İstanbuldakı terror: ASALA faktoru, yoxsa PKK-dan HDP-yə mesaj? - İNCƏLƏMƏ...
Tarix: 14-11-2022, 15:58 | Çap et
Noyabrın 13-də İstanbulun İstiqlal küçəsində törədilən, 6 nəfər həlak olduğu, 86 nəfərin yaralandığı terror dünya mediasının əsas mövzularından biridir.
Ümumiyyətlə, Türkiyədə belə terror hadisələri əvvəllər də olub. 2016-cı ildən üzü bəri Türkiyə terrorun əl-qolunu bağlamışdı. Dinc və böyük şəhərlərdə terror baş vermirdi. Bu, 6 illik fasilədən sonra baş verən ilk hadisədir.
Türkiyədə sonuncu dəfə dəhşətli terror 2016-cı ilin 31 dekabrından 2017-ci ilin yanvar ayının 1-nə keçən gecə “Reina” əyləncə mərkəzində törədilmişdi. 39 nəfərin həyatını itirdiyi terrordan sonra hücumlar səngimişdi. Xüsusilə İstanbul kimi böyük şəhərlərdə belə cinayətlərə rast gəlinmirdi.
ASALA faktoru
Taksimdəki partlayışdan qısa müddət sonra törədilən terror hadisəsinə görə məsuliyyəti erməni ASALA terror təşkilatı öz üzərinə götürdü.
Ümumiyyətlə, son zamanlar ASALA-nın yenidən dirçəlməsinə cəhdlərin olduğunu nəzərə alsaq, belə bir iddianın səslənməsi diqqət çəkir.
1975-ci ildə yaradılan ASALA ötən əsrdə kifayət qədər səs-küylü terror aktları ilə yadda qalıb. Əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına terror edən təşkilatın yenidən dirçəlməsi region üçün də, dünya üçün də ciddi təhdiddir. Düzdür, terror təşkilatı 1991-ci ildə rəsmən ləğv olunduğunu elan etsə də, gizli fəaliyyətinə dair məlumatlar zaman-zaman ortaya çıxıb.
Buna baxmayaraq, Taksimdəki terrorun ASALA terror təşkilatı tərəfindən törədilməsi real deyil. ASALA-nın belə təxribatlar gerçəkləşdirmək üçün təcrübəsi olsa da, indiki məqamda gücünü terakt keçirəcək dərəcədə toplaması inandırıcı sayılmır. ASALA-nın Taksimdəki terroru üzərinə götürməsi PR üçün nəzərdə tutulub. ASALA bununla həm də dirçəlməsi üçün yeni maliyyə imkanları cəlb etmək istəyir. ASALA-nın qanlı olayı üstlənməsinin ardından Türkiyənin daxili işlər naziri Süleyman Soylu partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini açıqlayıb. Bununla da erməni terror təşkilatının “piar”ı iflasa uğradı.
PKK/PYD-dən HDP-yə mesaj
Terror hadisəsinin diqqətçəkən tərəflərindən biri də məhz Türkiyədə seçkilərə hazırlıqların getdiyi dövrdə baş verməsidir. Bu mənada terrorçu təşkilatın hədəfinin daxili siyasətə təsir etmək olduğunu demək mümkündür.
Seçki öncəsi xüsusilə hakim AKP ilə HDP arasında ciddi danışıqların getdiyi məlumdur. HDP-nin AKP ilə danışıqları PKK-nı nəzərə almadan aparması mümkündür. Ümumiyyətlə, son zamanlar HDP və PKK arasında ciddi fikir ayrılıqları yaşanır. PKK Taksim teraktı ilə həm də HDP-yə mesaj verir: “HDP PKK maraqlarından kənara çıxmamalıdır!”
Ankaranın cavabı necə olacaq?
Türkiyənin Taksim teraktına səssiz qalmayacağı məlumdur. PKK ilə mübarizə çərçivəsində daxili antiterror əməliyyatları intensivləşəcək.
Bununla belə, Türkiyənin daxili işlər naziri Süleyman Soylunun partlayışın PKK/PYD terror təşkilatı tərəfindən törədildiyini açıqlaması da diqqət çəkir. Belə ki, PKK Türkiyədə fəaliyyət göstərsə də, PYD Suriyadadır. Soylunun açıqlaması həm də onu deməyə əsas verir ki, Ankara terrorun kökünü kəsmək və PYD-yə zərbə vurmaq üçün Suriyada yeni antiterror əməliyyatına başlaya bilər.
Prinsip etibarilə Ankara uzun müddətdir ki, Suriyanın şimalında hərbi əməliyyatlara başlamaq istəyir. Hətta bu istiqamətdə hazırlıqlar da görülüb. Beynəlxalq təzyiqlər səbəbindən Ankara bu planından bir müddətlik daşınsa da, Taksim teraktı antiterror əməliyyatları keçirmək üçün Türkiyəyə əsas yaradır.
Turan Rzayev Politoloq
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|