Saakaşvilinin ölüm ayağındakı aclığı - Mişa ədalət istəyir, hakimiyyət isə...
Tarix: 15-12-2022, 08:46 | Çap et
Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili yenidən aclıq aksiyasına başlayıb. O, məhkəmə iclasında məsafədən iştirak imkanının yaradılmasını tələb edir. Bu barədə Saakaşvilinin vəkil Şalva Xaçapuridze gürcü mediasına açıqlamasında bildirib.
Sabiq Prezidentin səhhətinə görə cəzadan azad edilməsi ilə bağlı dekabrın 14-nə təyin edilmiş iclas dekabrın 22-dək təxirə salınıb. Hakim bu qərarı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin indiki mərhələdə onun məhkəmədə uzaqdan iştirakını təmin etmək imkanında olmadığını bildirdikdən sonra verib.
“Bu gün mən məhkəməmdə iştirak etmək üçün ən elementar hüquqdan məhrum edildim. Bu, Gürcüstanın və bütün beynəlxalq hüquq normalarının pozulmasıdır. Ona görə də, mən etirazın ifrat formasına - aclıq aksiyasına əl atmağa məcburam”, - Saakaşvili Xaçapuridzenin oxuduğu bəyanatda bildirib.
Saakaşvili qeyd edib ki, səhhətinin hazırkı vəziyyətinin həyati risk daşıdığının fərqindədir: “Ancaq məhkəmə prosesimə heç olmasa bir video bağlantısı üçün güclü zəmanət alana qədər ac qalacağam. İstehza və alçaldılmanın da bir həddi var”.
Qeyd edək ki, bundan əvvəl Saakaşvili iki dəfə aclıq aksiyası keçirib. İlk aksiyası 2021-ci il oktyabrın 1-də saxlanılan gün olub. Sonra 50 gün davam edən aclıq aksiyası sabiq Prezidentin səhhətinə ciddi xələl gətirib. Bundan sonra Saakaşvili xəstəxanaya yerləşdirilib. O, mayın 12-dən “Vivamedi” mülki klinikasında müalicə alır.
Vəkilin sözlərinə görə, dekabrın 22-də Saakaşviliyə uzaqdan məhkəmə iclasında iştirak etmək imkanı verilməsə, o, hakimə etiraz edəcək.
Xatırladaq ki, dekabrın 1-də sabiq Prezidentin hüquqlarını müdafiə edənlər onun cəzasının ləğvi və ya təxirə salınması üçün məhkəməyə müraciət ediblər. Onların fikrincə, ekspertlərin tibbi rəyinə əsasən, Saakaşvilinin cəzasının ləğvi və ya təxirə salınması üçün hüquqi əsaslar var.
Müdafiə tərəfinin arqumentləri
Xalq Müdafiəsi Təşkilatı, eləcə də işgəncə, zorakılıq və stress qurbanları üçün “Empatiya” psixo-reabilitasiya mərkəzi tərəfindən yaradılmış həkimlər qrupu indiki müalicənin nəticə vermədiyini və Saakaşvilinin səhhətinin pisləşdiyini təkid edir. Bununla bağlı ekspertlər sabiq Prezidentin xaricdə ehtiyac duyduğu müalicəni ala bilməsi üçün cəzanın ləğvi və ya təxirə salınmasının vacibliyində israrlıdırlar.
Xalq Müdafiəçisi Təşkilatının həkimlər qrupunun rəyinə görə, Saakaşvili 42 kiloqram arıqlayıb. 2021-ci ilin oktyabrında Saakaşvilinin çəkisi 115 kiloqram olub. Həkimlər hesab edirlər ki, belə sürətlə çəki itirməklə kritik bədən kütləsi indeksinə 2-3 ay ərzində çatacaq və bundan sonra onun orqan sistemlərində geri dönməz zədələnmələr başlayacaq.
Dekabrın 7-də açıqlanan nəticədə Saakaşvilinin həmçinin əzələ kütləsinin azalması və hərəkətin məhdudlaşması, enerjinin tükənməsi, əzalarda hissiyatın pozulması, qızdırma, koqnitiv pozğunluqlar (yaddaşın pozulması, davranış dəyişiklikləri), posttravmatik stress pozğunluğu sindromu aşkarlanıb.
Dekabrın 1-də “Empati” mərkəzi Saakaşvilinin səhhətinin son vəziyyəti ilə bağlı tibbi hesabat dərc edib. 194 səhifəlik sənəd üzərində 10 gürcü və 6 xarici mütəxəssis çalışıb. Mərkəzin rəhbəri Mariam Cişkarianinin sözlərinə görə, sabiq Prezidentdə nevropsik, qastroenteroloji və dayaq-hərəkət sistemi ilə bağlı simptomlar və diaqnozlar mövcuddur. Bundan başqa, Saakaşvilinin görmə problemləri, iştahsızlıq, əzələ atrofiyası, oynaqlarda və sümüklərdə ağrılar var.
Cişkarianinin sözlərinə görə, Saakaşvilinin bütün bədənində cızıqlar mövcuddur ki, bu da infeksion proseslərin və ya intoksikasiyanın olduğunu göstərə bilər.
Üstəlik, saçların toksikoloji müayinəsi zamanı Saakaşvilinin bədənində onun səhhətinin pisləşməsinə səbəb ola biləcək ağır metallar aşkar edilib. Cişkarianinin bildirdiyinə görə, Saakaşvilinin özü onun mümkün zəhərlənməsi ilə bağlı iddiaları spekulyasiya adlandırıb.
Gürcüstan qanunvericiliyinə görə, xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar məhkəmə tərəfindən ölüm riskinin yüksək olması və ya xəstənin həyati parametrlərinin saxlanmasının çətinliyi barədə tibbi kollegiyanın rəyi əsasında qəbul edilir.
Bu, simulyasiyadır?
Gürcüstanın ədliyyə naziri Rati Breqadze dekabrın 13-də bildirib ki, Saakaşvili vəziyyətini pisləşdirmək və azadlığa çıxmaq üçün saxtakarlıq edir və özünə zərər yetirir. Onun sözlərinə görə, Saakaşvili saxtakarlığa son qoymasa, nazirlik sabiq Prezidentin həkimlərin və məhkəmənin işinə necə müdaxilə etdiyini göstərən videolar yaymağa məcbur olacaq.
Nazir vurğulayıb ki, videogörüntülər hakimiyyətin əleyhdarlarının israr etdiyinin yalan olduğuna, heç kimin Saakaşviliyə işgəncə vermədiyinin sübutudur.
“Onlar ictimaiyyəti çaşdırmaq, məhkəmə prosesinə müdaxilə etmək üçün hər cür çirkin oyuna əl atırlar”, - nazir vurğulayıb.
Qayıdış və həbs
Xatırladaq ki, Saakaşvili 2021-ci il sentyabrın 29-da Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də paytaxtda saxlanılıb. Tiflis Şəhər Məhkəməsi ona qarşı üç maddə ilə açılan cinayət işə baxır - dövlət vəsaitinin mənimsənilməsi, 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə maddələri ilə.
Üstəlik, sabiq Prezident deputat Valeri Gelaşvilinin döyülməsi və bank əməkdaşı Sandro Girqvlianinin qətlində təqsirli bilinənləri əfv etməsi səbəbindən əvvəl 6 il müddətinə azadlıqdan məhrum edilib. //AYNA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|