Tiflisdə dindarlar marixuana qanununa etiraz edib
Tarix: 17-09-2018, 09:18 |
Çap et
Gürcüstanda provoslav dindarlar ölkədə marixuananın dekriminallaşmasına etiraz ediblər. Yürüş sentyabrın 16-da keçirilib. Etiraz yürüşündən öncə çıxış edən provoslav kilsəsinin lideri Patriarch İlia II ölkəsinin marixuana ilə bağlı siyasətini tənqid edib.
İqtidardakı Gürcü Arzusu partiyası ölkə parlamentinə marixuanayla bağlı qanun layihəsi təklif edib. Bu layihə marixuananın yetişdirilib tibbi və kosmetik istifadə məqsədi ilə ixracına imkan yaradır.
Gürcüstanın Konstitusiya Məhkəməsi isə bu ilin iyulunda marixuana istehlakına görə inzibati cəzaları ləğv edən hökm verib. Beləliklə Gürcüstan bu narkotik maddədən istifadə qadağasını ləğv edən ilk keçmiş sovet respublikası olub.
Hökmün yalnız kənafdan – anaşadan istifadəyə aid olduğu bildirilir və qeyd olunur ki, bu bitkinin becərilməsi və satılması cinayət əməli olaraq qalır.