İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

"Sülhməramlıların yerləşdiyi ərazilərdən Azərbaycan tərəfinə atəş açılır" - deputat
Tarix: 24-08-2021, 08:06 | Çap et
"Sülhməramlıların yerləşdiyi ərazilərdən Azərbaycan tərəfinə atəş açılır"
44 günlük müharibədən sonra kapitulyasiya aktına imza atmaqla tamamilə məhv olmaq təhlükəsindən xilas olan Ermənistan addım-addım revanşist cəhdlərini davam etdirir. Sərhədboyu bölgələrdə atəşkəsin davamlı şəkildə pozulması, habelə Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki erməni quldurlarının mövqelərimizə müxtəlif silahlardan atəş açması ondan xəbər verir ki, düşmən ötənlərdən dərs çıxartmayıb.

Rəsmi İrəvan da kölgəsində gizləndiyi qüvvələrə arxayın olaraq destruktiv fəaliyyətini davam etdirir. Ötən həftə baş nazir Nikol Paşinyan özünü “sülh göyərçini” kimi göstərməyə cəhd göstərdiyi halda, onun yeni təyin etdiyi xarici işlər naziri növbəti dəfə meymunluq etməkdədir. Belə ki, Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan və Araik Arutyunyan Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və sərhədlərdəki vəziyyəti müzakirə ediblər. Erməni mənbələrinin yaydığı məlumata görə, görüş zamanı onlar Qarabağdakı vəziyyəti və humanitar, sosial problemlərin həlli ilə bağlı fəaliyyət planını da müzakirə ediblər. “Mirzoyan və Arutyunyan ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin bərpa edilməsinin və uzunmüddətli və ədalətli siyasi həllin axtarılmasının vacibliyini vurğulayıblar. “Qarabağ xalqı”nın (?!-red.) öz “tarixi” (?!-red.) vətənində özünü müəyyənləşdirmək və yaşamaq hüququnun tanınmasının vacibliyi xüsusi qeyd olunub.Mirzoyan erməni xalqının tarixi torpağı olan Qarabağa geri dönəcəyini bəyan edib”, məlumatda qeyd olunur. Bu, erməni həyasızlığının növbəti təzahürüdür. Sərhəddəki Azərbaycan əsgərindən qorxduqlarını deyən ermənilər digər tərəfdən də bu cür səfeh görüşlərə vaxt sərf etməklə Azərbaycanı təxribata çəkməyə çalışırlar.

Təbii ki, onlara stimul verən qüvvələr var. Azərbaycan torpaqlarındakı rəsmən sülhməramlı kontingentin tərkibindəki Rusiya hərbçiləri ilk dəfə olaraq Qarabağda Rusiya Federasiyasının Dövlət Bayrağı gününün təntənəli qeyd olunmasında iştirak ediblər. Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Rusiya hərbi kontingentinin baş qərargahının yerləşdiyi Xocalı hava limanı ərazisində keçirilən tədbir Rusiya Federasiyası himninin sədaları altında Rusiya Dövlət Bayrağının qaldırılması ilə başlanıb.

Uzunluğu 50 metr, eni 5 metr olan bayrağı, onun Moskvada hazırlanıb Qarabağa gətirilməsini təşkil etmiş “Biz birik” ümumRusiya forumunun rəhbəri, erməni mənşəli Armen Karenoviç Gülnazarov təqdim edərək Rusiya hərbçilərini təbrik edib. “22 Avqustda ölkəmizin Dövlət Bayrağı Gününü qeyd edirik. Bu bayram Vətəninə sadiq olan, öz ölkəsinin, xalqının tarixinə dəyər verən bütün insanları bir araya gətirmək və birləşdirmək üçün tanınır. Bu münasibətlə Qarabağa “Biz birik” cəmiyyətinin könüllüləri ilə birlikdə Rusiya Federasiyasından Rusiyanın 50 metr uzunluğu, 5 metr eni olan bayrağı gətirilib” - deyə, Rusiya sülhməramlı birləşməsinin komandan müavini, general -mayor Oleq Yeqorov şəxsi heyətə müraciətində söyləyib. Materialda qeyd olunur ki, Armen Karenoviç Gülnazarov - 2011-ci ildə Rusiya prezidenti V.Putinin təşəbbüsü ilə yaradılmış və özünün də lideri olduğu ÜmumRusiya Xalq Cəbhəsinin Moskvadakı regional qərargahının üzvü və eyni zamanda 2005-ci ildə bir il öncə, yəno 2004-cü ildə V.Putinin elan etdiyi 4 noyabr Birlik günü münasibətilə yaradılmış “Biz birik” çoxmillətli ümumRusiya forumunun təşəbbüskarı və lideridir.

Bu arada Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş vilayətinin qubernatoru Ayk Qalumyan əhalinin regionun təhlükəli ərazilərindən təxliyəsinə dair planın yeni redaksiyada işlənib hazırlanması haqda sərəncam verib. Virtualaz.org erməni KİV-lərinə əsasən planın redaktə edilmiş variantına əsasən əhalinin Tavuş vilayətinin təhlükəli rayonlarından təxliyəsi, sərhəd zonasından təxliyə edilmiş əhalinin yaş qruplarına görə sayılması, təxliyə edilmiş əhalinin qəbul zonalarında sayılması, onların ərzaqla təchizatı kimi məsələlər öz əksini tapacaq. Əhlinin həmsərhəd ərazilərdən təxliyəsi planının yeni redaktədə işlənib hazırlanmasının hansı zərurətdən irəli gəldiyi göstərilmir.

Ermənistanın Müdafiə Nazirliyi Tavuş bölgəsindəki hərbi qüvvələrin rəhbər təyinatı ilə bağlı yeni qərarlar verildiyi, şəxsi heyətin yeniləndiyi barədə xəbərlər yaymaqla da guya orduya sahib olduqlarını nümayiş etdirməyə çalışırlar. Maraqlıdır, ermənilər bir tərəfdən Azərbaycanla həmsərhəd bölgələrin əhalisinin köçdüyü, onların Rusiyaya qaçdığı barədə xəbərlər yayır, digər tərəfdən də Azərbaycana meydan oxumaq cəsarəti nümayiş etdirir. Şübhə yoxdur bütün bunlar Rusiyanın həmsərhəd bölgədəki qüvvələrinə və Qarabağdakı “sülhməramlılar”ına arxayınçılıqdan irəli gəlir.

Xüsusilə də Rusiya sülhməramlılarının Azərbaycan üçün olduqca həssas nöqtə olan Xocalıda “şou” düzənləməklə heysiyyatımıza toxunmağa çalışır. Özü də bu şounun Azərbaycanın fəaliyyətinə izn vermədiyi Xocalı hava limanında düzənlənməsi də qıcıq yaratmaq niyyətindən irəli gəlir. Üstəlik, bu şou Azərbaycanın Füzulidəki Beynəlxalq Hava Limanında yoxlama uçuşlarına başladığı günlərə təsadüf edib. Rusiyadakı müəyyən qüvvələr sanki bununla Azərbaycanın Qarabağda 3 hava limanı tikdiyinə görə ürəyi üzlmüş halda olan erməni quldurlara ürək-dirək vermiş olurlar. Axı, onlar işğal dövründə nə qədər çalışsalar da, Xocalı aeroportundan istifadə edə bilmədilər, Serj Sərkisyanın hava limanına uçacaq təyyarənin “ilk sərnişini” olmaq arzusu gözündə qaldı. Amma istənilən halda Rusiya sülhməramlılarının Xocalıdakı qanunsuz tikinti işlərinə nəinki göz yumması, hətta ermənilərin “İvanyan” kimi mundar ad qoyduqları bu müqəddəs məkanda reallaşdırdıqları cinayətkar əməlləri humayə etmələəri qəbulolunmazdır. Yəqin ki, bunun cavabı sərt olacaq, çünki dövlətimizin başçısı üçün də Xocalı məsələsi qırmızı xəttdir, bu barədə vaxtaşırı mövqeyini ifadə edir.

Deputat Ceyhun Məmmədovun Musavat.com-a dediyinə görə, son davranışlar bir daha göstərir ki, sülhməramlı missiya öz missiyasını yerinə yetirmir: “Ermənilərlə birlikdə sülhməramlı missiyanın məqsəd və məramına uyğun gəlməyən işlərlə məşğuldurlar. Artıq hər gün sülhməramlı missiyanın Azərbaycan ərazilərində ermənilərə ev tikdiklərinin, su daşdıqlarının, uşaqlara silahdan istifadəni öyrətdiklərinin şahidi oluruq. Əslində noyabr razılaşmasına əsasən Qarabağdan Ermənistanın bütün qeyri-qanuni silahlı qüvvələri çıxarılmalı idi. Əksinə, bu gün yenidən Qarabağa silah və hərbiçilərin daşındığının şahidi oluruq. Sülhməramlıların yerləşdiyi ərazilərdən Azərbaycan tərəfinə atəş açılır.

Sülhməramlı qüvvələrin missiyasının nədən ibarət olması beynəlxalq sənədlərdə əksini tapıb. Sülhməramlı missiyanın əsas vəzifəsi bölgədə sülhə və birgəyaşayışa töhfə verməkdir. Azərbaycan ümid edirdi ki, bu qüvvələr ədalətli yanaşma nümayiş etdirərək hər iki xalqa eyni münasibəti sərgiləyəcəklər. Ancaq artıq bu inam itib, sülhməramlı missiyanın ədalətsizliyi, birtərəfli yanşaması özünü açıq göstərir”.

C.Məmmədov erməniləri nəhayət, ayılmağa çağırdı: “Ermənistan tərəfi bilməlidir ki, Azərbaycanın da səbrinin bir həddi-hüdudu var. Azərbaycan bütün prosesləri diqqətlə izləyir. Əgər proses bu şəkildə davam etsə Azərbaycan buna çox sərt reaksiya verəcək. Bunun cəzasını və vəbalını daha çox Ermənistan çəkəcək”.

Xocalı hava limanına gəldikdə, deputat qeyd etdi ki, o ərazilər Azərbaycana məxsusdur: “Azərbaycanın icazəsi olmadan heç kim orada heç bir tədbir keçirə bilməz. İkinci Xocalı hava limanın Füzulidə inşa olunan hav limanı müqayisə etmək olmaz. Füzuli hava limanı öz xüsusiyyətləri ilə digər hava limanlarından tamamilə seçilir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Rusiya 10 noyabr Birgə Bəyannaməsindən sonra Qarabağa ermənilərin yaşadığı əraziyə sülhün təmini üçün gəlib: “Rusiya sülhməramlı burada azərbaycanlilarinda köçürülməsini özündə ehtiva edən öhdəliklərə uyğun olaraq prosesdə təhlükəsizliyi təmin etməli və silahli erməni qüvvələri çıxarılmalı idi. Amma, Rusiya tərəfi konkret olaraq ilk gündə başlayaraq Azərbaycanın əleyhinə yönələn addımlar atmağa başladı. Məhz Xocalı aeroportunda 50 metrlik Rusiyanın bayrağının dalğalanması qanunsuzdur. Bura Azərbaycan ərazisidir və Rusiya bununla Azərbaycana təzyiq etmək istəyir”. M.Əsədullazadə şübhə etmir ki, Füzuli aeroportunun açılması Moskvada narahatlıq yaradıb: “Onlar Xocalı aeroportunun açılmasina çalışırdılar. İndi də eyni niyyətdədirlər. Azərbaycan Rusiya sülhməramlı qüvvələrindən belə bir bayrağı endirməyi tələb etməlidir. Həmçinin qondarma separatçı rejimin əski parçasının yığışdırılmasınıda bu tələbdə olmalıdır”. Politoloqun fikrincə, Rusiya bununla Qarabağda güclənəcəyini zənn edir: “Rusiya hərbçiləri Xocalıda bayraq qaldırmaqla buranın Rusiyanın hüdudları daxilində olduğunu göstərmək istəyirlər. Unutmasınlar ki, 5 ilin tamamında Azərbaycan onları oradan qanunsuz elan edəcək və sülhməramlı kimi qəti tanımayacaq. Onda Rusiya burada işğalçı kimi tanınacaq. Proseslər Rusiyanın əleyhinə işləyir. 10 min erməniyə görə Azərbaycana pislik etmək nəticə verməyəcək. Bu hərəkətlər onların özlərinə qarşı yönələcək”.

Yəqin ki, Rusiya rəhbərliyi də bu situasiyanın fərqindədir. Prezident Putin birmənalı şəkildə bəyan edib: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”. Azərbaycan ərazisində rus sülhməramlıların 50 metr yox, hətta 50 santimetrlik bayraq qaldırmağa, şou düzənləməyə ixtiyarı yoxdur.
Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru