Hondurasda aksiyaçılar ABŞ səfirliyinin binasının girişini yandırıblar
Tarix: 1-06-2019, 08:48 |
Çap et
Nümayişçilər qrupu ABŞ-ın Hondurasın paytaxtı Tequsiqalpdakı səfirliyi binasının əsas girişini yandırıb.
Bu barədə "Report" "El Nuevo Herald"a istinadən bildirir.
Nəşrin məlumatına görə, etirazçılar binanın girişinə avtomobil şinləri yığıblar və onları yandırıblar.
Əraziyə gələn yanğınsöndürənlər alovu söndürüblər.
Hondurasda kütləvi etirazlar həkimlərin və təhsil sferası işçilərinin kütləvi tətili fonunda başlayıb.