İranın Türkiyədəki gizli fəaliyyəti, altı səbəb - İNCƏLƏMƏ...
Tarix: 30-12-2022, 10:32 | Çap et
Türkiyə ali kəşfiyyat orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) başçılığı ilə keçirilən əməliyyatlarda İranın Vanda 5 casusu tutularaq istintaqa təhvil verilib. İranın Türkiyə ərazisini kəşfiyyat poliqonu kimi görməsinin səbəblərini və hədəflərini analiz edərkən bir neçə istiqaməti canlandıra bilərik. 1. İranın xarici siyasətindəki siyasi islamın radikal şiəlik xətti ana məzmundur və Tehran hər vəchlə qonşu ölkələrdə, Yaxın Şərqdə genişlənən ambisiyalarında hədəflərə çatmaq vasitəsi kimi həmin ideologiyanı yayır. Bu mənada İranın Türkiyədəki kəşfiyyat fəaliyyəti son illərin məhsulu deyil, bu kök 1990-cı illərə qədər gedib çıxır. Türkiyə dünyəvi ölkə olmasına baxmayaraq, müsəlman dünyasını parçalamağa qarşı oxları neytrallaşdırmaqdan ötrü İslamın vahid birləşdirici ideallarını təkmilləşdirərək onu siyasətə gətirir. İranın sabitliyi poza biləcək davranışları Ankaranı, Türkiyənin “Ərəb baharı”nın müsəlman dünyasında yaratdığı çaşqınlıq fonunda birləşdirici dini ideyalarla çıxışı Tehranı qıcıqlandırır. Qarşılıqlı etirazlar və toqquşan maraqlar Türkiyə ilə İranı nüfuz uğrunda uzunmüddətli rəqabətə kökləyir. İki ölkənin böyük ticarət həcmi və perspektiv üçün zəngin imkanları olsa da, münasibətlərin ümumi xarakteri qarşılıqlı şübhə və rəqabət əsasında müəyyən edilib. İranın xüsusi xidmət orqanlarının qayəsi Türkiyədəki sekulyar təsisatı zəiflətmək, siyasi şiəliyə əsaslanan hərəkatı gücləndirmək məqsədi daşıyır, hərçənd ki, Tehran hədəflərinə çatmaqda aciz görünür. 2. Tehranın qlobal arenadakı molla rejiminə müxalif iranlıları təqib etmək, onları qaçırmaq planını işə salması Türkiyəyə də təsirsiz ötüşmür. İranın hədəflərinin siyahısında Ankaranın təhlükəsizliyinə zəmanət verdiyi iranlıları oğurlayıb Tehran rejiminin cəbr aləti qarşısında cəzalandırılması ayrıca bir məzmun kimi keçir. 3. Türkiyənin İsraillə yaxınlaşması bu iki ölkənin “Ərəb açılımı” fonunda da proqressiv nəticələr qazandırır, bununla paralel olaraq həm Ankara, həm də Təl-Əviv Cənubi Qafqazdakı mövqelərini bərkidir. İranın regional sülh nizamını dəyişmək ambisiyaları ilə təhdidlər yağdırması həm İsrail, həm Türkiyə, həm də Azərbaycanı qayğılandırır. İran casuslarının Türkiyədə ələ keçirilmələri tendensiyası Ankara və Tehran arasında Cənubi Qafqaz uğrunda rəqabətinin qızışmasının son əlaməti kimi də başa düşülür. Çünki Ankara Qarabağ müharibəsinin yekununda Cənubi Qafqazda genişlənən siyasətə sahiblənir. İran Türkiyə daxilində çaşqınlıq yaratmaq, Ankaranın Cənubi Qafqazdakı siyasi, hərbi-strateji maraqlarına zərbə vurmaq üçün kəşfiyyat alətlərindən istifadə edir. 4. Türkiyə və İran həm Fələstin məsələsində, həm Suriya və İraqda toqquşan maraqlara sahibdir, hərçənd ki, hər iki ölkənin rəsmi mövqeyində Fələstinə dəstək bəyanatları var. 5. İranın kəşfiyyat planları sırasında israilli diplomatların öldürülməsi, onların qaçırılması ssenariləri yer almaqdadır, Tehran bu missiyanı Türkiyədəki israillilərə qarşı da oxa çevirməkdə maraqlıdır. Bununla da İslam Respublikası Türkiyənin etibarını sarsıtmaq, onun təhlükəsizliyə qarantiya verə bilən ölkə olmaması təəssüratını yaratmağı hədəfləyir. 6. Türkiyə ilə İran arasındakı gərginliyin altıncı istiqamətini, daha çox iqtisadi məsələlərlə əlaqələndirmək olar. Türkiyə Cənub Qaz Dəhlizi, Rusiya ilə enerji layihələri vasitəsilə, Türkmənistan qazının Avropaya ixracı ehtimallarında tutduğu mövqe ilə, iqtisadi parametrlər üzrə Tehranın regiondakı profilini aşağı sala biləcək strateji potensiallarını çoxaldır. Altıncı bənddən bir yarımbənd də çıxarmaq olar, belə ki, Türkiyə Qərb ölkələrinin İrana qarşı total sanksiyalarını özünün iqtisadi səmərəsi üçün hesablayır. Türkiyə İrana qarşı ağırlaşan embarqolar səbəbi ilə bu ölkədən aldığı qazın qiymətini aşağı salmağa çalışır və Tehran satış üçün münbit ölkəni əldən buraxmamaq üçün ixrac qiymətində ucuzlaşmaya getmək məcburiyyəti ilə qarşılaşır. Tehranın Ankaraya qarşı kəşfiyyat diapazonu Türkiyəni İranın iqtisadi rıçaqlarından istifadədə davamlı olması üçün təzyiq kimi də şərh edilə bilər. Türkiyə ilə İran aralarındakı rəqabətli mühiti, ikitərəfli münasibətlərdə sürətlə daralan ticarət əlaqələrini kompensasiya etməklə nisbətən yaxşılaşdıra bilərlər. Lakin bu, strateji rəqabətin dostluqla əvəzlənməsi üçün əsas ola bilməz, ona görə də İranla Türkiyənin nüfuz savaşı Yaxın Şərqdə, Cənubi Qafqazda daha da qabarıqlaşacaq. Ankara təkcə ölkə daxilində deyil, Yaxın Şərqdə də İranın agentura şəbəkəsi ilə üz-üzə gəlir, lakin MİT-in üstün zəkası, İsrail kəşfiyyatı ilə koordinasiya Tehranı məqsədinə çatmağa qoymur. Aqşin Kərimov - DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
|