Gürcüstan bu gün: Qərbə nifrət siyasəti, qanunsuz izləmələr, təqiblər, təzyiqlər… - “Hakimiyyət nə cəmiyyəti vecinə alır, nə də beynəlxalq təşkilatları”
Tarix: 28-12-2022, 15:21 | Çap et
Gürcüstan ictimai-siyasi gündəminin əsas mövzusu hazırda məhkumluq həyatı yaşayan sabiq Prezident Mixail Saakaşvilidir. Həbsdə olduğu müddətdə uzunmüddətli aclıq aksiyası keçirən, sahhətində ciddi problemlər yaranan Saakaşvili indi ölüm təhlükəsi ilə üz-üzədir. Tərəfdarları, onun azadlığa buraxılmasını, həkimləri təcili normal müalicə almadığı təqdirdə öləcəyini, vəkilləri isə ədalətli məhkəmə keçirilməsini, müalicə alması üçün azadlığa çıxarılmasını istəyir və tələb edirlər. Hakimiyyət qurumları isə sabiq Prezidentlə qanun çərçivəsində davranıldığını bildirir. Hakimiyyətdə olan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası Mişa ilə bağlı onlara yönələn ittihamları qəbul etmir.
Qeyd edək ki, Saakaşvili Gürcüstanda Sandro Qirqvlianinin ölümü ilə bağlı səs-küylü işdə və keçmiş deputat Valeri Qelaşvilinin döyülməsində təqsirli bilinənləri əfv etdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmlər Saakaşvili Gürcüstandan kənarda olarkən qiyabi olaraq verilib.
Büdcə vəsaitlərinin mənimsənilməsi, etiraz aksiyasının dağıdılması və 2007-ci ilin noyabrında “İmedi” telekanalına müdaxilə ilə bağlı işlərə isə baxılır. Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə də ittiham olunur. Xatırladaq ki, sabiq Prezident 2021-ci ilin payızında keçirilən bələdiyyə seçkilərinin birinci turuna az qalmış gizli şəkildə Gürcüstana qayıdıb. Bundan sonra Saakaşvili saxlanılıb və həbs edilib. Sabiq dövlət başçısının səhhəti həbsxanada keçirdiyi iki aclıq aksiyasından sonra pisləşib. Saakaşvili hazırda Tbilisidəki klinikalardan birində mühafizə altında müalicə olunur.
Onun müalicə alması, müvəqqəti də olsa azadlığa çıxması üçün məhkəməyə müraciətinə baxılır. Artıq iki məhkəmə prosesi keçirilib, amma hələlik müsbət qərar verilməyib. Beynəlxalq ictimaiyyətdən Gürcüstan hakimiyyətinə çağırışlar var. Lakin ekspertlər bu çağırışların yetərli olmadığı qənaətindədirlər. Gürcü cəmiyyətinin də sabiq Prezidentin müdafiəsi ilə bağlı aktivliyi hiss olunmur.
DİA.AZ bildirir ki, Saakaşvili ətrafında cərəyan edən proseslərlə bağlı AYNA-nın suallarını Gürcüstandakı azərbaycanlı ictimai-siyasi fəal Samirə Bayramova cavablandırıb. Deyib ki, Saakaşvilinin durumu həqiqətən də çox acınacaqlıdır:
- Keçmiş Prezidentin son görüntülərini bütün dünya izlədi və artıq şübhə yoxdur ki, onun vəziyyəti son dərəcə ağırdır. Mütəxəssislər də qeyd edirlər ki, onun həyatına ciddi təhlükə var və mütləq bu şəxs normal şərait altında müalicə almalıdır. Əlbəttə ki, Gürcüstan cəmiyyəti onun dövründə baş verən hadisələri, cinayətləri unutmayıb. Hansı ki, Saakaşvili bunlara görə birbaşa məsuliyyət daşıyır. Hazırda bir çox QHT-lər, təşkilatlar onun müalicə alması üçün normal şərait yaradılmasını istəyir. Eyni zamanda, ictimaiyyət səhhəti tam normallaşandan sonra azad və ədalətli məhkəmə prosesinin keçirilməsini istəyir. O demək deyil ki, Saakaşvilinin tam şəkildə azad olunması tələb olunur. Əlbəttə, onun dövründə baş verən cinayətlər ciddi araşdırılmalı, əli olduğu cinayətə görə sabiq Prezident cəzasını almalıdır. Amma yenə deyirəm, bu, ədalətli məhkəmə prosesi ilə həyata keçirilməlidir. Gürcü cəmiyyətinin tələbi budur.
- Gürcü cəmiyyətində sanki susqunluq da var, aktivlik hiss olunmur. Saakaşvilinin qurucusu olduğu Milli Hərəkat Partiyası fəalları da liderlərinin müdafiəsində aktiv deyillər...
- Son dövrlərdə təəssüf ki, Gürcüstanda insan hüquqları, demokratiya səviyyəsi aşağı düşüb. Bu, cəmiyyətə də öz təsirlərini göstərməkdədir. Artıq ölkədə oliqarxiya sistemi yaranıb. Dövləti və cəmiyyəti bir oliqarx idarə edir. Sistem, idarəçilik ictimai fəallığa da mənfi təsir göstərir.
Diktatura və oliqarxiya sistemi ilə ölkənin bütün strukturlarının fəaliyyətinə ciddi təsirlər mövcuddur. Hüquq-mühafizə sistemində də, polis sistemində də ciddi çöküş var. Ümumiyyətlə, Gürcüstanda belə bir fenomen yaranıb: “Milli hərəkatçılar” ölkənin düşmənidirlər, ölkəni məhvə aparmaq istəyirlər, müharibəyə sürükləyirlər. Hakimiyyət belə bir illüziya yaradıb. Bu, məqsədli şəkildə həyata keçirilir.
Əvvəllər siyasi aktivlik mövcud idi, aksiyalar keçirilirdi. Təəssüflər olsun ki, “Gürcü arzusu” nə cəmiyyəti, nə də beynəlxalq korpusu, xarici təşkilatları vecinə alır. Hakimiyyət demək olar ki, bütün çağırışları, bəyanatları qulaqardına vurur. Müəyyən qədər aktiv siyasi proseslər baş versə də, aksiyalar keçirilsə də, bunlar nəticəsiz qalır. Çünki yenə deyirəm, daxildəki aksiyalar, xaricdən gələn çağırışlar, təzyiqlər “Gürcü arzusu” tərəfindən birmənalı şəkildə iqnor edilir.
İkinci məsələ isə Saakaşvilinin lideri olduğu partiyanın daxilindəki problemdir. Hazırda Vahid Milli Hərəkat Partiyasına yeni sədr seçilməsi prosesi gedir. Bu səbəbdən partiyadaxili gərginlik, çəkişmə ab-havası, qarşıdurmalar mövcuddur. Bu, Saakaşvilinin hüquqları ilə bağlı daha təsirli addımlar atılmasına mənfi təsir göstərir.
Eyni zamanda, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə hər şeyi ciddi şəkildə nəzarətə götürüb. İctimai-siyasi proseslər, insanlar təqib edilirlər, qanunsuz izləmələr, dinləmələr pik həddə çatıb. Təbii ki, bu amillər prosesə təsirlərini göstərir.
- Görünən odur ki, vaxtilə Saakaşviliyə dəstək göstərən Qərb də aktiv deyil. Bəzi bəyanatları çıxmaq şərti ilə Gürcüstan hakimiyyətinə təsirli çağırışlar müşahidə edilmir. Bunun səbəbləri nədir?
- “Gürcü arzusu”nun rəhbərliyi tərəfindən Qərb təşkilatlarına qarşı ciddi aqressiya var. Hakimiyyət bu aqressiyanı açıq şəkildə göstərir. Hətta deyərdim ki, “Gürcü arzusu” Qərb qurumlarına qarşı “soyuq müharibə” aparır. Gürcüstandakı diplomatik korpuslar, təşkilatlar çalışırlar ki, vəziyyəti bir qədər stabilləşdirsinlər. Beynəlxalq təşkilatlar istəmirlər ki, hakimiyyətlə konflikt yaşansın. Buna baxmayaraq, hakimiyyət demək olar ki, Qərbə qarşı nifrət dilindən istifadə edir, liberallığı tənqid edir, faydasızlığı haqqında təbliğat aparır. Təbii ki, bunlar proseslərə təsirini göstərir. Belə deyək, Qərb təşkilatları, səfirliklər təzyiqlərlə üzləşir. Onlar özlərini Gürcüstanda ayaqda qalmağa çalışırlar. Eyni zamanda, çağırışların hakimiyyət tərəfindən iqnor olunması xarici təşkilatların hərəkətlərini məhdudlaşdırır.
- Gürcüstan Dövlət İnspektor Xidməti Saakaşvilinin müdafiəsinə çağırış edirdi. Sonradan bu qurum ləğv edildi, deyəsən…
- Bəli, ləğv edildi. Gürcüstanda “Xalq müdafiəçisi”nin və İnspektor Xidmətinin rəhbəri Saakaşvilinin həbsi, onun səhhətinə biganəliklə bağlı hakimiyyətə müraciət ünvanlamışdı, məsələni tənqid etmişdi, qınamışdı. Bu qurumlar Saakaşvili ilə bağlı ədalətli məhkəmə tələb edirdilər. Bundan sonra hər iki qurum hakimiyyətin təzyiqinə məruz qaldı. Sonda Dövlət İnspektor Xidməti barəsində qeyri-qanuni addım atıldı, qurum ləğv edildi və başqa bir idarənin tərkibinə daxil edildi. Bu, İnspektor Xidmətinin bir növ cəzalandırılması addımı idi. Həmçinin “Xalq müdafiəçisi”nin rəhbərliyinə güclü təzyiqlər olunur və bu, davam etməkdədir. Yəni ki, kimlər Saakaşvilinin müdafiəsi ilə bağlı təşəbbüslə çıxış edirsə, onlar təzyiqlərə məruz qoyulur.
Onu da qeyd edim ki, Gürcüstanda 500-dən artıq ictimai fəal qadın Gürcüstan Prezidentinə Saakaşvili ilə bağlı müraciət edib. Burada siyasi, mədəni və digər bütün sektordan olan qadınların imzası var. Azərbaycanlı olaraq da mən müraciətə imza atmışam. Biz Saakaşvilinin məhkəməsinin ədalətli keçirilməsini tələb etmişik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|