Poroşenko bank hesabından 34 milyon dollar nağd pul çəkib
Tarix: 6-07-2019, 08:24 |
Çap et
Ukraynanın sabiq prezidenti Petro Poroşenko bank hesabından 34 milyon dollar nağd pul çəkib. Report xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin (Prezident Administrasiyası – Red) keçmiş müavini Andrey Portnov öz “Facebook” səhifəsində bildirib.
O deyib ki, Poroşenko şəxsən özünə məxsus olan Beynəlxalq İnvestisiya bankından mayın 17-dən iyun ayının 18-dək ümumilikdə 34 milyon dollar pul götürüb. Onun sözlərinə görə, 34 milyon dollar məbləğində olan vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub.
Portnov əlavə edib ki, Poroşenko seçiciləri ələ almaq üçün hesabından bu qədər pul çəkb və hazırda istintaq orqanları müraciətlər əsasında araşdırma aparır.