Tiqran Sarksiyanın istefasının pərdəarxası məqamları
Tarix: 5-04-2014, 11:33 | Çap et
Ermənistanın baş naziri Tiqran Sarkisyanın istefa xəbəri ölkə gündəmini tutub. Baş nazir ötən gün ölkə prezidentinə istefa ərizəsini təqdim edib və Serj Sarkisyan da onun istefasını qəbul edib. Məlumata görə, bu barədə qərar hakim Ermənistan Respublikaçılar Partiyası (ERP) İcra Orqanının toplantısından sonra elan edilib. Baş nazirin istefasının səbəbləri barədə heç bir açıqlama verilməyib. Öz Facebook səhifəsində Tiqran Sarkisyan “həmvətənlilərə” xitabən yazıb ki, istefa xahişi ilə ölkə prezidentinə hələ fevral ayında müraciət edibmiş. “Mənim bu qərarım yetkin düşünülüb” – deyə Tiqran Sarkisyan bildirib. Baş nazir onunla “bir yerdə işləyənlərə və prezidentə” təşəkkürünü bildirib, yeni hökumət kabinetinə “vətənpərvər və səmərəli” işləməyi arzulayıb. Son illər hökumət kabinetinin fəaliyyəti tez-tez Ermənistanın qeyri-iqtidar qüvvələrinin tənqid hədəfinə çevrilmişdi. Xüsusilə parlamentin hakim Ermənistan Respublika Partiyası fraksiyasından sonra sayca ikinci olan “Çiçəklənən Ermənistan” Partiyası Tiqran Sarkisyanın öz vəzifəsinin öhdəsindən gəlmədiyini bildirib və ona etimadsızlıq elan etmək məsələsini parlamentin gündəliyinə daxil etməyə çalışırdı. Son həftələr isə parlamentdə təmsil olunan dörd qeyri-iqtidar siyasi təşkilatı – “Çiçəklənən Ermənistan”, “Daşnaksutyun”, “İrs” partiyaları və Erməni Milli Konqresi – bir sıra görüşlərdən sonra aprel ayının sonunda baş nazirin istefası tələbilə üç gün fasiləsiz mitinq keçirmək qərarına gəlmişdi. Müxalifət baş naziri ölkənin iqtisadi siyasətini iflasa uğratmaqda ittiham edir və hökumət tərəfindən tətbiq edilən pensiya islahatına qarşı çıxırdı. 1960-cı ildə Kirovakanda (indiki Vanadzor) anadan olan Tiqran 1983-cü ildə Leninqrad Maliyyə İqtisad İnstitutunu bitirib. 1998-ci ilədək elmi fəaliyyətlə məşğul olub. Həmin ilin martından 2008-ci ilədək Mərkəzi Bankın sədri postunu tutub. 2008-ci ildən baş nazir idi.
İstefa ilə bağlı ən müxtəlif versiya və ehtimallar səslənir. Burada gah T.Sarkisyanın Avrasiya İttifaqı və Gömrük Birliyinə qarşı olması, gah prezident seçkilərinə hazırlaşdığı, gah da qərbpərəst olması və bu səbəbdən Moskvanı qane etmədiyi kimi ehtimallar irəli sürülür. İstənilən halda, bu, hakim partiyada çox ciddi bir fikir ayrılığının göstərici hesab edilməlidir.
“Baş nazirin istefası Ermənistan vətəndaşlarının həyatında ciddi dəyişikliklərin baş verəcəyi yolda birinci potensial addımdır. Mən bu münasibətlə Ermənistan vətəndaşlarını təbrik edirəm”. Bu fikri “Çiçəklənən Ermənistan”ın mətbuat xidmətinin rəhbəri, deputat Tiqran Urixanyan səsləndirib. Onun sözlərinə görə, baş nazirin prezidentə istefa ərizəsini hansı formada yazması barədə dəqiq məlumatlı deyil. Öz növbəsində “İrs” Partiyasının katibi Tevan Poqosyan qərardan şoka düşdüyünü deyib. Onun sözlərinə görə, bu qərar onun üçün gözlənilməz olub. “Biz özümüz də buna uzun müddət idi ki, nail olmağa çalışırdıq”, - deyə deputat vurğulayıb. Baş nazirin vəzifəsindən çıxmasına hansı faktorun səbəb olduğuna gəldikdə, Poqosyan “bizim faktor da burada rol oynadı. Konstitusiya Məhkəməsinin hökumətin pensiya islahatı ilə bağlı qərarından sonra bəlli idi ki, baş nazir gedəcək. Lakin belə tez gözləmirdik. Bu, çox yaxşı bir presendentdir. Əgər hökumət qarşıya qoyulan məqsədlərə çata bilmirsə, demək getməlidir. Bu mexaniki olaraq hökumətin istefasına gətirib çıxarmalıdır”, - deyə o, bildirib.
Politoloq Karen Köçəryan isə hesab edir ki, növbəti baş nazir hakim Respublika Partiyasını təmsil edəcək. Baş nazirin istefa barədə qərarını şərh edən Köçəryan səbəb kimi pensiya islahatı barədə Konstitusiya Məhkəməsinin qərarını göstərib. Siyasi texnoloq həmçinin parlamentdə təmsil olunan “dördlüy”ün (koalisiyanın) aprelin 28-də hökumətə etimadsızlıq göstərilməsi barədə qərarının qüvvədə qaldığını da deyib. Onun qənaətincə, hakim partiya göstərmək istəyir ki, istefa digər qüvvələrin təzyiqi ilə deyil, özlərinin qəbul etdiyi qərardır” - deyə Köçəryan vurğulayıb. Levon Ter-Petrosyanın prezidentliyi dövründə xüsusi xidmət orqanlarına rəhbərlik etmiş David Şahnazaryan isə hesab edir ki, Ermənistan parlamentinin altı fraksiyası Rusiyanın iradəsini yerinə yetirdiklərini elan etməlidirlər: “Bu fraksiyalar sadəcə korrupsiya rıçaqlarına qarşı mübarizə aparırlar. Qoy onlar açıq şəkildə bildirsinlər ki, yalnız və yalnız Rusiyanın iradəsini yerinə yetirirlər”.
Ən çox yayılan ehtimallar bununla bağlıdır ki, Sarkisyanın istefası Ermənistanın Gömrük İttifaqına üzvlüklə bağlıdır. Baş nazirin əvvəldən bu ittifaqa qoşulmağa razı olmadığı vurğulanır. Hakim partiyanın mətbuat katibi Eduard Şarmazanov Sarkisyanın işdən uzaqlaşmasının bununla bağlı olmadığını deyib. O ki qaldı yeni baş nazirin kimliyinə, əksəriyyət hesab edir ki, bu şəxs gələcək prezident ola bilər. Həmin şəxs 2018-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək. Erməni ekspert Armen Yakubyan isə bu qənaətdədir ki, hazırkı prezident Serj Sarksiyan baş nazirə özünü siyasətçi və idarəetmə sahəsində bacarıqlı bir şəxs kimi qabarmaq üçün kifayət qədər vaxt verdi. Lakin bunların heç biri baş vermədi və bu səbəbdən də T.Sarkisyan istefa verməli oldu.
Bəzi mənbələr isə daha maraqlı bir ehtimal irəli sürürlər. Onlar baş nazir postuna eks-prezident Robert Köçəryanın təyin olunacağı barədə ehtimallar səsləndiriblər. Lakin Köçəryanın mətbuat katibi Viktor Soqomonyan bu barədə yayılan xəbərləri təkzib edib. Lakin müstəqil analitik Ayk Balanyan Köçəryanın şanslarının olduğunu və böyük ehtimalla onun bu şansdan yararlanacağını bildirib. Eyni zamanda hesab edir ki, bir sıra faktorlar Köçəryanın baş nazir olmasına imkan verməyəcək. “Mən bu qənaətdəyəm ki, Serj Sarkisyan Köçəryanın son anda razılaşacağı fiqurdur və hesab edirəm ki, Sarkisyan daha kompromis varianta üstünlük verəcək. Çox güman ki, o, Köçəryanın namizədliyindən yaxa qurtarmaq üçün Moskva, eləcə də müxalifətdə olan digər aparıcı şəxsləri ilə razılaşmağa çalışacaq”. Ekspertin qənaətincə, hazırda xalça altında gizli mübarizə gedir və bunun nəticəsinə uyğun qərar qəbul ediləcək: “İstənilən halda Köçəryanın öz nüfuzunu artıracağı şəksizdir. Lakin onun Ermənistan üçün zəruri islahatları apara biləcəyini demək də çox çətindir”. \\ kaspi.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|