Tokayevin Putinlə görüşündəki “gözəgörünməz”lər... - Bəs Fransa nə istəyir?
Tarix: 1-12-2022, 08:54 | Çap et
Qazaxıstandakı sonuncu prezident seçkisindən qalib çıxan Kasım-Jomart Tokayev ilk xarici səfərini Rusiyaya etdi və Kremlin divarları arasında həmkarı Vladimir Putinlə danışıqlar apardı. Tokayev Rusiyanın Ukraynadakı müharibəsinə görə Moskvaya dəstək göstərmir və bu, Kremldən Astanaya istiqamət alan təhdidlərin yaranmasına gətirib çıxarır. Rusiya ötən aylarda Qazaxıstan neftini Avropaya daşıyan neft kəməri əməliyyatlarını müvəqqəti dayandırmışdı, bunun ardınca isə xüsusi təlimat alan siyasi çevrələr Moskvanın işğal siyahısında növbəti yerdə Qazaxıstanın olması barədə hədələr səsləndirdilər. Ancaq məharətli Tokayev oyun qurmağı bacarır, Qərblə Rusiya arasındakı tarazlığı saxlamaq xəttinin Qazaxıstanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli olduğunu dərk edir. Yəni Tokayev nə qədər Rusiyaya qarşı küləklər əsdirsə də, Astana təhlükəsizlik qayğıları səbəbi ilə Rusiyanın çətiri altındakı plakatları üstün tutur, Qazaxıstan liderinin seçkidən sonra ilk səfərini Moskvaya etməsi də bunun əyani sübutu kimi qiymətləndirilməlidir. Rusiya ilə Qazaxıstanın birgə maraqları enerji dəhlizləri, təhlükəsizlik sferasında birləşir, amma Ukraynadakı müharibənin gedişatı və Moskvanın qazanclarını xərcləməsi Tokayevin fərqli şüura keçidi üçün mərhələdir. Bununla belə, ikili əlaqələrdəki iplər qırılmayıb, Putin də həmin bağların çürüməməsindən ötrü Qazaxıstanı əlində tutmağı bacarmalıdır. Rusiya Ukraynada indiki period üçün strateji məğlubiyyətə düçar olmasa da, onun taktiki biabırçılıqları iqtisadi gücünün aşınmasını da kəskinləşdirir. Putin üçün Tokayevin səfəri güc itkilərinin bərpası, dərinləşən siyasi təcriddə boşluqda qalmamaq baxımından böyük bir tutuma malikdir. Çünki Qazaxıstan Türkmənistanla yanaşı, Mərkəzi Asiyanın neft gücüdür, Çin, Qərb və Türkiyə ilə dərinləşən əlaqələrə sahibdir. Qərbin və Çinin ölkədə investisiyalarının həcmi şişdikcə isə Rusiya Astananı itirmək təhlükəsi ilə üzləşir. Putin Kreml üçün qarışıq bir vəziyyətdə Astananı itirmək yox, əksinə, onun mövqeyindən və şaxələnən siyasətindən fayda qoparmaq istəyir, məsələn, Astana hansısa mərhələdə Moskvanı gizli kanallar vasitəsilə hansısa maddiyyatla təmin edə bilər. Tokayev balansa dair təəssüratları saxlamaq məqsədilə Qərbin bir parçası olan, lakin Moskva ilə isti münasibətlərə malik Fransaya səfər edib və Emmanuel Makronla masa arxasına əyləşib. Qazaxıstanın Qərb, Rusiya, yoxsa Çinə inteqrasiya şüuru ilə inkişaf edib-etməməsi Fransa üçün maraqlı deyil, Parisi maraqlandıran özünün Hind-Sakit okean regionunda sıxışdırılmasının qarşısını almaqdır. Mümkündür ki, Rusiya ilə Fransa oyun qurub regionda ABŞ-Britaniya tandeminin sıxışdırılmasına, Mərkəzi Asiyaya nisbətdə isə Qazaxıstanın yerini özlərinə tərəf sürüşdürməyə nail olmaq üçün məxfi tədbirlər planı hazırlasınlar. Bu mənada Qazaxıstanın yerləşdiyi coğrafiya Fransa üçün də cəlbedicidir və Parisi düşündürən digər bir nüans Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistana yerini göstərməsidir. Bu, Parisin İrəvana olan sevgisini bütün parametrlər üzrə göstərməsinə əngəllər deməkdir. Makron bağlı qapılar arxasında Tokayevdən Ermənistana dəstək verilməsini rica edə və bunun qarşılığında hansısa şirnikləndirici vədlər verə bilər, ancaq Tokayev çox ehtiyatlı, siyasi tədbirliliyi olan adam kimi Parisin hissi davranışlarını əsas tutmaz. Tokayevin Parisə səfəri zamanı Fransa-Qazaxıstan strateji tərəfdaşlığını yeni mərhələyə keçirəcək danışıqlar aparılmasına baxmayaraq, Tokayev uzunmüddətli perspektivi hesabladığından Parislə hesablaşmaq məcburiyyətində deyil. NƏTİCƏ: Rusiya Ukraynadakı müharibənin nəticələrini gözləmədən ehtiyatı əldən verməmək üçün Mərkəzi Asiyadakı nüfuzunun dairəsini Qazaxıstan vasitəsilə geniş saxlamaq istəyir. Qazaxıstan Rusiyaya qarşı Qərbin kampaniyasına qoşulmasa da, Moskva əleyhinə bir sıra tədbirlər kompleksinə dəstək verir və siyasətindəki tarazlığı Avro-Atlantik məkanın xeyrinə dəyişdirmək istəyir. Hər iki lider – istər Putin, istərsə də Tokayev çox ehtiyatlıdır, Kreml başçısı Qazaxıstanın “Moskvanın vitrinindən düşməsindən”, ikinci isə Moskvadan gələ biləcək təhdidlərdən ehtiyat edir. Aqşin Kərimov - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|