Tramp və Abe KXDR-ə qarşı sanksiyaları dəstəklədiklərini təsdiqlədilər
Tarix: 23-08-2018, 09:28 |
Çap et
ABŞ Prezidenti Donald Tramp və Yaponiyanın baş naziri Sindzo Abe telefon danışığında KXDR-ə qarşı sanksiyaları dəstəklədiklərini təsdiq ediblər.
Trend-in məlumatına görə, ölkə liderlərinin sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleya çərçivəsində görüş keçirməsi nəzərdə tutulur. Bu barədə Trampın mətbuat katibi Sara Sanders bildirib.