Yaponiya Rusiyaya etiraz notası göndərdi - Balıqçılara görə
Tarix: 17-01-2019, 10:54 |
Çap et
Rəsmi Tokio Moskvaya etiraz notası göndərib. Trend-in məlumatına görə, etiraz notası Rusiya tərəfindən Cənubi Kuril rayonu ərazisində Yaponiyaya məxsus gəminin cərimələnməsi olub.
Bildirilir ki, Rusiya sərhədçiləri tərəfindən gəminin balıq tutmaq üçün icazə sənədləri yoxlanılıb və sənədlər düzgün olmadığı üçün cərimə ödənilməsini tələb olunub. Yaponiya XİN bunu qəbuledilməz hal adlandırıb.
Qeyd edək ki, 1998-ci il 21 tarixli razılaşmaya əsasən Yaponiya gəmiləri Cənubi Kuril rayonunda müəyyən olunmuş ödəniş müqabilində ayrılmış kvota üzrə balıq tuta bilər.