“Rusiya Azərbaycanın "Ohanyan xətti"ni keçə bilməyəcəyini düşünürdü” - Sərdar Cəlaloğlu
Tarix: 28-08-2021, 11:14 | Çap et
Ermənistanın 10 noyabr razılaşmasına əməl etməməsi, dövlət sərhədində və Qarabağda atəşkəsi pozmaqla təxribatlar törətməsi sistemli hal almaqda davam edir. Azərbaycanın avqustun 25-də əsgərimizin blçaqlanmasınan sonra İranı Ermənistanla birləşdirən dövlətlərarası yolu (Qafan-Gorus yolunu) bloklaması son aylarda Ermənistana verilən ən ciddi dərs kimi ortaya çıxıb. Bununla paralel Ermənistanın atəşkəsi pozmaqda davam etməsi onu göstərir ki, bu işdə İrəvan hökuməti hansısa mövqeyə malik deyil, proseslər onun iradəsindən kənar baş verir.
"AzPolitika.info" mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edir.
Müsahibəni təqdim edirik:
- Sərdar bəy, Ermənistan ordusunun iki əsgəri Azərbaycan ərazisi saylan Qafan-Gorus yolunun 21 kilometrlik ərazisində Azərbaycan sərhədçisini fiziki güc tətbiq edərək yaralayıb. Bu, faktiki həm dövlət sərhədində, həm də rus sülhməramlılarının nəzarəti altında olan hissədən Azərbaycana qarşı edilən təxribatçı hadisələrin davamıdır. Sizcə, Ermənistan bu təxribatlarla nəyə nail olmaq istəyir, məqsəd nədir?
- Hesab edirəm ki, Ermənistan bütün addımlarını Rusiyanın tapşırığı ilə həyata keçirir. Biz daima demişik ki, Ermənistan və Azərbaycan arasında toqquşma nə qədər çox olacaqsa, rusların da burada qalma şansı bir o qədər çox olacaq. Ruslar Azərbaycanda sülhməramlı missiya adı altında qalmaq üçün zəmin hazırlayır. Bunun başqa adı yoxdur. Həm də söhbət rusların burada turist kimi qalmasından getmir. Onlar ərazimizdə qalmaqla proseslərə təsir etmək, Azərbaycanı öz nəzarətində saxlamaq kimi məqsədlər güdür.
Əslində burada rus sülhməramlıları bəhanədir. Moskvanın əsas məqsədi bölgədə uzun müddət qalmaq, Azərbaycanda hərbi güc saxlamaq, Turanın yaranmasına mane olmaq, Azərbaycanın müstəqil xarici siyasət aparmasına əngəl yaratmaq və Azərbaycanı koloniya kimi istifadə etməkdir. Rusiyanın burada həddən artıq çox məqsədi var. Bu gün əgər Rusiya Liviyada, Suriyada hansısa siyasət aparırsa, biz də düşünməliyik ki, burada da dövlət maraqlarını qorumaq üçün müəyyən işlər aparacaqlar.
İkincisi, Ermənistan və Rusiyanın siyasətini bir-birindən ayırmaq olmaz. Bu iki dövlət faktiki olaraq eyni siyasət aparır.
- Ermənistanın təxribatlarına Azərbaycanın son cavabı qətiyyətli davranış sayıla bilər. Bəs Rusiyanın bu məqsədlərinə qarşı Bakı hansı addımlar atır?
- Şübhəsiz ki, Bakı buna qarşı müəyyən addımlar atır. Amma mənə görə, bu intensivlik bizi təmin etmir. Faktiki olaraq Azərbaycan öz cəbhəsini dərinləşdirməlidir. Məsələn, ruslarla ermənilər arasında çox ciddi əlaqələr mövcuddur. Rusiya və Fransa hərbi-diplomatik cəhətdən Ermənistana dəstək verir. Azərbaycan isə Türkiyə və Pakistanla müəyyən əlqələr qurub, amma mənə elə gəlir ki, bu əlaqələrin intensivliyi kifayət etmir, daha ciddi addımlar atmaq lazımdır. Eləcə də digər qüvvələrlə əməkdaşlıq etmək vacibdir.
Düşünürəm ki, Azərbaycan uğurlu xarici siyasə apara bilsə, istəklərinə nail olar. Rusiyanı çox da şişirtməyə ehtiyac yoxdur. Bu saat Rusiya dünya ilə az qala müharibədədir. Müharibə və konfliktdə olmadığı çox az sayda ölkələr var. Məncə, Azərbaycan-Türkiyə-Pakistan hərbi ittifaqı Rusiyanın qarşısında durmaq üçün kifayət qədər güc imkanı yaradır. Rusiya təkcə bizə düşmən deyil. Rusiya Ukrayna ilə müharibə aparır, Gürcüstanla düşməndir, Polşa, Finlandiya və Pribaltika respublikaları ilə gəgin münasibətlərə malikdir. Bu gün Rusiyanın döyüşmədiyi dövlət və xalq yoxdur. Amma onu da deyim ki, dünyada Rusiyanın imperialist güc kimi formalaşmağının əleyhinə olan kifayət qədər qüvvələr var. Biz, bu qüvvələrlə açıq olmalı və onlarla sistemli iş aparmalıyıq. Amerika və Avropa ölkələri. Kim ki Rusiyanın beynəlxalq hüquqa zidd olaraq təsir dairəsinin genişləndirilməsini istəmirsə, buna qarşı fəal mübarizə aparırsa, biz də həmin qüvvələrlə birlikdə olmalıyıq.
- Siz kimlərlə və hansı əməkdaşlıqları nəzərdə tutursunuz?
- Məsələn, Böyük Britaniya ilə əlaqələri genişləndirmək lazımdır. Həmçinin, türkdilli respublikalarla əməkdaşlığımızın əhatəsini böyütməyin lazımlı olduğunu düşünürəm. Yəni erməni-rus ittifaqının əleyhinə olan bütün ölkələrlə əməkdaşlıq fəal olmalıdır. Bu ölkələrlə münasibətlərimizi dərinləşdirməliyik.
- ABŞ və Avropanı xüsusilə qeyd etdiniz. Amma Əfqanıstan olayları bir daha göstərdi ki, Vaşinqton əməkdaşlıq etdiyi istənilən müttəfiq dövləti yarı yolda qoyaraq “buxarlana” bilər. Bu baxımdan, Rusiya bizi əzmək istəyir deyə, gedib ABŞ-a, Avropaya sığınmağın təhlükəsi yoxdurmu?
- Əlbəttə, təhlükəsi var. Amma iş ondadır ki, əgər siz bütün siyasətinizi bir dövlətlə quracaqsınızsa və ya bir dövlətin hesabına ayaq üstə duracaqsınızsa, sonu belə olacaq. Mən hesab edirəm ki, Azərbaycanın kifayət qədər gücü var. Ona görə də, nə Əfqanıstan, nə də başqa dövlətlə müqayisə aparmaq olmaz. Onsuz da anologiya qüsurlu metoddur. Amma biz Azərbaycanın Əfqanıstandan fərqli olaraq xarici qoşunları öz ərazisinə gətirməsini istəmirik. Sadəcə olaraq beynəlxalq səviyyəli birləşmələr, müəyyən diplomatik dəstək və s məqamları nəzərə almaq lazımdır.
- Sizcə, Amerika nəyə görə bəzən öz müttəfiqlərini yarı yolda buraxır?
- Mən sizin kimi düşünmürəm. Amerikanın dünyada bir müttəfiqi var və ona da xəyanət etdiyini dünya görməyib. Mənim fikrimcə, dünyada ABŞ-ın cəmi bir müttəfiqi olub - İngiltərə. Bu günə qədər də ABŞ-ın İngiltərəyə xəyanət etməsini heç kəs görməyib. Nə Əfqanıstan, nə də digərləri ABŞ-ın müttəfiqi deyil. Həm də “İngiltərənin əbədi dostları yoxdur, maraqları var” deyimini xatırlayın. ABŞ da məhz belə siyasət yürüdür. ABŞ Əfqanıstana böyük dəstək verib, amma sabah maraqlarına uyğun gəlmirsə, oradan çıxa bilər. Buna normal yanaşmaq lazımdır.
- Qayıdaq regiondakı proseslərə. Sizə elə gəlmirmi ki, Türkiyə sanki Cənubi Qafqazda axsayaraq proseslərə adekvat yanaşmalar sərgiləyə bilmir?
- Qardaşım, Türkiyə zorla Azərbaycanda fəallıq edə bilməz. Azərbaycan tərəfi bunda maraqlı olmalıdır. Məsələn, bu günə qədər Prezident bir dəfə Türkiyəyə səfər etməyib. Türkiyə rəsmiləri az qala on dəfə bura gəlib, amma cavab səfərlərini müşahidə etmirik. Onlar hər cür təkliflər edirlər, amma biz cavab vermirik. Azərbaycan özünü həm də bizim düşündüyümüz kimi müttəfiqliyə hazırlamır. Ola bilsin ki, burada Rusiya faktoru var. Eləcə də “beşinci kolon” Azərbaycanın süverenliyi və müstəqilliyi əleyhinə fəaliyyət göstərir. Onlar hakimiyyət içərisində müəyyən qədər gücə malikdirlər və ola bilsin ki, buna imkan vermir, mane olurlar.
- Azərbaycanda Türk hərbi bazalarının olması haqda ictimai müzakirələr getsə də, reallıqda heç bir addım müşahidə edilmir...
- Əvvəla, türklərin burada hərbi qüvvələrinin olmasını baza kimi qiymətləndirə bilmərik. Türklər bizim qardaşımızdır, bizimlə çiyin-çiyinədir. Ya bizim ordumuz Türkiyədə olsun, ya türk ordusu burada olsun. Biz deyə bilmərik ki, bu bazadır. Yeri gəlmişkən, Şuşa Bəyannaməsi ilə hərbi fəaliyyətin əlaqələndirilməsinə dair razılığa gəlmişik. Bu o deməkdir ki, Türkiyənin hərbi gücü Azərbaycanın, bizim hərbi gücümüz də Türkiyənindir.
Mənə elə gəlir ki, türklər hazırdırlar. Əgər Azərbaycan Rusiyaya qarşı açıq durmaq, sülhməramlıları buradan çıxarmaq istəsə, türklər bizim yanımızda olacaq.
- Bu gün Rusiyaya qarşı açıq çıxış etmək, ona qarşı durmağa ehtiyac varmı?
- Bəli, Rusiya ardıcıl olaraq burada ekspansiya siyasətini genişləndirir, erməni siyasətini davam etdirir, üzərinə götürdüyü öhdəlikləri həyata keçirmir, ona aidiyyəti olmayan əlavə işlər görür, liderləri və siyasətçiləri Azərbaycanı hədələyir. Bundan artıq nə olmalıdır?
Bəzən deyirlər ki, Rusiyaya qarşı açıq çıxmaq olar, amma bunun arxasında dayanmaq lazımdır. Qardaşım, ya sən gərək müstəqilliyini, süverenliyini qoruyasan, bunun üçün gecə-gündüz işləyəsən, ya da süverenlikdən imtina edərək hansısa dövlətin təsiri altına düşəsən. Açığı, 30 ildir ki, biz Rusiyanın təsiri altındayıq. Azərbaycanda işsizlik, kasıbçılıq, yoxsulluq, korrupsiya, insan hüquqlarının pozulması və s məsələlər əslində Rusiyanın təsir dairəsində olmağımızdan doğan qüsurlardır. İstəyirsənsə bundan sonra 50 il də davam et. Yox, əgər bunu istəmirsənsə, Gürcüstan kimi ayağa qalxıb bundan xilas olmaq lazımdır. Məncə, biz özümüzü aldatmalı deyilik. Rusiyanın köləsi olmağı qardaşlıq ənənələri kimi təqdim etmək olmaz. Zamanında Nəriman Nərimanov deyirdi ki, Azərbaycan xalqının xoşbəxt gələcəyi Rusiya ilə bağlıdır. Məncə, bu köləlikdir və onun başqa bir adı yoxdur.
Həm də biz axı Rusiyaya qarşı çıxmırıq. Özümüzün dövlətini, süverenliyimizi qorumalıyıq. Bizim Rusiya ilə nə işimiz var? Rusiya öz sərhədləri daxilində öz bildiyi siyasəti aparsın, bunun bizə aidiyyəti belə yoxdur. Biz, Rusiyanın burada daxili işlərimizə qarışmasının əleyhinəyik. Bura gəlib erməniləri dəstəkləmək və qızışdırmaqla bizim xalqımızın qırılmasına qarşıyıq. Xocalı kimi hadisələri yenidən törətməsinin əleyhinəyik. Bizim özümüzü müdafiə etməyimiz niyə Rusiyanın əleyhinə olur? O zaman Rusiyanın əleyhinə olar ki, bu ölkə sakit dayansın və biz də gedib Rusiyanın daxili işlərinə müdaxilə edək.
Elə müharibə zaman Rusiya Ermənistana kifayət qədər dəstək verdi. Bunun özü bizim daxili işlərimizə qarışmaqdır. Sadəcə, Rusiya hesab edirdi ki, Azərbaycan "Ohanyan xətti"ni keçə bilməyəcək və daha ağır şərtlərlə düşəcək Rusiyanın ayağına. Və daha ağır şərtlərlə köləliyə razılaşacaq. Amma görəndə ki, biz Qarabağı öz gücümüzlə azad etdik və Xankəndini də tutacağıq, bu zaman qanunsuz olaraq prosesə müdaxilə etdi və sülhməramlı adı ilə regiona daxil oldu. Bizim qoşunlarımız faktiki Xankəndinə daxil olmuşdu. Bunu Tehran Mənsimov da əvvəl dedi, sonra susdu. Məncə, Rusiyanın prosesə təsiri ilə işlər dayandı. Həm də Rusiyanın təsiri və təkidi dedikdə bunu bəzən başqa formada başa düşürsünüz. Daxilimizdə, hakimiyyətin içində də ruspərəst qüvvələr var və onlar da daxildən təzyiqlər etməklə belə addımların qarşısını almağa çalışırlar.
- Amma razılaşarsınız ki, Prezident Əliyev ortaya siyasi iradə qoyur, onun CNN Türk televiziya kanalına, eləcə də Kəlbəcər və Laçın səfəri zamanı verdiyi bəyanatlar bunun açıq ismarıcıdır...
- Bəli, son zamanlar bu açıq hiss edilir. Mən deyirəm ki, Şuşa Bəyannaməsinin bir bəndi ilə bağlı bu günə qədər addım atılmayıb. Həmin sənəddə ictimai fəaliyyətin bütün sahələri üzrə əlaqələndirmədən həbs olunur. Amma nə səhiyyə, nə təhsil, nə də digər sahələrdə fəaliyyətimizi əlaqələndirmirik. Deyə bilərsiniz ki, bunlar zamanla olacaq. Amma bunu zamana saxlasanız düşmənləriniz də bildiklərini edərlər.
- Müharibəyə işarə edirsiniz?
- Mən böyük müharibə gözləmirəm. Lokal qarşıdurmalar ola bilər. Böyük müharibənin olması Rusiyanın özünə də sərf etməz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|