Gülənlə əlaqəni kəsməyən 13 mayor həbs olundu
Tarix: 10-09-2018, 11:33 |
Çap et
Türkiyədə "FETÖ şəbəkəsi"nin işi üzrə aparılan istintaq zamanı 13 ordu rəsmisi barəsində həbs qərarı verilib. FaktXəbər bildirir ki, bu barədə "Hüriryet" qəzeti yazıb.
Silahlı Qüvvələrin quru qoşunlarında mayor vəzifəsində olan 13 hərbçi barəsində həbs qərarını Ankara Respublika Prokuroru çıxarıb. Onlar Fətulla Gülənlə sıx əlaqələr saxlamaqda ittiham olunurlar.