ABŞ və Çin nümayəndələri ticarət üzrə danışıqları başa çatdırıb
Tarix: 24-08-2018, 08:32 |
Çap et
ABŞ və Çin nümayəndələri ticarət məsələlərinin həlli üzrə ikigünlük danışıqları başa vurub.
Bu barədə Ağ evin nümayəndəsi Lindsi Uolters bildirib.
"Biz Çindən olan həmkarlarımızla ikigünlük diskussiyalar, fikir mübadilələri apardıq, həmçinin düzgün balansı və qarşılıqlı iqtisadi münasibətləri nəzərdən keçirdik", Ağ evin mətbuat xidməti deyib.