"Bu necə strateji müttəfiqlikdir?"
Tarix: 5-09-2018, 15:19 |
Çap et
NATO-da strateji müttəfiqimiz olan ABŞ-ın bu cür xoş olmayan və hüquqa zidd mövqe nümayiş etdirməsini müsbət qarşılamırıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu cür addımları düzgün hesab etmirik. Strateji müttəfiqin ortağına belə davranması müsbət addım deyil. 16 ildir baş nazirlik, prezidentlik edirik. Hər hansı bir ehtiyacımızı ABŞ-dan pulumuzla belə ala bilmədiyimiz məqamlar olub. Ancaq terror qruplaşmaları pulsuz olaraq ABŞ-dan istənilən silahı ala bilirlər. Bu silahlardan da bizə qarşı istifadə edirlər. Bu necə strateji müttəfiqlikdir?”, - Ərdoğan bildirib.
Qeyd edək ki, Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Donald Trampla heç bir görüşün nəzərdə tutulmadığını söyləyib.