Venesuela iqtisadiyyatı son beş ildə 2 dəfə kiçilib
Tarix: 29-05-2019, 10:38 |
Çap et
Venesuelada 2014-2018-ci illərdə istehsal olunan ümumi daxili məhsulun dəyəri 47,7% və yaxud, təxminən, 2 dəfə azalıb.
“Report” xəbər verir ki, bu barədə Venesuela Mərkəzi Bankının açıqlamasında bildirilir.
Qurum bəyan edib ki, təkcə 2018-ci ildə ölkənin neft satışından gəlirləri 2017-ci illə müqayisədə 5,6% azalıb və 29,8 mlrd. dollar təşkil edib.
Ötən il Venesualeda inflyasiyanın səviyyəsi isə 130 060% təşkil edib.
Qeyd edək ki, ABŞ bu ölkəyə qarşı sanksiyalar tətbiq olunub.