Venesuela hökuməti Quaydonu muzdlu qatillər tutmaqda günahlandırıb
Tarix: 18-06-2019, 08:47 |
Çap et
Venesuela rəsmi dairələri müxalifət lideri Xuan Quaydonu muzdlu qatillər tutmaq üçün dövlət vəsaitini mənimsəməkdə günahlandırıb.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqes açıqlama verib.
Onun sözlərinə görə, Venesuela hökuməti Quaydonun korrupsiya razılaşmasında iştirak etməsi ilə bağlı dəlillərə sahibdir.
O, həmçinin əlavə edib ki, razılaşmanın iştirakçıları Venesuelanın xaricdəki dövlət şirkətlərinin vəsaitlərini oğurlayıb.