Tramp: Çin hakimiyyəti ticarət sazişini pozub
Tarix: 18-05-2019, 08:40 |
Çap et
ABŞ və Çin faktiki olaraq ticarət sazişi imzalayıblar, lakin Çin hakimiyyəti onun şərtlərini pozub.
Trend-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Milli Əmlakçılar Birliyinin mətbuat konfrasında çıxışı zamanı bildirib.
D.Tramp deyib: "Faktiki olaraq əlimizdə saziş var idi, amma onlar [Çin] onu pozub. Mən buna alışmışam, özüm dəfələrlə etmişəm".