Putin və Ərdoğan Düşənbədə sammitdən əvvəl "ayaqüstü" söhbət ediblər
Tarix: 15-06-2019, 12:07 |
Çap et
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Düşənbə şəhərində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə sammitindən əvvəl "ayaqüstü" söhbət ediblər. SalamNews bu barədə RİA "Novosti"yə istinadən məlumat verir.
Prezidentləri görüşdə Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mevlüt Çavuşoğlu müşayiət edib.
Qeyd edək ki, Düşənbə şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə sammiti keçirilib. Plenar iclasda Rusiya prezidenti və digər 26 ölkədən olan nümayəndə heyətlərinin rəhbərləri iştirak edirlər.