“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”
Tarix: 30-08-2021, 09:12 | Çap et
Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev “Xalq Cəbhəsi.az” saytında cavab verib. Həmin müsahibəni təqdim edirik: - Çox təəssüf ki, o hər keçən gün daha çox ekstremizmə yuvarlanır. İndiyə qədər çox adam Qüdrət bəyə daş atmaqla özünü təsdiq etməyə çalışıb, o da olsun onlardan biri. Azərbaycanın çox böyük alimləri, elm, mədəniyyət, dövlət xadimləri kənddən çıxıb. O hüquq fakültəsinə daxil olmaq üçün iş stajı olsun deyə sovxozda fəhlə işləyib, sonra hərbi xidmətə gedib. Bütün peşə sahiblərinə həmişə sayğı və hörmətini ifadə edib. O zaman hüquq fakültəsinə qəbul üçün iki il iş stajı və oğlanların hərbi xidmətdə olması tələb olunurdu. Əli Əliyevin isə Qarabağ məsələsinə yanaşması peşəkar siyasətlə məşğul olan bir şəxsin yox, sovet dövründə kolxozlarda meyvə-tərəvəz yetişdirən, toyuq-cücə saxlayan, ciddi siyasətin incəliklərinə vara bilməyən şəxsin yanaşmasına oxşayır. O, Qüdrət bəyin kənddən çıxdığı üçün kompleksinin olduğunu deyirsə, əslində özü kənddə böyümüş insanları aşağılamağa çalışır. İstənilən şəxs onun siyasi tərcümeyi – halına nəzər yetirsin. Siyasətə qatıldığı gündən neçə siyasi bloka qoşulub, kimlərlə bir yerdə olmayıb ki? Sonra da hamısını ittiham edib. Məhz bu səbəbdən ondan hökumətə və ölkəmizə ziyan vurmaq məqsədilə təbliğatda istifadə edilsə də, heç kim onu daha yaxına buraxmır. Deputat seçilməsinə iqtidarın dəstək verməsi üçün öz dairəsindən namizədliyini geri götürüb gedib İsa Qəmbərə alternativ olması isə hələ yaddan çıxmayıb. Etibar Məmmədovla qohumluq əlaqəsi və AMİP-də olması Əlinin az-çox tanınmasına səbəb olub. Sonralar da yeni qohumluq əlaqəsinə görə deputat olmaq niyyətinə düşdü, amma istəyi reallaşmadı. Bu məsələlərə istəsə özü aydınlıq gətirər. Bundan əlavə, 1993-cü ilin iyununda AMİP funksioneri kimi Rusiya hərbi-sənaye kompleksinin adamı olan Surət Hüseynovun Gəncədə başlatdığı qiyama dəstək verib Elçibəyin devrilməsində rol oynayan bu şəxs, tarixin istehzasına baxın ki, Qüdrət bəyi Elçibəy ideyalarına sadiq olmamaqda ittiham edir. Qoy o, 1992-ci ildə Elçibəyin Rusiyanın ORT kanalına prezident kimi verdiyi müsahibəyə qulaq asıb, yaddaşını təzələsin, sonra danışsın. Həmin müsahibə yutubda 17 avqust 2013-cü ildə ”Elçibəyin ORT-yə şok müsahibəsi” başlığı altında yerləşdirilib. Elçibəy həmin müsahibəsində deyir ki, biz Yeltsinlə sənəd paraflamışıq ki, İran-Azərbaycan sərhədlərini rus əsgərləri qoruyacaq, Rusiya ilə Azərbaycan arasında isə sərhəd olmayacaq. Qərbin Qarabağ məsələsinə münasibəti ortada ola-ola bu adam və onun kimilər deyir ki, Azərbaycan "Krım Platformasına” qoşulmamaqla özünü Qərbin dəstəyindən mərhum etdi. Qərbin dəstəyi bu qədər həlledicidirsə elə qoy, Krımı azad etsin. Daha "Krım Platforması” adı altında konfrans niyə keçirir? Yaxud, həmin tədbirə qatılan Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü təmin etsin. Qərb bizimlə eyni seperatizm problemləri yaşayan digər sovet respublikalarının ərazi bütövlüyünü tanıyıb, problemlərin onların ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da, bizə münasibətdə eyni mövqeni sərgiləməyib. Abxaziyaya, Cənubi Osetiyaya, "Dnestryanı Respublikaya” maliyyə yardımı ayırmadığı halda "Dağlıq Qarabağ”dakı separatçı rejimə maliyyə yardımı ayırıb. BMT TŞ-nın qətnamələri ortada ola-ola Ermənistana işğala son qoymaq üçün heç bir təzyiq edilməyib. İşğalın davam etdirilməsinə göz yummaqla, dəstək verməklə bizi torpaq itkisi ilə barışdırmaq istəyiblər. Bundan başqa, konfransdan öncə Rusiya XİN rəsmi qaydada bəyan etdi ki, konfransa qatılan ölkələri düşmən dövlət hesab edəcəyik. Bunları görə-görə, eşidə-eşidə antirusiya platformada yer almağı yalnız ya Azərbaycanın düşmənləri, ya da ciddi siyasətdən uzaq, soyuq başla yox, emosiyalarla qərar verən siyasətdən uzaq kolxozçu, yaxud çoban və ya böyük intellekt tələb olunmayan digər peşə sahibləri təklif edə bilər. Hökumətin içərisindəki narazı adamlar tərəfindən ortaya atılan, məlumatlar ötürülən bu adam, Milli Məclisə boş qalan yerlərə seçilmək üçün hökumət tərəfindən dəstək veriləcəyinə təminat ala bilməyəndən sonra təhlükəli oyuna baş qoşub. Anlamır ki, Qüdrət Həsənquliyev ondan fərqli olaraq kiminlə münasibətləri varsa onu heç vaxt gizlətmir və bütün fəaliyyəti Azərbaycanı, sadə insanları, haqqı-ədaləti qorumağa yönəlib. Bu yolda qabağına çıxan siyasi fitnəkarları ifşa etmək onun vəzifəsidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|