Tramp Rusiyaya qarşı sanksiyaların götürülməsi şərtini açıqlayıb
Tarix: 21-08-2018, 08:50 |
Çap et
ABŞ prezidenti Donald Tramp Reutersə müsahibəsində bildirib ki, o, Rusiya qarşı sanksiyaların götürülməsi imkanını nəzərdən keçirə bilər.
"Report" xəbər verir ki, ABŞ prezidenti bu şərtlə sanksiyanı götürə bilər ki, rəsmi Moskva və Vaşinqton arasında Suriya və Ukrayna məsələsində əməkdaşlıq olsun.
Qeyd edək ki, ABŞ Rusiyaya qarşı sanksiyaların ilk paketini avqustun 22-də tətbiq edəcəyini elan edib