Hakim partiya prezident və parlament seçkilərini uddu
Tarix: 28-04-2014, 09:28 |
Çap et
Aprelin 27-si Makedoniyada prezident seçkisinin ikinci turu və parlament seçkisi keçirilib. Prezident seçkisi indiki dövlət başçısı Gyorge İvanovun qələbəsi ilə başa çatıb. Dövlət Seçki Komissiyası İvanovun 55 faiz səs topladığını açıqlayıb.
“Media forum” saytının məlumatına görə, İvanovun rəqibi, müxalif Sosial Demokrat İttifaqının namizədi Stevo Pendarovski 41 faiz səs alıb.
Parlament seçkisinə gəlincə, hakim Demokrat Partiyası 43 faiz səslə önə çıxıb. 2006-cı ildən hakimiyyətdə olan Demokrat Partiyası 123 nəfərlik parlamentdə 63 mandatla təmsil olunacaq. Sosial demokratların 25 faiz səs aldığı bildirilir.