"Dollar böhranı"ndan da uğurla çıxacağıq - Binəli Yıldırım
Tarix: 14-08-2018, 11:25 |
Çap et
Türkiyə "dollar böhranı"ndan da uğurla çıxacaq.
Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binəli Yıldırım deyib.
Spiker bildirib: "Millətimiz oyunu gördü. Öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur. Bu böhrandan uğurla çıxacağıq".
Qeyd edək ki, hazırda 1 ABŞ dolları 6,63 türk lirəsinə bərabərdir.