Hər il təxminən 1 milyon ukraynalı ölkəsini tərk edir
Tarix: 4-09-2018, 16:41 |
Çap et
Ukraynada hər il təxminən 1 milyon vətəndaş ölkəsini tərk edir. FaktXəbər bildirir ki, bu açıqlama ilə ölkənin xarici işlər naziri Pavel Klimkin çıxış edib.
“Ukraynada təhlükəli vəziyyət yaranıb. Hər il təxminən 1 milyon ukraynalı ölkədən gedir. Təəssüf edirəm ki, bu vəziyyət yaxın gələcəkdə davam edəcək”,- deyə nazir vurğulayıb.
Pavel Klimkin daha sonra deyib ki, hazırda Polşada 1,4 milyon ukraynalı yaşayır.