Şotlandiya Böyük Britaniyadan çıxmaq üçün referendum keçirəcək
Tarix: 30-05-2019, 10:18 |
Çap et
Şotlandiya hökuməti ölkənin Böyük Britaniyadan çıxıb müstəqil olması ilə bağlı ikinci referendumun keçirilməsinə icazə verən qanun layihəsini dərc edib.
"Report" xəbər verir ki, bu barədə "The Guardian" yazıb.
Sənəd Şotlandiyanın Böyük Britaniyanın tərkibindən çıxışı ilə bağlı ikinci referendumun 2021-ci ilə qədər keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
Şotlandiyanın Baş naziri Nikola Stercen bu səsvermənin ölkə sakinlərinə "avropalı millət" və ya "Brexit"in zorla tətbiq edildiyi dövlət olmaq arasında seçim imkanı verəcəyini vurğulayıb.