QAPANMAYA GEDİLMƏMƏLİDİR... - Deputatdan ÇAĞIRIŞ
Tarix: 19-08-2021, 08:35 | Çap et
Son zamanlar Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqdadır. Mütəxəssislər belə bir şəraitdə yenidən sərt karantin rejiminin tətbiq ediləcəyini qaçılmaz sayırlar. Bəs görəsən, təkrar qapanmalar baş verərsə, bu, ölkə iqtisadiyyatına necə təsir göstərəcək və fəsadları nə ola bilər? Bu və digər suallar ətrafında “Həftə içi” qəzetinin müsahibi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovdur.
- Vahid müəllim, son günlər koronavirus pandemiyasına yoluxanların sayı sürətlə artmaqdadır. Hökümətin təkrar qapanma ilə bağlı qərar verəcəyi təqdirdə, bunun ölkə iqtisadiyyatına təsirləri necə olacaq?
- Hazırda vəziyyət elədir ki, qapanmalar olmasa, çox ciddi fəsadlar ortaya çıxacaq. Qapanmalar da təbii ki, ölkə iqtisadiyyatına mənfi təsir edəcək. Əslində, mən qapanmaların tərəfdarı deyiləm. Son günlər yoluxma sayının 3000-3500 civarında olması qapanmanı qaçılmaz edir. Deməliyəm ki, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirləri tam aradan qaldırılmadan yenidən virusun alovlanması vəziyyəti daha da çətinləşdirə bilər. Biz pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərini 2020-ci ildə aydın şəkildə gördük. Bu ilim may ayında hökümət müəyyən qədər güzəştə getdi, qapanmaları, məhdudiyyətləri bir qədər azaltdı. Görünür ki, bəzi insanlarımız bunu düzgün anlamadılar və qayda-qanunu pozmağa başladılar. Misal üçün, fikir verdinizsə, insanlar toy mərasimlərində, başqa-başqa yerlərdə daha çox iştirak etməyə başladılar. Bütün bunlar da xəstə sayının artmasına səbəb oldu. Belə davam edərsə, əlbəttə müəyyən məhdudiyyətlər olmalıdır. Bu isə ciddi fəsadlara gətirib çıxaracaq. Əhali işə getmir, işə getmirsə məvəcib almır və s. Bu problemlər olacaq. Hər şeydən öncə əhalinin sağlamlığıdır. Ona görə də hökumət ilk olaraq onu fikirləşir. İnsanlar da bunu başa düşməlidir. Məsələn, hərdən şəhərə çıxıram, baxıram ki, heç kim maska taxmır, avtobuslarda yenə sıxlıqdır, məsafə saxlanılmır. Bunların hamısı faktdır. Əslində, iki ilə yaxın bir müddətdə bu xəstəlik sübut etdi ki, çox ciddi xəstəlikdir. Qapanmanı istəməyən insanlar çalışmalıdırlar ki, gigiyenik qaydalara riayət etsinlər. Bu olmasa hökumət də məcbur olacaq ki, əlavə karantin tədbirləri həyata keçirsin. Düzdür, bir daha vurğulayıram ki, qapanmanın tərəfdarı deyiləm. Bu, ümumilikdə dövlət iqtisadiyyatına və işlərimizə mənfi təsir edir. Hazırda Qarabağda böyük quruculuq işləri gedir, müdafiə sahəsini gücləndiririk, yeni silahlar alırıq və s. İş olmayanda, istehsal olmayanda, əlavə dəyər yaratmayanda, əlbəttə, gəlirlərimiz də azalır. Bu mənada heç bir hökumət qapanmaya getmək istəməz. Bu, gəlirlərin, insanların həyat şəraitinin aşağı düşməsinə gətirib çıxarır. Ona görə də qapanmanın deyil, sərt tədbirlərin tərəfdarıyam. Harada oluruqsa-olaq, maska taxmağın, məsafə saxlamağın, gigiyenik qaydalara əməl edilməsinin tərəfdarıyam. Biz gördük axı, qapanmalar olanda da müəyyən problemlər baş verdi. Bu baxımdan qapanma deyil, sərt tədbirlər tətbiq etməliyik.
- Statistikaya əsasən, bu gün Azərbaycan vaksinasiya prosesinə görə, bir çox ölkələrdən öndədir. Bununla yanaşı, ölkədə virusa yoluxanların da sayı artır. Sizcə, bu tərs-mütənasibliyin səbəbi nədən qaynaqlanır?
- Statistikaya görə, ölkədə 6 milyona yaxın insan peyvənd olunub. Əgər peyvəndləmə müsbət təsirini göstərirsə, niyə yenidən yoluxma sayı artır? Yəni, burada doğrudan da tərs-mütənasiblik var. Görünür, peyvəndin ciddi təsiri yoxdur. Ya da 2-3 ay təsiri olur, sonra isə itir və yenidən problemlər yaranır. Belə yüksək səviyyədə peyvəndləmə aparılan dövlətdə yoluxma sayı çox olmamalı idi. Bu mənada gündəlik yoluxmanın 3000-3500 nəfər olması müəyyən suallar yaradır. Hesab edirəm ki, peyvəndin keyfiyyət məsələsinə baxmaq lazımdır. Aydınlaşdırılmalıdır ki, peyvənd öz təsirini hansı səbəbdən zəif göstərir? Ola bilər ya statistika düz deyil, yalandır, ya da qeyd etdiyim kimi, peyvəndin keyfiyyətində müəyyən problemlər var.
- Bəs, virusun yenidən alovlanmasında saxta COVID pasportu alanların rolu nə qədər ola bilər?
- Bu yolla pasport əldə edənlərin sayının çox olduğunu ehtimal etmirəm. Onların sayı lap olsun 500 nəfər. Burada söhbət 6 milyona yaxın adamdan gedir. Statistikaya görə, onların hamısı peyvənd olunub. Bəs o zaman yoluxma sayı niyə artır? Əsas məsələ budur və bunu araşdırmaq lazımdır. Bu peyvəndləmə statistikası ilə artım yox, azalma olmalıdır. Bizdə isə əksinə olaraq yoluxanların sayı artır.
- Yəqin, siz də məlumatlısınız ki, artıq iki ilə yaxındır insanların əksəriyyəti pandemiya ilə bağlı xaricə səyahət etməkdən çəkinir. Bu səbəbdən də ölkə daxilində istirahət etməyə çalışırlar. Qiymətlər hamı üçün əlçatan deyil. Bununla bağlı sizin müşahidələriniz nədən ibarətdir? Turizm bölgələrində qiymətlər sizi qane edirmi?
- Turizm bölgələrimizdə qiymətlər dəhşətdir. Gedirsən rayonda adicə bir otelə, günlük qiymət 150-200 manatdır. Əslində, son illər bizdə müəyyən şərait yarandığından, turizm imkişaf etdiyindən, insanlarımız ölkə daxilində istirahət etməyə çalışırlar. Eyni zamanda, pandemiya ilə əlaqədar çox adam xaricə getmək istəmir. Ona görə də qiymət məsələsi araşdırılmalıdır, müəyyən monitorinqlər aparılmalıdır. Şişirdilmiş qiymətlər olmamalıdır. Hazırda istirahət mərkəzlərində kim hansı qiyməti istəyir, onu diktə edir. Aidiyyəti qurumlar bu işlə məşğul olmalıdırlar. Kim nə qiymət istədi onu qoymamalıdır. Əhali məcburdur. Neyləsin axı? Çıxır gedir istirahətə, 1 həftə, yaxud 10 gün dincəlmək istəyir, orada da qiymətlər yüksək olduğu üçün əziyyət çəkir. Azərbaycanda bu problem var. Baxmayaraq ki, hər rayonda kifayət qədər həm iaşə obyektləri açılıb, həm də digər məsələlər öz həllini tapıb. Yenə də qiymətlər yüksək olaraq qalır. Bu sahədə çalışanlar insanların kənara çıxa bilməməsindən sui-istifadə edərək daxildə qiymətləri bahalaşdırırlar. Təklif olunan qiymətlə xidmət üst-üstə düşmür. Məsələn, qidanın keyfiyyəti ilə bağlı problemlər var. Bizdə Antiinhisar Xidməti var. Düzdür, baxıram ki, işləyirlər, müəyyən cərimələr, sanksiyalar tətbiq olunur. Görünür ki, insanlar bundan dərs götürmürlər. Qiymət məsələsi çox ciddi məsələdir, bununla məşğul olmaq, müəyyən monitorinqlər aparmaqla tənzimləmə prosesi həyata keçirmək lazımdır.
- Azərbaycanda aviabiletlərin baha olması da dəfələrlə müzakirə olunan məsələlərdəndir. Bununla bağlı demək olar ki, hər gün tənqidi fikirlər səsləndirilir. Sizcə, aviabiletlərin ucuzlaşmasına hansı səbəblər mane olur?
- Məlum məsələdir ki, aviasiya sahəsi Azərbaycanda monopoliyadadır. Əgər Azərbaycanda 10 dənə aviasiya şirkəti fəaliyyət göstərsəydi, aviabiletlərin qiyməti də baha olmazdı. Bu sahədəki mövcud qiymətlər bəlkə də dünyada ən bahalı qiymət sayıla bilər. Azərbaycana aviaşirkətləri buraxmaq lazımdır. Bizdə infrastruktur baxımından heç bir problem yoxdur, aeroport var, təzə aeroport tikilib. Hökumət bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. Yəni o sahədəki monopoliya, o sahədəki qiymət məsələsində problem var, ən yaxşı yol özəlləşdirilmədir. Paralel şirkətlər yaradılmalıdır ki, monopoliya, inhisarçılıq olmasın.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|