9 il əvvəl yanan bazarın tüstüsü hələ də çıxır - QALMAQAL
Doqquz il əvvəl Saatlıda yanmış bazarla bağlı yarım milyonluq qalmaqal hələ də davam edir. “Araz-Şöhrət” şirkətinə məxsus ticarət mərkəzində qızıl-zinət əşyaların satışı ilə məşğul olan Nadir Rzayevdən obyektin rəhbəri 525 min manat pul tələb edir. Səbəb kimi isə göstərir ki, yanğının günahkarı odur. Üstəlik, hadisədən sonra da “Araz-Şöhrət” şirkətilə barışıq sazişi imzalayıb, yanğın nəticəsində dəymiş 525 min manatlıq ziyanı 30 il ərzində ödəmək öhdəliyi götürüb.
“Göstərilib ki, yanğına səbəb…”
Nadir Rzayev sözügedən yanğına görə təqsirli bilinərək, 4 il 6 ay azadlıqdan məhrum edilib. İddia olunub ki, yanğına səbəb onun mağazasına elektrik xəttinin yolverilməz üsulla çəkilməsi olub.
Nadir Rzayev isə deyir ki, “Araz-Şöhrət” şirkətinin rəhbərliyi onu aldadaraq, öncə 4 ildən çox həbsdə qalmasına səbəb olub, 525 min manatlıq saziş imzalatdırıb, indi yarım milyondan artıq pul tələb edir:
“Göstərilib ki, yanğına səbəb şirkətin elektrik montyoru Qubad Əhədov tərəfindən elektrik xəttinin yolverilməz üsulla çəkilməsi və şirkətin rəhbərliyinin bu cür pozuntuya nəzarət etməməsi olub. Elektrik xətti ticarət mərkəzinin rəhbərliyinin icazəsi ilə çəkilirsə, bundan rəhbərliyin xəbəri varsa, deməli, baş verənlərə görə də rəhbərlik məsuliyyət daşımalıdır”. Nadir Rzayev deyir ki, 30 il ərzində 525 min manat ödəyəcəyi haqda barışıq sazişini də onu aldadaraq imzalatdırıblar.
Onun sözlərinə görə, yanğın nəticəsində ziyan çəkmiş sahibkarlara “Azsığorta” ASC pul ödəmişdi. Sığorta şirkəti həmin zərərçəkənlərə verilmiş sığorta ödənişlərini təqsirləndirilən şəxs olaraq ondan və “Araz-Şöhrət” rəhbərliyindən tələb edirdi:
“Ona görə “Araz-Şöhrət” şirkətinin rəhbərliyi mənə təklif elədi ki, aramızda formal olaraq, belə bir barışıq sazişi imzalayaq. Həmin sazişdən görünsün ki, şirkət məndən dəymiş zərərin ödənilməsini tələb edir. Bununla da “Araz-Şöhrət” şirkəti və mən “Azsığorta”nın iddiasından yayına biləcəkdik guya. Mən də inanıb barışıq sazişini imzadım. Direktor müavini Vüqar Məmmədov məni inandırmışdı ki, bu saziş formal bağlanır, barışıq sazişində göstərilən borc məbləği məndən tələb olunmayacaq. Onlarla uzun müddət bir yerdə işləmişdik, bir-birimizi tanıyırdıq, mən də inandım”.
Məhkəmə bazar rəhbərini haqsız sayıb
2023-cü ildə “Araz-Şöhrət” rəhbərliyi 525 min manatı sahibkardan tələb etməyə başlayıb. Bundan sonra Nadir Rzayev sazişin ləğvi üçün məhkəməyə üz tutub. Bu mübahisəyə Şirvan Kommersiya Məhkəməsində baxılıb.
Şirkət rəhbərliyi Nadir Rzayevin iddiasına etiraz edib. Şirkətin nümayəndəsi deyir ki, o, könüllü şəkildə sənədi imzalayıb və öhdəliyə də əməl eləməlidir: “Sazişin formal olması haqda göstərdikləri şəxsi mülahizələridir, heç bir fakta, sübuta əsaslanmır”.
Uzun müddət davam edən araşdırmalardan sonra bugünlərdə Şirvan Kommersiya Məhkəməsi barışıq sazişinin etibarsız hesab edilməsinə qərar verib. Saatlı bazarında yanğın 2015-ci il oktyabrın 18-də baş verib. Yanğın ümumi sahəsi 11 min 694 kvadratmetrədək olan bazarın təxminən 3200 kvadratmetrlik hissəsini əhatə edib, 80-ə yaxın mağazaya ziyan dəyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - QƏRAR
Bu gün, 10:13 |
|
|
|
• Heç Qarabağ fatehləri olan generallar belə yerimir... - "Səxavətli" nazirin başsağlığı xəsisliyi...
Bu gün, 10:12 |
|
|
|
• MİDA-dan sosial mənzil verilməsinə köməklik etmək adı ilə 19 minlik dələduzluq etdi - HÖKM
Bu gün, 10:08 |
|
|
|
• Sülh Azərbaycan üçün olmazsa-olmaz deyil - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:06 |
|
|
|
• Mərkəzi Bankın İdarə Heyətinə yeni üzvlər təyin edilir - SİYAHI
Bu gün, 10:04 |
|
|
|
• Dövlət Məşğulluq Xidmətinin pullarını mənimsəyən sabiq direktorla bağlı QƏRAR
Bu gün, 10:01 |
|
|
|
• Sülh müqaviləsi ilin axırına kimi mümkündür? - ŞƏRH
Bu gün, 10:00 |
|
|
|
• Ermənistan COP17-nin ev sahibi seçilib
Bu gün, 09:58 |
|
|
|
• Lütvəli Babayevin biznesmen oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxslərdən XƏBƏR VAR
Bu gün, 09:55 |
|
|
|
• Keşiş Baqrat Moskvaya getdi... - 40 erməniyə isə qadağa qoyuldu...
Bu gün, 09:53 |
|
|
|
• Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olunub - DOSYE
Bu gün, 09:41 |
|
|
|
• Xaçmazda Bayraq Meydanı yenə də BAYRAQSIZ QALIB... - NƏ BAŞ VERİR?
Bu gün, 09:40 |
|
|
|
• Erməni jurnalistdən Azərbaycan çayı ilə bağlı PAYLAŞIM - "Bəs mənə nə kömək edər?"
Bu gün, 09:30 |
|
|
|
• “Bakı Cihazqayırma Zavodu”na yeni direktor təyin edilib - BUNDAN SONRA...
Bu gün, 09:28 |
|
|
|
• “Azon zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 09:27 |
|
|
|
• "SEPAH"dan Bakıya İTTİHAM - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:26 |
|
|
|
• Zəngəzurla bağlı ilk anlaşma: Həll yolu belə tapıldı - GƏLİŞMƏ
Bu gün, 09:25 |
|
|
|
• Avropa İttifaqı təşəbbüsü yenidən ələ almağa cəhd edə bilər - NƏ BAŞ VERİR?
Bu gün, 09:23 |
|
|
|
• “Baku Servis Kompani”nin lisenziyası yoxa çıxıb
Bu gün, 09:16 |
|
|
|
• AMB daha bir şirkətə sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 09:15 |
|
|
|
• "Şər-xatadırlar başdan-ayağa!.." - GİLEY
Bu gün, 09:13 |
|
|
|
• Bu milyonlar Qaralova HALAL EDİLƏCƏKMİ? - AXI NİYƏ?..
Bu gün, 09:07 |
|
|
|
• Türkiyə silahlarından Rusiyanın mülki şəxslərini öldürmək üçün istifadə olunur - Lavrov
Bu gün, 09:04 |
|
|
|
• Qərb Qafqazda dəhşətli təxribat hazırlayır – Dayaq nöqtəsi Ermənistandır
Bu gün, 09:03 |
|
|
|
• Məcəllənin tətbiqi bir çox hallarda mübahisələrə səbəb olur... - Ekspert danışır...
Bu gün, 08:59 |
|
|
|
• Ağstafanı təftiş edən olsa... HƏBSLƏR QAÇILMAZDIR! - BU DA FAKT!
Bu gün, 08:53 |
|
|
|
• Qayıbəli Hacımətov vəfat edib
Bu gün, 08:49 |
|
|
|
• Kənd təsərrüfatına SU İTKİSİ badalağı... - NƏ ETMƏLİ?
Bu gün, 08:48 |
|
|
|
• Qızıl niyə "qızıla dönüb"? - AKTUAL
Bu gün, 08:46 |
|
|
|
• Çox dərs yükü şagirdlərin yorğunluğuna, motivasiyanın azalmasına səbəb olur
Bu gün, 08:45 |
|
|
|
• 9 il əvvəl yanan bazarın tüstüsü hələ də çıxır - QALMAQAL
Bu gün, 08:41 |
|
|
|
• "Dərdli" Pirşağının yeni problemi - VİDEO
Bu gün, 08:36 |
|
|
|
• Goranboyun icra başçısı sahibkarı həbs etdirib? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:34 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda MƏXMƏRİ YEYİNTİ... - İTTİHAM VAR...
Bu gün, 08:28 |
|
|
|
• Şanlı Qələbə işıqlı gələcəyə yol açdı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:17 |
|
|
|
• Bakının marağına kim uyğundur: Tramp, yoxsa Harris? - İNCƏLƏMƏ
Bu gün, 07:02 |
|
|
|
• "Qərb öz qərəzli, anti-Azərbaycan mövqeyindən əl çəkmir" - deputat
Bu gün, 07:00 |
|
|
|
• "Allah eləsin ki, TikTok bağlansın" - Əməkdar artist
Bu gün, 06:53 |
|
|
|
• Rusiya ordusunda “təmizləmə”: Şoyqunun generalları bir-birini “satır” - NƏ BAŞ VERİR?
Bu gün, 06:49 |
|
|
|
• Çin avtomobillərini niyə almamalıyıq? - Ekspert faktları AÇIQLADI
Bu gün, 06:47 |
|
|
|
• “Putin Vardanyanı niyə istəsin ki?...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:45 |
|
|
|
• “Qarabağ sensasiyası” davam edir: muzdlular, kimyəvi silahlar və ipəkqurdu tırtılları - Nebenzidən Aşota qədər heyrətamiz nağıl
Bu gün, 06:43 |
|
|
|
• Azərbaycanda bu sosial şəbəkə bağlana bilər - Əxlaqsızlıq və narkotik təbliğ olunur
Bu gün, 06:40 |
|
|
|
• Bu gündən avtomobillərin COP29 zolaqlarından istifadəsinə qoyulan qadağa qüvvəyə minib - DİQQƏT
Bu gün, 00:34 |
|
|
|
• Azərbaycanda kredit faizləri artacaq
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın yığımları 3 dəfə azalıb
Bu gün, 00:02 |
|
|
|
• Ölkəmizdə "Cadugərlər bayramı" yığışdırılmalıdır - ÇAĞIRIŞ
Dünən, 19:00 |
|
|
|
• COP29-da özəl qurumlar da məsafədən işləyəcək? - AÇIQLAMA
Dünən, 18:56 |
|
|
|
• Qısqanclıq zəmnində münaqişə qanla bitdi - Ərini öldürən Əfsanəyə hansı cəza verildi?
Dünən, 18:11 |
|
|
|
• "Hizbullah" sınmayıb və İsrailə qarşı mübarizəsini davam etdirəcək" - Naim Qasım BELƏ DEYİR...
Dünən, 18:08 |
|
|
|
|