ABŞ-da "Boeing 737 Max" təyyarələrinin uçuşu daha bir neçə ay təxirə salınıb
Tarix: 10-06-2019, 08:24 |
Çap et
“Boeing 737 Max” təyyarələrinin uçuşlarına qoyulmuş qadağanın müddəti sentyabrın 3-dək uzadılıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir qərar "American Airlines" aviaşirkəti tərəfindən qəbul edilib. Qərar gün ərzində 115-dək reysin ləğvini nəzərdə tutur.
Şirkət bu tip təyyarələr üçün yeni proqram təminatının sertifikatlaşdırılması sahəsində inkişafın olduğunu bildirib və qeyd edib ki, bu məsələ ilə əlaqədar istehsalçı şirkətlə daima əlaqə saxlanılır.
Qeyd edək ki, “Boeing 737 Max” tipli təyyarələrin uçuşu ötən ilin noyabrında İndoneziyada və bu ilin martında Efiopiyada baş vermiş iki faciəvi qəzadan sonra dayandırılıb. Bundan sonra 20 ölkə bu tip təyyarələrə öz hava məkanını bağlayıb. ABŞ-da isə Federal Aviasiya İdarəsi bu modelin ekspluatasiyasına qadağa qoyub.