İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

Ədalətin gözü kor olanda... - GİLEY
Tarix: 24-10-2018, 10:15 | Çap et
Ədalətin gözü kor olanda...
"Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev yerliçiliyi, qohumluğu qanunlardan üstün tutur. Belə olmasaydı, Bakı Apellyasiya Məhkəməsinin hakimləri dövlətin adından saxta qərarlar qəbul etməzdilər".

Bunu bu günlərdə redaksiyamızda olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 3, 3 a, 3 b ünvanlarında yerləşən 12 mərtəbəli binaların sakinləri dedilər. Onların sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev vəzifə səlahiyyətlərini aşaraq, rəhbərlik etdiyi hakimlərə həmyerlisi aşıq Ulduz Quliyevanın xeyrinə dövlətin adından saxta qərarlar qəbul etmələrinə göstəriş verərək qanunlarımıza hörmətsizlik edir. İman Nağıyevin Gədəbəy rayonunun Dəyirmandağ, Ulduz Quliyevanın isə Kərimli kəndindən olduğunu deyən sakinlər hətta onların qohumluq əlaqəsindən danışdılar. Bu barədə konkret fikir yürüdə bilmədiyimizdən birbaşa mətləbə keçək.

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 3, 3 a, 3 b ünvanlarında yerləşən 12 mərtəbəli binaların sakinləri adından (600 nəfərə yaxın) Məmmədov Sahib Mikayıl oğlu və Əliyev İsmayıl Nurulla oğlu şikayət ərizəsi ilə redaksiyamıza müraciət ediblər. Şikayət ərizəsindən məlum olur ki, 1985-ci ildən bu günə kimi yaşadıqları sözügedən ünvandakı sakinlər binalarının kəsişdiyi aralıqdakı torpaq sahəsinə müxtəlif növ dekorativ və meyvə ağacları əkib, asudə vaxtlarında istirahət etmələri üçün park yaradıblar. Amma onlar ötən ilin bir günü aşıq, şair, “Azərbaycanın Əməkdar mədəniyyət işçisi” Quliyeva Ulduz Əsgər qızı (Ulduz Sönməz) həmin əraziyə, yəni Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 3 b ünvanındakı yaşıllıq sahəsinə yük avtomobillərində tikinti materialları gətirib, əraziyə fəhlələr dəvət edəndə nə vaxtdır binalarının yaxınlığındakı torpaq sahəsi üzərində hansı oyunların getməsindən xəbərsiz olduqlarının indi-indi fərqinə varıblar.

Parkdakı ağacların kəsilməsinə etiraz edən sakinlər müxtəlif təşkilatlara müraciət edərək, yaşıllığın məhv edilməsinin qarşısını almağa çalışıblar. Araşdırmalar nəticəsində sakinlərə məlum olub ki, 07.03.2013-cü il tarixli 16 nömrəli Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 3 a saylı binanın yaxınlığında sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyası altında 0.015 ha torpaq Quliyeva Ulduz Əsgər qızının adına Bakı Şəhər İcra Hakimiyyətinin və onun tabeliyində olan dövlət qurumlarının, yəni Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Departamentinin, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Binəqədi Rayon İcra Hakimiyyətinin razılıqları alınmadan belə, yaşıllığın məhv edilməsi ilə bağlı qanunsuz qərar verilib. Biz isə bu qərarın əsassız olub-olmadığına aydınlıq gətirmək üçün bir qədər əvvələ qayıtmalı olacağıq. Şikayətçilərin redaksiyamıza təqdim etdiyi məhkəmə qərar və qərardadları, eləcə də digər

RƏSMİ SƏNƏDLƏRİ ARAŞDIRARKƏN GENİŞ İZAHI TƏLƏB OLUNAN BİR ÇOX FAKTLARLA RASTLAŞDIQ...

Əlimizdə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ərizəçi Məmmədov Sahib Mikayıl oğluna göndərdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı 06.02.2013-cü il tarixli qərarı var. Qərardan məlum olur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Şərafət Məmmədovanın sədrliyi ilə iddiaçı Quliyeva Ulduz Əsgər qızının və cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinin nümayəndəsi Y.Hüseynovun iştirakı ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli 164 saylı qərarı ilə Binəqədi rayonu, 8-ci mikrorayon, 3 saylı binanın yaxınlığında yerləşən Qasımov Şahid Tehran oğlunun adına verilmiş 150 kv.m torpaq sahəsinin Quliyeva Ulduz Əsgər qızının adına sənədləşdirilməsi (addan-ada keçirilməsi) cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə həvalə olunmasına dair iddiası üzrə inzibati işə 06.02.2013-cü il tarixdə açıq məhkəmə iclasında baxılıb.

Müəyyən edilib ki, iddiaçı Quliyeva Ulduz Əsgər qızı cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli 164 saylı qərarı ilə Binəqədi rayonu, 8-ci mikrorayon, 3 saylı binanın yaxınlığında yerləşən Qasımov Şahid Tehran oğlunun adına verilmiş 150 kv.m torpaq sahəsinin Quliyeva Ulduz Əsgər qızının adına sənədləşdirilməsi (addan-ada keçirilməsi) cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə həvalə olunmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

U.Quliyeva iddia tələbini onunla əsaslandırıb ki, vətəndaş Şahid Tehran oğluna Binəqədi rayonu, 8-ci mikrorayon, 3 saylı binanın yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli 164 saylı qərarı ilə mülkiyyətinə ayrılıb. Qasımov Şahid Tehran oğlu qeyd olunan torpaq sahəsini iddiaçının adına keçirilməsi ilə bağlı ərizə ilə Binəqədi rayonu Binəqədi bələdiyyəsinə müraciət edib.

Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, izahatında bildirib ki, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli Qanunu ilə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi dəyişdirildiyindən, yəni Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və müsabiqələri vasitəsilə əldə edildiyindən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin hər hansı hüquqla ayrılması Binəqədi bələdiyyəsinin imkanı xaricindədir.

Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq mövcud qanunvericiliyi təhlil edərək iddianı təmin edib və qərara alıb ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli 164 saylı qərarı ilə Binəqədi rayonu, 8-ci mikrorayon, 3 saylı binanın yaxınlığında yerləşən vətəndaş Qasımov Şahid Tehran oğlunun adına verilmiş 150 kv.m torpaq sahəsinin Quliyeva Ulduz Əsgər qızının adına sənədləşdirilməsi (addan-ada keçirilməsi) cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə həvalə olunsun. Bəs Binəqədi rayonu Binəqədi bələdiyyəsi nə edib?

BİNƏQƏDİ BƏLƏDİYYƏSİNDƏN GÖRÜNMƏMİŞ SAXTAKARLIQ

Binəqədi rayonu Binəqədi bələdiyyəsi inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı 06.02.2013-cü il tarixli qərarının icrasını təmin edilməsi məqsədilə vətəndaş Qasımov Şahid Telman oğlunun mülkiyyətinə verilmiş torpaq sahəsinin vətəndaş Quliyeva Ulduz Əsgər qızının adına rəsmiləşdirilməsi haqqında 07.03.2013-cü il tarixli, 16 nömrəli qərar verir.

Qərarda bildirilir: “Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli, 164 saylı qərarı ilə Binəqədi rayonu, 8-ci mikrorayon, 3 a (qəribədir, bu “a” haradan çıxdı? - RED.) saylı binanın yaxınlığında vətəndaş Qasımov Şahid Tehran oğluna sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 150 kv.metr torpaq sahəsini Quliyeva Ulduz Əsgər qızının adına sənədləşdirilməsini xahiş etmişdir.

Sonradan iddiaçı Quliyeva Ulduz Əsgər qızı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinin “Bələdiyyə qərarın addan-ada keçirilməsi” iddia tələbi üzrə müraciət etmişdir. İddia üzrə inzibati iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı 06.02.2013-cü il tarixli qərarına əsasən cavabdeh Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli, 164 saylı vətəndaş Quliyeva Ulduz Əsgər qızının adına rəsmiləşdirilməsi vəzifəsi Binəqədi bələdiyyəsinə həvalə edilmişdir.

Beləliklə, Binəqədi bələdiyyəsinin ümumi iclası qeyd olunanları nəzərə alaraq Qərara alır: Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli, 164 saylı qərarı ilə Binəqədi rayonu, 8 mkr. 3 a (? - RED.) saylı yaşayış binasının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş Qasımov Şahid Tehran oğlunun adına ayrılmış 150 kv.metr torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarı ilə vətəndaş Quliyeva Ulduz Əsgər qızının adına rəsmiləşdirilsin...”.

Halbuki 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarında Binəqədi rayonu, 8 mkr. 3 a saylı yaşayış binasından yox, 3 saylı binadan söhbət gedir. Binəqədi bələdiyyəsinin sədri (sabiq) Fəzail Babayev bu saxtalaşdırmanı 07.03.2013-cü il tarixli 11 nömrəli alqı-satqı müqaviləsində də həyata keçirib. Belə ki, Binəqədi bələdiyyəsinin 16.05.2006-cı il tarixli, 405 saylı alqı-satqı müqaviləsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarına əsasən Quliyeva Ulduz Əsgər qızının adına rəsmiləşdirilsə də, 3 saylı bina əvəzinə, 3 a saylı bina qeyd edilib. Bu, əslində Binəqədi bələdiyyəsinin sədri (sabiq) F.Babayevin Azərbaycan Respublikasının adından verilən qərara hörmətsizliyidir.

Yeri gəlmişkən, bu, həmin Fəzail Babayevdir ki, məşhur “MTN işi” meydana çıxan zaman onun hazırda həbsdə olan general Akif Çovdarovla qohumluq əlaqəsinə malik olduğu ilə bağlı mətbuatda çoxsaylı informasiyalar yer almış, hətta sabiq bələdiyyə sədrinin mümkün həbs təhlükəsindən yayınmaq üçün xaricə qaçmaq kimi planlar cızdığı iddia olunmuşdur. F.Babayevin sədrlik dövrü Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrə təsadüf edirdi ki, bu dövr ərzində onun icra başçısı ilə birlikdə “qaz vurub, qazan doldurduğu” hər kəsə bəlli idi. Uzun müddət Binəqədi bələdiyyəsinin sədri işləyən bu şəxsin A.Çovdarov və onun “məsləhət bildiyi” xeyli MTN əməkdaşına Binəqədi rayonunun ən bahalı ərazilərindən torpaq sahələri təşkil etdiyi də heç kimə sirr deyildi. F.Babayevin mübahisəli məsələlərin həllində A.Çovdarovun “əməyindən” də gen-bol şəkildə istifadə etdiyi ilə bağlı iddialar vardı.

Elə bu günə qədər Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 3, 3 a, 3 b ünvanlarında yerləşən 12 mərtəbəli binaların sakinlərinə də qaranlıq qalan odur ki, 16 may 2006-cı ildə Binəqədi rayonu Binəqədi bələdiyyəsi dövlətin balansında olan 3 saylı binanın yaxınlığındakı 150 kv.m torpaq sahəsini 164 saylı qərarla Füzuli rayonundan məcburi köçkün Qasımov Şahid Tehran oğluna necə satıb? Əgər bu alqı-satqı həqiqətən də qanuni yolla həyata keçirilibsə, Qasımov Şahid Tehran oğlu ötən 7 il ərzində aldığı həmin torpağa niyə yaxın dura bilməyib? Odur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarı ilə razılaşmayan Məmmədov Sahib Mikayıl oğlu və digər sakinlər Bakı Apellyasiya Məhkəməsinə müraciət edirlər.

BAKI APELLYASİYA MƏHKƏMƏSİ APELLYASİYA ŞİKAYƏTİNİN İCRAATA QƏBULUNDAN NİYƏ İMTİNA ETDİ?

10 noyabr 2017-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası hakimlər Səriyyə Seyidovanın sədrliyi ilə (məruzəçi), Sərvət Hüseynov və Vidadi Məmmədovdan ibarət tərkibdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarından Məmmədov Sahib Mikayıl oğlu və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılaraq müəyyən edilib ki, iddiaçı Quliyeva Ulduz Əsgər qızı cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli 164 saylı qərarı ilə Binəqədi rayonu, 8-ci mkr, 3 saylı binanın yaxınlığında yerləşən vətəndaş Qasımov Şahid Tehran oğlunun adına verilmiş 150 kv.metr torpaq sahəsinin Quliyeva Ulduz Əsgər qızının adına sənədləşdirilməsinin (addan-ada keçirilməsi) cavabdehə həvalə olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Qərarla razılaşmayan Məmmədov Sahib Mikayıl oğlu və qeyriləri apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. İşə apellyasiya qaydasında baxılarkən şikayətçilər Əliyeva Bahar İsmayıl qızı və Sovqatova Gülgəz Yunus qızının nümayəndəsi və vəkili Heydər Əsgərov apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

Məhkəmə məruzəçi hakimin məruzəsini dinləyərək, iş materiallarına, verilmiş apellyasiya şikayətinin əsas dəlillərinə qiymət verərək hesab edib ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı iş üzrə qəbul etdiyi 06.02.2013-cü il tarixli qərarından Məmmədov Sahib Mikayıl oğlu və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir.

Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edib. İş materiallarından görünür ki, Binəqədi rayonu, 8-ci mikrorayon, 3 saylı binanın yaxınlığında yerləşən 150 kv.metr torpaq sahəsi vətəndaş Qasımov Şahid Tehran oğlunun adına verilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı iş üzrə qəbul etdiyi 06.02.2013-cü il tarixli qərarı ilə Quliyeva Ulduz Əsgər qızının adına sənədləşdirilməsi (addan-ada keçirilməsi) qərara alınmışdır.

Bundan sonra iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən (rəis Ş.Şahvələdov, qeydiyyat icraçısı R.Mirzəyev - RED.) verilmiş daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla Binəqədi rayonu, 8-ci mikrorayon, 3 saylı binanın yaxınlığında yerləşən 150 kv.metr torpaq sahəsi iddiaçının xüsusi mülkiyətinə verilmişdir.

Beləliklə, məhkəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı iş üzrə qəbul etdiyi 06.02.2013-cü il tarixli qərarından Məmmədov Sahib Mikayıl oğlu və digərləri tərəfindən verilmiş apellyasiya şikayətini mümkün saymayaraq onun icraata qəbulundan imtina edir.

ƏMLAK MƏSƏLƏLƏRİ YANINDA DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTR XƏDMƏTİNİN BAKI ŞƏHƏRİ ƏRAZİ İDARƏSİNİN SAXTA ÇIXARIŞI...

Sakinlərin yazdığına görə, U.Quliyeva 4 ildən sonra sənədləri “qanuni” şəklə gətirmək üçün məhkəməyə təqdim etdiyi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 18.02.2017-ci ildə 1010097 №-li, qeydiyyat nömrəsi 1117011451 olan daşınmaz əmlakın ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, 3 a (? - RED.) saylı binanın yaxınlığı qeyd edilən saxta Çıxarışını əldə edir. Şikayətçilər bildirirlər ki, 3 a saylı binanın yaxınlığında heç 10 kv.metr belə, torpaq sahəsi yoxdur.

Belə olan halda, Məmmədov Sahib Mikayıl oğlu və digər sakinlər Binəqədi rayon Binəqədi bələdiyyəsinə, Quliyeva Ulduz Əsgər qızına, Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi və qeyriləri işə cəlb edilməklə 07.03.2013-cü il tarixli 16 №-li Bakı şəhəri, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin qanunsuz çıxarılan qərarının ləğv edilməsi və Binəqədi rayonu Binəqədi bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 3, 3 a və 3 b saylı binaların sakinlərinin rahatlığını pozduğuna görə barəsində xüsusi qərar çıxarılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edirlər.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-176/2018 saylı, 20 aprel 2018-ci il tarixli qərarında bildirilir ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia Binəqədi rayonu Binəqədi bələdiyyəsinə qarşı hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 164 nömrəli, 16 may 2006-cı il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi, 3 a (halbuki indiyədək bu ünvan 3 göstərilirdi - RED.) saylı binanın yaxınlığında 150 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qasımov Şahid Tehran oğlunun mülkiyyətinə verilmişdir.
İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarının surətindən görünür ki, Qasımov Şahid Tehran oğluna Binəqədi rayonu, 8-ci mkr, 3 saylı (burada isə binanın sayı 3 göstərilir - RED.) binanın yaxınlığında 150 kv.m bələdiyyəyə məxsus torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli, 164 saylı qərarı ilə ayrılmışdır (təzada diqqət yetirin: Binəqədi bələdiyyəsinin sözügedən eyni qərarında ünvan fərqli göstərilir: 3 saylı bina sonradan 3 a kimi qeyd edilir - RED.).

İşdə olan Binəqədi rayonu Binəqədi bələdiyyəsi ilə Quliyeva Ulduz Əsgər qızı arasında bağlanmış 07 mart 2013-cü il tarixli, 11 nömrəli “Ərazisində olan sahəsinin alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi haqqında” Müqavilənin surətindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarına əsasən (məhkəmənin bu qərarında bina 3 saylı göstərilir - RED.) sahibkarlıq fəaliyyəti üçün Quliyeva Ulduz Əsgər qızına təklif edilmişdir.

İşdə olan Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 16 nömrəli, 07.03.2013-cü il tarixli qərarının surətindən görünür ki, Bənəqədi bələdiyyəsinin 16 may 2006-cı il tarixli, 164 saylı qərarı ilə Binəqədi rayonu, 8-ci mkr, 3 a (? - RED.) saylı yaşayış binasının yaxınlığında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Qasımov Şahid Tehran oğlunun adına ayrılmış 150 kv.m torpaq sahəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı, 06.02.2013-cü il tarixli qərarı ilə (qeyd etdiyimiz kim, bu qərarda söhbət 3 saylı binadan gedir, 3 a-dan yox - RED.) Quliyeva Ulduz Əsgər qızının adına rəsmiləşdirilmişdir.
İşdə olan RX seriyalı, 1010097 nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3 a (? - RED.) saylı binanın yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsi Quliyeva Ulduz Əsgər qızının xüsusi mülkiyyətindədir.

İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən Bakı şəhəri 11 saylı Hüquq Məsləhətxanasına ünvanlanmış 328 nömrəli, 23 avqust 2017-ci il tarixli məktubun surətindən isə görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, 3, 3 a və 3 b saylı binaların yaxınlığında yerləşən yaşıllıq sahələri Bakı Şəhər İcra Hakimiyyəti Yaşallaşdırma Təsərrüfatı Birliyinin balansına aiddir. Həmin ərazilərin özəlləşdirilməsi ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı bİrliyi heç bir hüquqi və fiziki şəxsə razılıq verməmişdir.
Sadalanan bütün bu xüsusatlara əsasən məhkəmə iddianı əsassız hesab edərək, təmin etməyib.

BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN DAHA BİR SAXTA QƏRARI...

Bundan sonra Məmmədov Sahib Mikayıl oğlu və Əliyev İsmayıl Nurulla oğlu apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-176/2018 saylı, 20 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş ediblər. 30 avqust 2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası hakimlər Həmid Həmidovun sədrliyi ilə (məruzəçi), Elmira Nağıyeva və Məmməd Məmmədovdan ibarət tərkibdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-176/2018 saylı, 20 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi tələbinə dair Məmmədov Sahib Mikayıl oğlu və Əliyev İsmayıl Nurulla oğlunun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılıb.

Cavabdeh Binəqədi bələdiyyəsinin və Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də cavabdeh Quliyeva Ulduz Əsgər qızının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, 1-ci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş ediblər. Üçüncü şəxslər Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri isə məhkəmə mübahisəsinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdıqlarını bildiriblər. Sonda məhkəmə kollegiyası isə apellyasiya şikayətini təmin etməyib və tərkibdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-176/2018 saylı, 20 aprel 2018-ci il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlayıb.

Şikayətçilər isə məhkəmələrin onlara qarşı qərəzli olduğunu, işə baxan hakimlərin mübahisəli əraziyə baxış keçirmədiklərini, sözügedən torpaq sahəsinin harada yerləşdiyini, həmin ərazidə həqiqətən də obyekt inşa edilməsinin mümkün olub-olmadığını araşdırmadan qanunun tələblərini pozaraq qərar qəbul etdiklərini bildirirlər.

Diqqəti 11 mart 2014-cü ildə Nazirlər Kabinetinin qəbul etdiyi 72 saylı qərara yönəldən şikayətçilər “Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar”ın 3; 9; 16; 41; 69.4; 69.5; 69.5.1; 69.8. maddələrinə əsasən Binəqədi bələdiyyəsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi sənədlərin qanuna zidd olduğunu qeyd edirlər.

Yalnız 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)831/2013 saylı 06.02.2013-cü il tarixli qərarına etiraz etməyən Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, S.S.Axundov küçəsi 3, 3 a, 3 b ünvanlarında yerləşən 12 mərtəbəli binaların sakinləri adından Məmmədov Sahib Mikayıl oğlu və Əliyev İsmayıl Nurulla oğlu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1800/2018 saylı, 30 avqust 2018-ci il tarixli qərarından kassasiya şikayəti veriblər.

Kassasiya şikayətində Binəqədi bələdiyyəsi tərəfindən verilmiş 7.03.2013-cü il tarixli 16 sayl qərarın və 11 saylı alqı-satqı müqaviləsinin, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin 18.02.2017-ci ildə 1010097 №-li, qeydiyyat nömrəsi 1117011451 olan Çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş ediblər. Şikayət icraata qəbul edilib. Sakinlərin verdiyi məlumata görə, onların şikayətinə Ali Məhkəmədə baxılacaq. Məhkəmənin ilkin baxış iclasının tarixi yaxın günlərdə bəlli olacaq.

Şikayət ərizəsində iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
\\tezadlar.az\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru