur ki, Heydər Əliyev uca qiymət verib. Rəşid Behbudov adına Mahnı Teatrında partiya biletlərini təqdim edəndə birinci Heydər Əliyevin Əli Nağıyevi səhnəyə dəvət edərək 21 saylı bileti ona təqdim etməsində çox böyük hikmət, rəmzi məna var. Bax bu mənə bəsdir. İnsan gərək yaxşı şeyləri tapıb onunla yaşamağı bacarsın. Pis, şər həmişə var həyatda. Mən nazir olanda həmişə stolumun üstündə Atatürkün bir söz vardı, o deyirdi: “Heç kimi aldatmayacaqsan, heç kimə əyilməyəcəksən, vətənin üçün gerçək ülkü nerədəsə ora yüyürəcəksən, bu yolda önünə saysız əngəllər çıxacaq, heç kimdən kömək gəlmədiyini görərək onları aşacaqsan. Ondan sonra sənə “böyüksən” deyənlərə güləcəksən.” Çörçil də deyir: “Çelovek delaet to, çto doljno-nesmotrya na posledstviya dlya nevo liçno, ni smatrya pripyatstva apasnosti i najim- i eta asnova vsevo çto nazıvayaetsa moralno. Bunları bilib yaşamaq və həyat tərzini belə şeylərə uyğunlaşdırıb yol getmək bir məsələdir, yoxsa “bu mənim varsa hər şey yaxşıdır, yoxsa hər şey qara rəngdədir” demək insanlıqdan uzaq şeylərdi. Əslində elə küfr ilə imanın bir-birindən aralanması bununla bağlıdır.
-Müxalif mətbuatında Sizləri –“91-lər”i adətən “köhnə qvardiya” adlandırırlar. Şəxsən Siz özünüzü klassik, yoxsa modern YAP-çı hesab edirsiniz?
–Birincisi, o “91-lər” məsələsini partiyada məndən başqa ikinci bir adam sizə deyə bilməz ki,onlar kimdi və o məsələ necə ərsəyə gətirilib. Orda tutaq ki, “medinstitut”dan, Akademiyadan, Pedaqoji Universitetdən, Bakı Dövlət Universitetindən olan qruplar var ki, onları məndən savayı kimsə dəqiq bilməz. Yəni ayrı-ayrı adamlar da var, ancaq əsasən orda qruplar var. Yalnız mən bilirəm ki, bu imzaları necə veriblər, o imzaları kim və necə gətirib, bunu məndən dəqiq bilən yoxdur. Mən bu işin icrasına rəhbərlik edən adam olmuşam. Həmin ilin, ayların “Səs” qəzetinin nömrələrinə açıb baxsanız, birləri, üçləri, beşləri görə bilərsiniz.
-Bir sözlə, bu imzalar 91 olanadək nə qədər keçilməz sədlər keçilib...
-Əlbəttə. Məsələn, Bərdədən hansısa bir briqadirin müraciəti, filan regiondan üç nəfərin istəyinin ictimailəşdirilməsi, yaxud Zahid Qaralovun “Heydər dağına kölgə salmaq olmaz”, yaxud rəhmətlik Səfiyar Musayevin “Mən Əliyevçiyəm”, Sirus Təbrizlinin “Heydər bəyi biz çağırmalıyıq” yazıları-bütün bunların hamısı “Əlincə” Cəmiyyətində təşkil olunurdu, mən də həmin cəmiyyətə rəhbərlik edirdim, Ağabəy də “Səs” qəzetində çap edirdi. Yəni bu işlərin harda və necə görülməsini mən dəqiq bilən adamam. Ona görə də mən ordakı 91 nəfərin hamısının eyni ölçü ilə ölçülməsinin qəti əleyhinəyəm və buna böyük bir məna vermirəm. O ki, qaldı mənim klassik, yoxsa modern YAP-çı olmağıma, mən Heydər Əliyevçiyəm və Heydər Əliyevin mənə verdiyi ən uca qiymətlə yaşayıram. Bayaq dedim, mənə Heydər Əliyevin şəxsən partiya biletini birinci olaraq verməsində böyük rəmzi məna var və insanlar əvvəlcə içini bir saf eləməlidir, məsələlərə ədalətli yanaşaraq analiz etməlidirlər, çünki Heydər Əliyevin yanaşması orda hər şeyi göstərir.
-Demək olar ki, bütün müsahibələrinizdə şeir parçalarından həvəslə istifadə edirsiniz. Bu bir vazkeçilməz vərdişdir, yoxsa fikirlərinizi bu şəkildə ifadə etmək daha çox rahatlıq gətirir Sizə?
-Siz qələm əhlisiniz və mən indicə bir neçə şeir parçalarından istifadə elədim. O parçalar adi və sadəcə qafiyələrlə calanmış söz yığını deyil. Bunlar klassik böyük şeirin nüminələridir. Bu cür şeir nə deməkdir? Mən hesab edirəm ki, böyük fikri qısa sətirlərlə ifadə etməkdir:
Çalış danışanda sözün bir olsun
Birin yüz olmasın, yüzün bir olsun...
Bu sözü böyük Nizami deyib. Bundan uca, bundan yığcam və böyük fəlsəfi məna daşıyan bir fikir söyləmək mümkünmü? Yaxud Füzulinin
Hər kim nə miqdar isə
Əhlin eylər ol miqdar, söz...
Kim bundan məntiqli deyə bilər bunu? Bilirsiniz, sözün böyük tutumu olmalıdır. Nizami deyir ki,
Mətanət meydanında kimlər tutmuş gör səfi
Əvvəlcə peyğmbərlər, sonra şairlər səfi...
Peyğəmbərlərdən sonrakı cərgəyə şairləri qoymaq elə-belə məsələ deyil. Təbii ki, bunu hər şair üçün demir. Nizami oğluna vəsiyyətində deyir ki,
Şeirdən ucalıq umma dünyada
Çünki Nizamiylə qurtardı o da...
Yəni bu cür şairlərdən söhbət gedir. Görün o özü haqqında nə uca fikirdədi.
Mən elə bir yüksəyə çatmışam ki, baxın bir
Ayaqlarım ən uca başların üstündədi...
-Bunu həm də Nizami tərəfindən sərgilənən qeyri-təvazökarlıq kimi də yozmaq olar...
-Qətiyyən qeyri- təvazökarlıq deyil. İsa Peyğmbər desəydi ki, məndən 5 dənə olar, o İsa olardımı heç? Yaxud Məhəmməd Peyğəmbər desəydi ki, elə Ömər də, Əbu Bəkr də məndəndi, onda o Məhəmməd olardımı? İsa İsadı, Məhəmməd Məhəmməd, Nizami də Nizami.
-Nizami “məndən sonra şeirdən ucalıq umma” desə də ondan sonra Füzuli şeiri gəldi...
-Nizami demirdi ki, məndən sonra şair olmasın. O deyirdi ki, şair olan elə beləsindən olar. Ona görə də Füzuli, Nəsimi, Sabir, Cavid, Hadi oldu. Bunların qızıl seçmələrini bilən adam üçün fikri başqa cür ifadə etmək həmin söz xiridarlarına qarşı ədalətsizlik deyilmi? Cavid deyirdi ki,
Dərdə bax, millətə bax, niyyətə bax
Ölülərdən ölülər feyz alacaq...
O iki sətirə Mirzə Cəlilin bir “Ölülər” əsəri yerləşir. Sən bu iki sətri yaxşı açsan, Mirzə Cəlilin “Ölülər” əsərinin o iki sətirdə olduğunu görəcəksən.
Mən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim
Həm xaliqə təsbih idi, təqlisi...
İlk öncə mələklər məni təqdis ediyordu
Adəm kimi bir sayqısız axır ləkə vurdu...
Alçalmadı, yüksəldi fəqət şöhrəti-şanım
Allah ilə bir zikr edilir nami-nişanım.

Yəni insanlar “Allah şeytana lənət eləsin” deyəndə şeytanla Allahın adının yanaşı çəkilməsindən şeytan fəxarət duyur. İndi görün cəmiyyətdə bu cür şeytanlar nə qədərdi? Yəni şər adamlar hər zaman olub və həmişə bu cür şər işləriylə şeytanın fəxarəti kimi fəxarət duyublar. Ona görə də səbrli olub gözləmək lazımdır. Şeir yerinə düşəndə ən məntiqli fikir daha da qiymətli olur. Digər tərəfdən də gərək sən bunları biləsən ki, yeri gələndə işlədəsən. Bunları bilməyəndən sonra necə istifadə edə bilərsən?

-Bu sualıma YAP-ın qurucusu kimi deyil, keçmiş diplomat kimi cavab verməyinizi xahiş edirəm. Müsahibənizdə ABŞ-ı dünya demokratiyasının beşiyi adlandırmısınız. Bu həqiqəti qəbul edirsinizsə, bu “beşik” artıq 21-ci əsrdə hətta xalqın sevimlisi olan liderlərin belə, dalbadal bir neçə dəfə seçilməsini demokratiyaya təcavüz kimi qiymətləndirir.

-Mən sizin qarşınızda bir alim kimi otumuşam və çalışacam ki, elmili cavab verim. Demokratiya 200 il bundan qabaq Amerika konstitusiyası yaranandan o sənəddə yer alıb. Amerika o sənəddə demokratik prinsipləri əsas kimi ortaya qoyub, ancaq bu o demək deyil ki, bu kriteriya heç bir yerdə pozulmur. Amerikanın öz tarixində bu prinsip dəfələrlə pozulub. Otuzuncu illərdə Ruzvelt 4 dəfə prezident seçilib. Amerika tarixində bu nümunə də var və o yeganə haldır. Amma o dövr üçün Amerika xalqına Ruzvelt lazım idi. Məhz belə şəxsiyyət lazım idi ki, Amerikanı əvvəlki prezident Qardinqin saldığı acınacaqlı durumdan çıxarsın və çıxardı da. Amerika bundan uddu, uduzmadı. Başqa bir misal. Əfqanıstanda 10 ildi ki, Kərzayi prezidentdir, Amerikaya sərf etsə, hələ 10 il də bundan sonra ona “gözün üstə qaşın var” deyən olmayacaq. Çünki Amerikanın ordakı prinsiplərini həyata keçirə bilən adam Kərzayidir. Yaxud İraqdakı Cəlal Təlabanini götürək. Amerikaya neçə il lazım olsa Təlabani o qədər də İraqa rəhbərlik edəcək. Bəs niyə heç Vaşinqtonda bunu dilə gətirmirlər? Çünki Amerikaya belə lazımdır. Ona görə də anlamaq lazımdır ki, demokratiya heç də Amerikanın etalonu deyil. Bu bir alətdir ki, Amerikaya harda sərf edirsə, o zaman çox incəliklə ondan istifadə edir. Misir kimi böyük tarixi olan dövlətdə baş verənlərə baxın. Hamının seçdiyi Mursini bir dəqiqənin içərisində hərbi çevrilişlə hakimiyyətdən saldılar. Yeri gəlmişkən, əgər kimlərsə 9 oktyabrda Azərbaycanda keçirilən seçkilərin demokratiyanın səviyyəsinin Amerikanı qane etmədiyini hesab edirlərsə, bundan narahat olmağa dəyməz. Obama cənab prezidentimiz İlham Əliyevi təbrik məktubunda hər bir məsələyə aydınlıq gətirdi və növbəti müddətdə də onunla hər sahədə əməkdaşlığa hazır olduğunu bildirdi. Amerika prezidentinin bu yanaşması İlham Əliyevin nüfuzuna verilən qiymətin əlaməti deyilmi? Təbii, Amerikada da görürlər ki, Azərbaycan xalqının seçimi məhz İlham Əliyevdir və onlar da xalqın iradəsinə hörmət etdiklərindən bu təbrik məktubunu göndərməyin zəruriliyini bilirlər. Unutmaq olmaz ki, hər bir xalq öz liderinə layiqdir. Xalq gərək xalq olsun və desin ki, mənə kim lazımdır. Mən bir daha cəsarətlə deyirəm ki, Heydər Əliyev olmasaydı, Azərbaycan yox idi. Heydər Əliyev gəlməsəydi, ən azından bu günki Azərbaycan olmazdı. Azərbaycanın Dağlıq Qarabağdan başqa ən azı iki dənə də Dağlıq Qarabağı vardı, Gəncə də yox idi, Naxçıvan da. Bakı da odun içində olacaqdı. Nə neft kontraktları? 94-cü ildə həmin məhşur gecədə mən Prezident Aparatının qabağında çıxış eləmişəm ki, bütün bu yaşananlar neft kontraktlarına görədir. Səhərisi Heydər Əliyev məni çağırdı ki, o mitinqdə ən dəqiq sözü sən dedin. Yəni millət, xalq bilməlidir ki, ona nə və kim lazımdır. Bir neçə gün bundan qabaq ölkədə keçirilən 3-cü Beynəlxalq Humanitar Foruma Belarusdan mənim həmkarım, professor Kaftulienko arvadıyla Bakıya gəlmişdi. Mən bir neçə saat onu Bakıda gəzdirdim. Səmimiyyət və ədalət Əli Nağıyevin kodudur, tam səmimiyyətlə deyirəm, o Bakıya heyran qalmışdı. Özü də bunları Belarusu tanıyan bir adam deyirdi. Mən bu ölkədə 4 il səfir işlədim. Minsk çox gözəl şəhərdi. Müharibədən sonra tikildiyinə görə böyük, səliqə-sahmanlı prospektləri göz oxşayır. Özü də bu təkcə Minskdə belə deyil. Belarusun 6 əyaləti, Qomel, Moqilyov, Brest, Vitebsk kimi böyük şəhərləri var. Hansına getsən, eyni nizam, eyni səliqə-sahman. Yəni bu cür şəraitdən gələn bir professor Bakımıza valeh olmuşdu. Hətta mən ona deyəndə ki, Aleksandr Sergeyeviç, beş ildən sonra gəlsəniz, Bakı daha gözəl olacaq”, mənə etiraz edərək “Ali Teymuroviç, davayte ne skromniçiti, Bakı i seyças qorod krasavits.” Mən niyə fəxarət duymayım ki, belə bir adam gəlib mənim vətənimə, şəhərimə bu qiyməti verir? Bütün bu işlərin hamısını görən də İlham Əliyevdir. Mən Heydər Əliyevin sağlığında onun kabinetində İlham Əliyevin özü də iştirak etdiyi bir görüşdə dedim ki, Heydər Əliyevdən sonra bu yolu layiqli davam etdirə bilən yalnız İlham Əliyev olar. Bu sözü mən Heydər Əliyevlə İlham Əliyevin yanında demişəm. Bu gün də fəxr edirəm ki, bu sözü demişəm.

-Neçənci illər idi Siz o sözü deyəndə?

-Heydər Əliyev hələ sağ idi, 2001-2002-ci illər olardı.

-Gəlin onu da etiraf edək ki, həmin o “raskoş”un arxasında narahatlıq doğuran məqamlar da yox deyil. Aysberqin görünməyən tərəflərinə də işıq salmaq doğru olardı. Regionlarda əhalinin durumu qənaətbəxş deyil, insanlar gileylənir ki, dünyanı qızdıran qzımız özümüzə çatmır, digər kommunal problemlər var və s...

-Gəlin məsələlərə səbrlə yanaşaq. Mən “Quran”ı iki dəfə oxumuşam, məndə ən azı 500 dənə sual qalıb. Ancaq hər dəfə təkrar oxuyanda bir-bir o sualların cavablarını orda tapıram. Peyğəmbərin özünə Allah-Təaladan vəhy gəlib ki, sən mənim sənə dediklərimi əxz eləməmiş camaatın içərisinə çıxarma. Bəzən insan fikirləşir ki, Peyğəmbərə bu söz gələndən sonra mən kiməm ki, orda deyilənlərin hamısını asanlıqla başa düşə biləm. O ki, qaldı dediyiniz problemə, unutmayaq ki, 90-cı illərdə Azərbaycanın bütün infrastrukturu dağıdılmışdı. Hərə qaz xətlərini kəsib həyətində başqa ehtiyaclaı üçün istifadə etmiş, ya da “metallom”a satmışdı. Bütün bunları yenidən bərpa etmək vaxt tələb edir axı.

-1995-ci il parlament seçkilərinə toxunarkən dolayısı ilə o vaxt Rəsul Quliyevlə Həsən Həsənov arasında ikinci yer uğrunda şiddətli mübarizə getdiyini bildirmisiniz. Sözünüzdən belə çıxdı ki, həmin seçkilərdən sonra Rəsul Quliyevin aqibəti artıq bəlli imiş, sadəcə bu prosesin 1996-cı ilin sentyabrına-onun istefa verməsinədək uzanmasına göz yumulub.

-Yenə qayıdıram o məsələlərə. Hər bir insan qərar qəbul etməkdən qabaq səbrli olsa, mütləq udar. Xüsusilə Heydər Əliyev kimi bir kişi hər hansı qərar qəbul etməzdən qabaq onun 10 dəfə təsdiqini tapmalıydı. Onun üçün nəinki sözün, hətta hər nöqtə-vergülün də mənası vardı. Həmin zamanadək gözləmək lazım idi ki, Rəsul Quliyevin sifəti açılsın, Rəsul Quliyev Milli Məclisin kürsüsündən desin ki, Lissabon sammitində Heydər Əliyev heç bir nailiyyət əldə etməyib, həmin zaman lazım idi Rəsul Quliyev desin ki, “Şahdəniz” layihəsi Azərbaycana lazım deyil. Həmin zaman lazım idi ki, Rəsul Quliyev öz partiyasını yaradacağını bəyan eləsin. Ondan sonra onun gerçək sifəti bəlli oldu və vaxt yetişdi ki, ona qapı göstərilsin...
-Müsahibənizi oxuyandan sonra məndə belə bir əminlik yarandı ki, Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsində olduğu kimi İlham Əliyevin də böyük siyasətə gəlməsində müstəsna rolunuz olub. Amma cəfasını Siz çəkdiyiniz hakimiyyətin səfasını başqaları görür.

- Mən heç vaxt apardığımız mübarizədə də sabahkı səfa haqqında düşünməmişəm, etdiklərimi də cəfa kimi ağlıma gətirməmişəm, vətənə, millətə bir borc kimi bilmişəm. Bəlkə də bu bir qədər təvazökarlıqdan kənara çıxmaq kimi qiymətləndiriləcək. Əli Nağıyev 1979-cu ildə Leninqrdadda müdafiə edib Azərbaycana gəlib. O vaxt Leninqradda 5 ilə imtahan verib aspiranturaya girmək zarafat məsələ deyildi. Dəfələrlə ölümlə təhdid olunmuşam. Ən azı elə o vaxt iki dəfə bütün qəzetlər yazıb. İsgəndərin göndərdiyi qoçuları 1993-cü ildə Riyaziyyat İnstitutunun 6-cı mərtəbəsində Siyavuşla Abdin Fərzəliyev olmasa məni güllələməyə gəlmişdilər. Bir dəfə də Rövşən Cavadovun qoçuları 1994-cü ildə Cavidin heykəlinin yanında mən oturduğum otağı qumbaraatanla vurub dağıdıblar. Ondan sonra da neçə dəfə qəzaya düşmüşük, maşınımız yoldan çıxıb. Bir dəfə Şahlar Əsgərovla Şamaxıya gedəndə bizi aparan maşın yoldan çıxaraq dərəyə yuvarlanıb, Allah saxlayıb, salamat qurtulmuşuq. Yəni bu qədər təhlükələrin içində bu yolu gedən savadlı adam hansı cəfanı, səfanı düşünərdi? Biz “Azərbaycan” deyirdik. Heydər Əliyevdən qabaqkı Azərbaycanı xatırlayın. Hələ Əbülfəz Elçibəy hakimiyyətə gəlməmişdi, mən 1990-cı il mart ayının 28-də gecə oturub xəbərlərə baxanda görmüşəm ki, ermənilər Sədərəyi bombalayıblar. Həmin gecə universitetin müəllimi, rəhmətlik Məzdək Hüseynova, bu yaxınlarda rəhmətə getmiş universitetin biologiya fakultəsinin müəllimi Qadir Əhmədova, Eldar İbrahimovun qardaşı, universitetdə kafedra müdiri işləyən Vaqif İbrahimova və Heydər Əliyevin müəllimi olmuş Tofqiq Bektaşiyə zəng edərək demişəm ki, ay kişilər, bəs Naxçıvandakı 300 min əhalini də ordan küçəyə töksələr, nə gündə qalacağıq, biz burda nəyə oturmuşuq? Səhərisi yığışmışıq rəhmətlik Fərəməz Maqsudovun kabinetinə bu məsələni çözməyə ki, biz nə eləyək? O da gedib Akademiyanın prezidenti Eldar Salayevin yanına.Biz də durub getmişik rəhmətlik Əbülfəz Elçibəyin yanına. O da deyib ki, bəylər, narahat olmayın, orda bizim nər kimi oğlanlarımız var, elə beşatılan lazımdı ki, onlara verək, qayanın dalında durub erməniləri bir-bir dənləsinlər. Düşünmüşük ki, biz beşatılanı hardan alaq, hardan tapaq? Düşmüşük o vaxt Bakıdakı imkanlı naxçıvanlıların dalınca ki, kömək etsinlər, beşatılan alaq. Bax “Əlincə” cəmiyyəti belə yaranıb. Bunu biz vətənpərvər olaraq təmənnasız edirdik. Siz dediyiniz cəfa-səfa o zaman kimsənin ağlına gəlməzdi. Yeri gəlmişkən, mənim “Azad Azərbaycan”dakı yazımı oxumusunuz, orda hardasa mənim iddiamı, ambisiyamı hiss etdinizmi? Bilirsiniz, mən o müsahibədə faktları demişəm. Tarix faktla tarix olur, nağılla yox. Dünyanın bəzəyi olan kişilərdən biri, Prussiyya dağılandan sonra Almaniyanı Almaniya edən Bismarkın bir məhşur sözü var ki, tarix onu yaradanlarla tarix olur, onu yazanlarla yox. Mən həm də onunla fəxr edirəm ki, o vaxt Heydər Əliyev Naxçıvanda olanda bu işləri görənlərdən biri də mən olmuşam. Birinci dəfə “Azərbaycana Heydər Əliyev lazımdır” şüarını əvvəlcə küçələrə, meydanlara çıxarmaq lazım idi, bunu biz etdik, 13 gün dalbadal mitinqlər təşkil etmək “Əlincə” Cəmiyyətindən başlayıb.
-Eynilə İlham Əliyevin hakimiyyətə gəlməsində də xidmətlər etmisiniz.
-Mən bayaq dedim, hələ Heydər Əliyevin sağlığında onun kabinetində İlham Əliyevin iştirakıyla demişəm ki, Heydər Əliyevdən sonra bu yolu ən stabil və düzgün davam etdirə bilən lider yalnız İlham Əliyev ola bilər. Bu gün də həmin prinsiplər özünün doğrultduğundan mən də fəxr edirəm. Mən bunu xidmət kimi qoymətləndirmək istəmirəm, bu cür fikirləri dilə gətirmək ucuzluq olar.O ki, qaldı sizin gördüklərinizə ki, mən evdə oturmuşam, kitab oxuyuram. Məncə bunu da zamanın ixtiyaına buraxmaq lazımdır. Hər zaman insanlara qarşı ədalətli münasibət də olub, ədalətsiz münasibət də. Mən yenə hesab edirəm ki, məsələlərə səbrlə yanaşılmaldır, sular durulmalıdır, hər şey öz yerini tapmalıdır.
-Rusiya və Belarus prezidentlərı haqqında çox yüksək fikirdəsiniz. Amma Putin dünyanın, Lukaşenko isə Avropanın sonuncu diktatoru kimi qəbul olunur.
-Bilirsiniz necədir, mən dediklərimin altından imza atmağa yenə də hazıram. Mən faktları demişəm. Mən demişəm ki, Lukaşenko hər hektardan 80 sentner taxıl yığır. Qoy desinlər, yox hektardan 80 sentner taxıl yığan prezident yaxşı dövlət başçısı deyil. Mən deyirəm ki, bu gün Belarusda işsizlik bir faizdir. Bunu yazmaq olarmı ki, pisdir? Mən Belarusdakı axırıncı seçkidə də iştirak etmişəm, belarus xalqı 80 faiz ona səs verib.
-Özü də demokratik seçki keçirilib?
-Bilirsiniz, mən qutuların yanında oturub bülletenləri saymamışam ki. Ancaq tam əminliklə deyirəm ki, Belarusda Lukaşenkonun reytinqi ən azı 60 faizin üstündədir. Belə bir ağır dövrdə, Belarus kimi çətin regionda öz xalqını yaşadan prezident təbii ki. yaxşı prezident hesab olunmalıdır. Putinə gəldikdə isə deməliyəm ki, o mafiyaya və oliqarxiyaya hücuma keçərək Rusiyanı dizi üstə qoyan quldurlara, dələduzlara, fırıldaq yolla qısa zamanda milyardlara sahib olanlara layiq olduqları yeri göstərdi. Kənardan Rusiyanı dağıtmaq istəyən qüvvələr Putinin bu addımına necə baxır, bu başqa söhbətin mövzusudur. Amma Putinin mövqeyi düzgündür və o haqlı olaraq ipə-sapa yatmayan oliqarxiyanı diz çökdürdü. Cinayətkarı türməyə qoyarlar, o da bunu etdi. Kimsə mənə sübut etməyə çalışar ki, Xadarkovskinin həmin milyardları fırıldaq və dələduzluq yoluyla deyil, halallıqla qazanılmışdı? Yaxud Berezovski, ya Qusinski, ya Potanin o milyardları Rusiyadan oğurlamamışdı?

-Bizə 20 yanvar, Xocalı faciələrini yaşadan, 20 faiz torpağımızı işğal edən, bu gün də əlinə düşən ilk fürsətdəcə bizi əzməyə hazır olan Rusiyaya bu qədər bel bağlamaq doğrudurmu?

-Bu başqa məsələdir. Mənim deməyim odur ki, bu adam Rusiya üçün çox şey edib və dağılmaqda olan bir nəhəng dövlətdə nizam-intizam yaratmağa nail olub. Mən demişəm ki, Putin rus xalqı üçün lazımlı adamdır. Bu ölkənin Azərbaycanla münasibətinin bura dəxli yoxdur. Mən sadəcə demişəm ki, o Rusiyanı ayağa qaldrımağa nail oldu. Konkret sualınıza gəldikdə isə deyim ki, siyasətdə nə bel bağlamaq olmur, nə arxa çevirmək, nə də gedib kiminsə qucağında oturmaq. Siyasətdə siyasi maraqlar olur və bu maraqlara xidmət edilir. Mən hesab edirəm ki, bu gün Azərbaycan bu yolla gedir və mən bunu düzgün hesab edirəm. O ki, qaldı Qarabağ münaqişəsində bu ölkənin tutduğu yola, bunu deməklə yenidən Amerika kəşf etmirik ki. Dağlıq Qarabağ münaqişəsi təkcə ermənilərin deyil, həm də rusların istədiyiniə görə başlayıb. Bu bir faktdır, kimsə bunun əksini sübut edə bilməz. Bunun bircə isbatını deyim. Volski rejimini orda erməni qurmadı ki, rus qurdu. Vəzirov və Mütəllibov kimi satqını Azərbaycana erməni təyin etmədi ki, rus təyin etdi ki, onlara xidmət eləsin. Bu gün Rusiya Dağlıq Qarabağ məsələsində öz mövqeyini yumşaltmasa bu münaqişənin həlli daha da çətinləşər. Ancaq məsələnin həllinin çətin olması hələ o demək deyil ki, məsələ həllolunmayandır. Çətin məsələni də böyük kişilər həll eləyər. Sizə bir fakt deyim. Mən beş il-1996-2000-ci illərdə Avropa Şurasında (AŞ) Azərbaycanın deputat nümayəndə heyətinin tərkibində olmuşam. 1998-ci ildə AŞ qərar qəbul elədi ki, Dağlıq Qarabağ problemi ərazi bütövlüyü prinsipləri daxilində həll olunmalıdır. Bu cümləni həmin sənədin mətninə saldırmaqdan ötrü mən bilirəm nə qədər gərgin iş aparıldı, hətta Heydər Əliyev Avropa Şurasının prezidenti Lenni Fişeri Azərbaycana dəvət elədi, böyük diplomatik peşəkarlıq sərgiləyərək onu inandırmağa nail oldu. Yalnız bundan sonra həmin məsələ həllini tapdı. Yəni bu cümləni həmin qətnamənin mətninə saldırmaq da Dağlıq Qarabağ münaqişəsinin həllinə gedən yola xidmət eləyir. Hansı ki, Rəsul Quliyev parlamentdə deyirdi ki, Lissabonda Heydər Əliyev heç nəyə nail olmayıb. Amma Lissabon sammiti Dağlıq Qarabağ düyününün həllinə gedən yolun başlanğıcı idi. Heydər Əliyev həmin başlanğıcı qoyub. İkinci faktı deyim. Mən 4 il Belarusda səfir olmuşam. İlham Əliyev 2006-cı ildə Belarusa rəsmi səfərə gəlib və orda iki dövlət başçısının birgə bəyanatında Dağlıq Qarabağ məsələsi ilə bağlı cümləni həmin sənədə salmaq mümkün olmayıb. Lukaşenko 2007-ci ildə Bakıya səfərə gələndə də həmin cümləni ora salmaq mümkün olmadı. Yalnız İlham Əliyev yenidən 2009-cu ildə Belarusa səfərə gələndə birgə bəyanata həmin cümə daxil edildi ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunmalıdır. Qardaş, bu çətin məsələdir ki, bu cür zəhmət hesanına həllini tapır da.
-Bu ayın sonunda “balanslaşdıılmş siyasət” limiti tükənəcək və Azərbaycan Vilnüsdə Qərbə, yoxsa Şimala üz çevirdiyini ortaya qomağa məcbur olacaq. Şəxsən Siz hansı xəttin tərəfdarısınız?
-Mənə elə gəlir ki, Azərbaycanın mövqeyi aydın və dəqiqdir. Azərbaycan Rusiya ilə ikitərəfli əlaqələri inkişaf etdirir və ilbəil yaxşı nailiyyətlər var. Eyni zamanda Azərbaycan Avropa və Amerika ilə münasibətləri də ilbəil inkişaf etdirir. Azərbaycanın xarici siyasətinin əsasında bütün dövlətlərlə, xüsusi ilə nüfuzlu beynəlxalq qurumlarla ikitərəfli münasibətləri qarşılıqlı mənafe əsasında inkişaf etdirmək prinsipi dayanır. Bu prinsip də Azərbaycana uğur gətirir.
-Yəni Azərbaycan bundan sonra da balanslaşdırılmış siyasət prinsipinə sadiq qalacaq?
-Buna kimsə hansısa ad qoya bilər. Bunu müəyyənləşdimək çətindir ki, “balans” dedikdə kim nəyi nəzərdə tutur və ya Azərbaycanın Amerika ilə əlaqələri hansı möhkəmlikdədir, ya da Avropa və Rusiya ilə. Ona görə də bu balansın özü də nisbi şeydir.
-Sizin İlham Əliyevi bu qədər inamla müdafiə etməyiniz şəksiz alqışa, eyni zamanda bu sədaqətin mükafatı olan vəzifəyə layiqdir. Sizə Belarusdan döndükdən sonra hansısa vəzifə təklifi olubmu?

-Tam əminliklə bildirirəm ki, heç bir iddiam və ambisiyam yoxdur. Mən o müsahibədə də demişəm ki, biz bu gün Heydər Əliyevin qurduğu Azərbaycanın üstündə dururuq, İlham Əliyevin də yaratdıqlarıyla fəxr edirik. Sözsüz ki, evdə işsiz oturub səhərdən axşamadək kitab oxumaq, bağa gedib qayıtmaq darıxdırıcıdır. Ancaq səbrlə gözləməyi bacaranda hesab edirəm ki, məsələlər gec-tez öz yolunu tapır. İnanıram ki, əvvəl-axır ədalət öz yerini tapacaq.
- “İlham Əliyevin son təyinatlarını kadr islahatı adlandırmaq tezdir” deyənlərə də deyiləcək sözünüz var yəqin.
-Mən kadr islahatı ifadəsinin tərəfdarı deyiləm. Mən bunu qəbul eləmirəm. Dövlətin başçısı kadrları təyin edir, kim etimadı doğruldur, işində qalıb işləyir, kim də doğrultmur, xarab işlərlə məşğul olur, onda da vəzifəsindən kənarlaşdırılır. Prezident də 10 ildir bu prinsiplə işləyir. Mən hesab edirəm bu da çox doğru yanaşmadır.

-Hal-hazırda hansısa elmi-pedaqoji fəaliyyətlə məşğul olursunuzmu?
-Pedaqoji fəaliyyətlə məşğul deyiləm. Müəyyən qədər evdə elmi işlərlə məşğul oluram, müəyyən yazı-pozu işiylə vaxtımı keçirirəm. Bir də ədəbiyyat mənim hobbimdir, bununla da həvəslə məşğul oluram.
-Son zamanlar nəinki müxalif düşərgə təmsilçiləri, hətta bir çox YAP funksionerləri belə, parlamentin həm proporsional, həm mojaritar seçki sistemi ilə formalaşması təklifi ilə çıxış edirlər. Əli Nağıyevin bu məsələyə baxışını bilmək maraqlı olardı.
-Mən burda pinsipial fərqin olub-olmadığını araşdırmadığımdan nəsə demək istəmirəm. Ancaq proporsional seçki sistemi vardı, sonra ləğv olundu. Bu məsələnin də peşəkarları, hüquqşünasları, mütəxəssisləri bunu o vaxt əsaslandırdılar ki, majoritar sistem də demokratik prinsiplərə tam uyğun gəlir, ən demokratik dövlətlərdə də bu sistem mövcudluğunu qoruyub saxlayır. Yəni bu məsələ sırf professional yanaşma tələb edir. Mənim bildiyim səviyyədə isə heç bir zərurət görmürəm, bu sistemdə də normal iş gedir və Azərbaycanın imicinə xələl gətirəcək bir şey də yoxdur.
-Azəbaycanın parlamentli respublikaya keçməsi təkliflərinə münasibətiniz necədir?
-Mən hesab edirəm ki, Azərbaycanda prezident idarəçiliyi kifayət qədər parlaq nəticələr göstərib. Bu gün bundan imtina etməyin heç bir əsası yoxdur.
-Mən əvvəlki müsahibənizdə də hiss etdim ki, Siz eks-prezident Əbülfəz Elçibəyə hörmətlə yanaşırsınız. Ən azı ona məhz elə “Əbülfəz Elçibəy” deyə müraciət edirsiniz. Halbuki bir çox YAP funksionerləri onu nəinki Əbülfəz Əliyev adlandırır, hətta bəzən sadəcə adını çəkməklə kifayətlənirlər.
-Bunlar çox ucuz şeylərdi. Bunlar süni rola girməkdi. Əgər Heydər Əliyev kimi kişi “Əbülfəz Elçibəy” deyirdisə, ay bədbəxt, heç olmasa bunu götür. Sən rola girirsən ki, belə deyərəm, kiminsə xoşuna gələr? Əgər sənin səmimiyyətin sıfırdısa, daşsansa, heç olmasa bunu götür də. Bu adamın gözü də kordu ki, süni qul xidmətini də doğru-düzgün edə bilmir.
-Səlim Müslümov yeni nazir qoltuğuna oturar-oturmaz irimiqyaslı təmizləmə əməliyyatı aparır. Bir çoxları da iddia edir ki, yeni nazir Əli Nağıyevin və Füzuli Ələkbərovun vaxtilə işə götürdükləri əslən naxçıvanlı olan kadrları hədəfə götürüb. Sizin vaxtınızda çoxmu naxçıvanlını nazirliyə gətirib vəzifə vermişdiniz?
-Bunları iddia edənləri qınayıram və bunun tamamilə böhtan olduğunu bildirirəm. Mən nazir olanda YAP-dan kadrlar gətirmişəm. Onu da gedib Heydər Əliyevə çatdırmışdılar ki, Əli Nağıyev partiyanı əmək nazirliyi edib. Heydər Əliyev stenoqramı televiziyada yayımlanan iclasda dedi ki, mənə dəlib Əli Nağıyevin partiyanı əmək nazirliyi etdiyini deyirlər. Mən də Əli Nağıyevdən soruşmuşam ki, bu nə məsələdir? O da cavab verib ki, mən partiyadan nazir getmişəm, partiyada olan kadrları işə götürməyim, bəs kimi götürüm? Dedi ki, Əli Nağıyevin də mövqeyi düzgündür. Heydər Əliyev televiziyanın çəkliş apardığı iclasda bunu deyib, bütün xalq baxıb həqiqətin harda olduğunu görüb. Bəli, bu gün də deyirəm ki, mən o vaxt nazirliyə partiyadan kadrlar gətirmişəm. Mən o vaxt yalnız bircə nəfər naxçıvanlını idarə rəisi qoymuşam. O da YAP Nərimanov təşkilatının sədriydi. YAP Nizami rayon təşkilatının da sədrini nazirlikdə baş idarə rəisi qoymuşam. Yəni mən nazirlikdə gözəgələn vəzifələrin hamısına YAP-çıları qoymuşdum, bunu bütün Azərbaycan bilir. Ümumiyyətlə, mən bölgə prinsipiylə işə qoyulmasını qəbul etməmişəm. Mən bundan iyrənirəm. Naxçıvanlı da olar, gəncəli də. Əgər gəncəli o naxçıvanlıdan iki baş yuxarıdısa mən ömrümdə bunu eləmərəm. Gəncəli və naxçıvanlı ikisi də eyni boydadırsa, hə, nə gizlədim, onda bəlkə də naxçıvanlıya üstünlük verərəm...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru