Türkiyənin Hava Qüvvələri Komandanlığında FETÖ əməliyyatı
Tarix: 31-08-2018, 12:50 |
Çap et
Ankara Cümhuriyyət Prokurorluğu tərəfindən aparılan Fətullahçı Terror Təşkilatı (FETÖ) araşdırması çərçivəsində Türkiyənin Hava Qüvvələri Komandanlığının 6-sı keçmiş pilot 22 şübhəli haqqında saxlanma qərarı verilib.
FaktXəbər-in məlumatına gör, Baş Prokurorluqdan bildirilib ki, təşkilatın məhrəm imamlarının sabit telefonlardan mütəmadi və ardıcıl sistemlə xəbərləşdikləri müəyyən edilən Hava Qüvvələri Komandanlığı şəxsi heyətinin 18 baş leytenantı və 4 leytenantı müəyənləşdirilib.
Baş Prokurorluğun göstərişilə hərəkətə keçən Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin qrupları zabitlərin saxlanılması üçün 14 rayonda əməliyyat keçirib.
Axtarışda olanlardan 8 nəfər saxlanılıb.