İcra başçılarının daha bir "pul ağacı" kəsilə bilər - Dəyişiklik gözlənilir
Tarix: 18-03-2014, 11:09 | Çap et
Martın əvvəlindən mənzil alıb-satanların işi bir xeyli asanlaşıb və artıq xüsusi olaraq yüklülük sənədi, yəni "Forma 1" almağa ehtiyac yoxdur. Daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayış olan "Forma 1"i artıq notariat kontorlarında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə etmək mümkün olacaq.
Əmlak üzrə ekspertlər bu dəyişikliyi çox önəmli sayırlar. Onların dediklərinə görə, əvvəllər bu sənədin alınmasına təxminən 15 günə qədər vaxt gedirdi. Prosesin rəsmi tərəfi bir yana qalsın, qeyri-rəsmi tərəfi də vardı. Belə ki, əksər hallarda adamlar bu 15 günlük prosedura dözə bilmirdilər və işi sürətləndirməyə çalışırdılar. Bu da, təbii ki, müəyyən əlavə xərclərə başa gəlirdi və müştərilər sürtəli "Forma 1" sənədinə görə, situasiyadan asılı olaraq, 300 manatdan 3-4 min manata qədər əlavə vəsait ödəməli olurdular. Bununla belə, əmlakın qeydiyyatı məsələsində, xüsusilə də fərdi yolla tikilmiş əmlaka texniki pasportların və "kupça"ların verilməsindəki problemlər əvvəlki kimi qalıb. Yeni Şəhərsalma və Tikinti Məcəlləsi bu sahədə əngəlləri xeyli azaltsa da, xüsusilə də Bakıda sakinlərin özəl torpaq sahələrində ev tikərək sənədləşdirməsi həll edilməyən probelmə çevrilib. Yeni məcəlləyə görə, artıq sakinlərin özəl torpaq sahələrində ev tikməsi üçün rayon icra hakimiyyətlərindən (İH) icazə almasına, yəni İH başçısının bunun üçün xususi sərəncam verməsinə ehtiyac yoxdur. Amma yeni qaydalara görə, tikintiyə başlamazdan öncə yerli İH-nin memarlıq xidməti tikiləcək evin layihəsini təsdiq etməlidir. Həmçinin ev tikilib başa çatdıqdan sonra yerli İH onun istismara yararlı olması barədə sərəncam verməlidir. "Kupça" almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qurumuna müraciət edilən zaman da həmin sənədlər təqdim olunmalıdır. İndi ev tikənlərin ən çətin əldə etdikləri sənədlər məhz bu iki sənəddir. Çətinliyin böyüyü memarın layihəni təsdiq etməsi zamanı başlayır. Memar müəyyən normativlərdən bəhs edərək 2 və ya 3 sot olan ərazinin tikinti üçün darlığından bəhs edir. Yəni qonşu divardan filan qədər aralı olmalıdır və s. Yəni onu yola gətirmək üçün tikinti sahibi müəyyən qədər "hörmət" etməlidir. Ən böyük çətinlik isə evin tikinti üçün yararlı olmasına verilən sərəncamla bağlı olur. Yəni tikinti sahibi burada da "hörmət"li davranmasa, evin yaşayış üçün yararlı olmaması barədə sərəncam verilə bilər. Bu zaman aktla evdə yaşayışın olması da qeyd edilərək onu qanunsuz tikilmiş evlər sırasına sala bilərlər. Yəni bu zaman İH təmsilçiləri bir qədər fəndgir tərpənirlər - evin sökülməsi barədə qərar verərək hər hansı sosial narazılığa səbəb olmasalar da, evi qanunsuz tikililər sırasına salmaqla mülkiyyət sahibini çıxılmaz məngənəyə salırlar. Adətən, belə evləri nə almaq, nə də satmaq, nə də onlara qeydiyyata düşmək mümkün olur. Belə evlərin sahibləri hər an evlərinin sökülə biləcəyi qorxusu altında olurlar, hər hansı bir dövlət layihəsi çərçivəsində ərazidə aparılan söküntü işləri zamanı heç bir pul ala bilməyəcəklərini düşünürlər və sabahlarına ümidlərini itirirlər. Əksər ailə başçıları övladlarını bu cür ciddi problemlə üz-üzə qoyaraq dünyadan köçməyin qorxusu altında yaşayırlar. Bakı və ətraf qəsəbələrdə belə ailə başçılarının sayının 300 minə yaxın olduğu bildirilir. Bəziləri məsələnin məhz bu tərəfini düşünərək əllərində olan bir sıra əmlakı - avtomobili, artıq torpaq sahəsini, dükanı və s.-i sataraq evin sənədləşməsinə xərcləyirlər. Bu işi görmüş fərdi ev sahiblərinin dediklərinə görə, hazırda mənzili sənədləşdirməyin "qiyməti" Bakının müxtəlif rayonları üzrə 5 min manatdan 15 min manata kimi dəyişir. Amma belə imkanı olanlar azdır və əksəriyyət "5 min dollar pul xərcləyib tikdiyim evin sənədləşməsi üçün 15 min manatı haradan alım verim?" məntiqi ilə dövlətin bu işə bir əncam çəkməsini gözləyirlər. Müstəqil araşdırmalara görə, Bakı və ətrafında belə evlərdə 1 milyona yaxın adam yaşayır və bu, ciddi sosial partlayışlara səbəb ola bilər. Yəni bu məsələ mütləq həll edilməlidir və eyni problemlərlə üzləşmiş postsovet məkanı ölkələrinin getdiyi yolla getmək lazımdır. Qeyd edək ki, bir neçə il qabaq Rusiyada da oxşar problemlər var idi və Moskva fərdi əmlakın sadələşdirilmiş qeydiyyat qaydaları tətbiq etməklə məsələni həll etdi. Həmin qaydalara görə, yeni tikilmiş fərdi evin qeydiyyata götürülməsi üçün nə təsdiq edilmiş layihə, nə də istismara yararlılıq sərəncamı lazımdır, sadəcə texniki invertarlaşdırma bürosunun qərarı kifayətdir. Əksər ekspertlərin fikrincə, Azərbaycan da bu addımı atmalıdır və icra hakimiyyətlərini fərdi ev tikintisindən kənarlaşdırmalıdır. Yəni Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə verilməlidir. Ekspertlər hesab edir ki, icra hakimiyyətləri tərəfindən yeni tikilən əmlakın layihəsinin təsdiq edilməsi və onun istismara yararlı olmasına dair qərarın verilməsi sovetlərdən qalmış lazımsız təcrübədir və ondan imtina olunmalıdır. Hələlik bu istiqamətdə təkliflərə hökumətin nə zaman baxacağı, onları qəbul edib-etməyəcəyi dəqiqləşməyib, amma icra hakimiyyətləri fərdi mənzil tikintisindən uzaqlaşarsa, bu, icra başçılarının kefinə əməlli-başlı soğan doğrayacaq, çünki onlar çox ciddi məbləğlərlə müşaiyət olunan qeyri-qanuni gəlirlərdən məhrum qalacaqlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|