ABŞ dövlət katibi söz verdi: İran yeni sanksiyalarla üzləşəcək
Tarix: 8-07-2019, 08:13 |
Çap et
ABŞ dövlət katibi Mayk Pompeo İranın nüvə proqramının inkişafına cavab olaraq yeni sanksiya və təcridolunma ilə üzülüşəcəyinə söz verib.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo öz “Twitter” səhifəsində yazıb.
"İranın nüvə proqramının genişləndirilməsi daha da təcridolunmaya və sanksiyalara gətirib çıxaracaq. Ölkələr uzun müddətdir ki, İranın nüvə proqramı üçün zənginləşdirmə standartının olmadığı bərpa etməlidir", deyə Pompeo Twitter-də yazıb.
"Nüvə silahına malik İran rejimi dünya üçün daha böyük təhlükə kəsb edəcək", - dövlət katibi əlavə edib.