Türkiyə Aİ-nin bir sıra ölkələri ilə münasibətləri yaxşılaşdırmağa ümid edir
Tarix: 5-09-2018, 09:04 |
Çap et
Türkiyə Avropa İttifaqının bir sıra ölkələri ilə münasibətləri yaxşılaşdırmağa ümid edir.
Trend Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.
Türkiyə prezidenti bildirib: "Türkiyənin Avropa İttifaqı ilə, bəzi ölkələri istisna olmaqla, münasibətlərinin yaxşılaşması üçün imkan var. Bu ayın sonunda (Almaniya kansleri Angela Merkel ilə) Türkiyə-Almaniya münasibətlərində bir çox mövzunu müzakirə etmək imkanımız olacaq. Almaniya Aİ-də həqiqətən də xeyli əhəmiyyətli mövqeyə malikdir".
Eyni zamanda Türkiyə prezidenti Avropa İtifaqını qaçqınlar üzrə sazişə dair öhdəliklərini yerinə yetirməməsinə görə tənqid edib.