Ukraynanın baş naziri defolt təhlükəsi barədə xəbərdarlıq edib
Tarix: 8-09-2018, 11:53 |
Çap et
"Əgər Ukrayna Beynəlxalq Valyuta Fondunun (IMF) təbii qazın qiymətinin artırılması barədə tələbini yerinə yetirməsə, ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər".
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman bildirib.
Hökumət başçısı ölkənin 2005-2013-cü illərdə aldığı borcların qaytarılması ilə bağlı narahatlığını da ifadə edib və borc böhranı fonunda deloltdan qaçmaq üçün IMF ilə gələcək əməkdaşlığın vacibliyini vurğulayıb.