“Azərbaycan Laçın dəhlizini ən azından 10 gün müddətinə bağlamalıdır” - ÇAĞIRIŞ
Tarix: 30-08-2021, 10:49 | Çap et
Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni separatçıları Azərbaycana qarşı növbəti təxribata hazırlaşırlar. Erməni mediasında gedən məlumatlara görə, sentyabrın 2-də Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü” keçirmək niyyətindədir.
Qeyd edək ki, 1991-ci ilin 2 sentyabr tarixində Qarabağdakı erməni separatçılar qanunsuz “referendum” keçirərək, Azərbaycandan ayrılmaqla bağlı qərar qəbul ediblər.
Separatçıların “parlament sədri” Artur Tovmasyan İrəvanda Ermənistan Parlamentin sepikeri Alen Simonyanla görüşüb və onu qondarma “müstəqillik günü”nə dəvət edib. Tovmasyan Ermənistan Parlamentindəki bütün fraksiya rəhbərləri ilə görüşəcəyini və onları da “tədbir”ə dəvət edəcəyini deyib. Bildirib ki, sentyabrın 1-də qondarma “parlamentin xüsusi iclasını keçirəcəklər” və Ermənistan Parlamentinin deputatlarını da orada görmək istəyirlər.
Xatırladaq ki, bu, İkinci Qarabağ müharibəsindən sonra separatçı-terrorçuların ilk keçirmək istədikləri “müstəqillik günü”dür.
Analitiklər hesab edirlər ki, separatçıların sözügedən təxribatının qarşısını Azərbaycan bütün vasitələrdən istifadə edərək almalıdır – istər diplomatik olsun, istərsə də hərbi yolla. Çünki terrorçuların “müstəqillik günü” keçirməsi Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycan sərhədləri daxilində “dövlət” olmaq istəyini stimullaşdırır, Ermənistan “Qarabağ münaqişəsi bitməyib” iddiası üçün “arqument” qazanır, “Qarabağın statusu” məsələsini gündəmə gətirmək istəyən dövlətlərə istinad mənbəyi verir.
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də hesab edir ki, separatçı-terrorçuların bədnam əməlinin qarşısı mütləq şəkildə alınmalıdır. Deputat AYNA-ya müsahibəsində vurğulayıb ki, bunun üçün Azərbaycanın əlində kifayət qədər rıçaqlar var:
- Əlbəttə, Ermənistan da, Qarabağdakı erməni separatçıları da separatçı rejimin hansısa formada legitimləşdirilməsi üçün dəridən-qabıqdan çıxırlar. Amma biz onların bu əməllərini dünyaya göstərmək imkanlarının qarşısını almalıyıq. Təbii ki, separatçıların “müstəqillik günü” keçirməsi, Ermənistan Parlamentinin deputatlarının orada iştirak etməsi separatçılara legitimlik qazandırmır. Hər halda buna cəhd edirlər və Azərbaycana da mesaj göndərirlər. Nə yazıq ki, bu gün ərazilərimiz separatçılardan təmizlənməyib, Qarabağda qanunsuz silahlı birləşmələr mövcuddur. Onlar orada rəqs də edə bilirlər, tədbir də keçirə bilirlər, özlərinə “müstəqil dövlət” də deyə bilirlər. Biz bunun qarşısının alınmasına da çalışmalıyıq. Sülhməramlılara müraciət etməliyik, sərt şəkildə mövqeyimizi bildirməliyik. Bu məsələnin bir tərəfidir. Digər yandan, Ermənistan Parlamentindən kimlərinsə separatçıların “müstəqillik günü”nə qatılması, orada çıxış etməsi yolverilməzdir və bunun qarşısı qətiyyətlə alınmalıdır.
- Biz bilirik ki, Ermənistandan müəyyən rəsmilər, deputatlar Xankəndiyə gəlib-gedirlər, separatçı rejimin “rəsmiləri” ilə görüşlər keçirirlər. Bunun qarşısını isə Rusiya sülhməramlıları almağa cəhd göstərmir. Laçın dəhlizində bizim nəzarət funksiyamız yoxdur ki, qarşısını ala bilək. Sabah Ermənistandan bir qrup deputat separatçıların “tədbir”inə qatılsa, bunun qarşısını necə almalıyıq?
- Əgər separatçılar gedib İrəvanda belə bir “tədbir” keçirsəydilər, Ermənistan Parlamentinin deputatları ilə görüşlər keçirilsə idi, buna bizim müdaxilə etmək imkanımız olmazdı. Amma Qarabağ, Xankəndi bizim ərazilərimizdir, orada belə bir “tədbir”in keçirilməsinin qarşısını almaq mümkündür, müdaxilə edə bilərik. Çünki separatçıların ərazimizdə “müstəqillik günü” keçirməsi, oraya Ermənistandan rəsmi şəxslərin gəlib iştirak etməsi Azərbaycana müharibə elan etmək anlamını verir. Bunun başqa adı yoxdur. Bu, artıq sülhməramlıların, digər beynəlxalq mərkəzlərin məsələsi deyil, Azərbaycanın daxili məsələsidir.
- Sualımı təkrarlayım, müdaxilə hansı formada olmalıdır?
- Təbii ki, ilk öncə diplomatik yolla. Bununla alınmasa, zor gücü ilə belə təxribatçı addımların qarşısı alınmalıdır. Məsələn, Rəsmi Bakı bəyan edə bilər ki, Xankəndiyə gələn Ermənistan rəsmilərinin təhlükəsizliyinə Azərbaycan tərəfi zəmanət vermir. Yəni ki, onların başına gələcək hansısa hadisədə Azərbaycan məsuliyyət daşımayacaq. Və vurğulanmalıdır ki, Azərbaycan öz ərazisində bu və ya digər addımları atmaq, separatçıların təxribatının qarşısını almaq səlahiyyətini özündə saxlayır. Eyni zamanda, Rusiya sülhməramlılarının komandanlığına açıq şəkildə bildirilməlidir ki, separatçıların belə bir “tədbir” keçirməsi, Ermənistandan rəsmi şəxslərin Xankəndiyə gəlməsi Azərbaycan sərhədinin pozulmasıdır, biz bunun qarşısını hər vasitə ilə alacağıq. Bununla yanaşı, Rəsmi Moskvaya müraciət ünvanlanmalıdır ki, baş verənlər 10 noyabrda imzalanmış üçtərəfli Birgə Bəyanata ziddir. Faktiki olaraq bu, Azərbaycanın suverenliyinin pozulmasıdır. Diplomatik kanallar vasitəsi ilə bildirilməlidir ki, belə bir “tədbir” keçirilərsə, Ermənistan rəsmiləri orada iştirak edərsə, bu, münasibətlərin pozulmasına səbəb olacaq.
- Bəs diplomatik addımlar nəticə verməsə?
- Nəticə verməsə, Azərbaycan dediklərini yerinə yetirməlidir. İkinci-üçüncü dəfə buna bənzər halların yaşanmaması üçün qətiyyətli addım atılmalıdır.
- Dediyinizdən belə anlaşılır ki, “müstəqillik günü”nün qarşısının alınması üçün Qarabağda antiterror əməliyyatları keçirilməli, Ermənistandan olan rəsmilər sərhədimizi pozarsa, onların da başına “iş” gələ bilər...
- Təbii ki, diplomatik mesajlarımızı anlamasalar, Qarabağda antiterror əməliyyatı keçirilə bilər. Bu bizim hüququmuzdur. Eyni zamanda, Ermənistan rəsmilərinin təhlükəsizliyinə zəmanət vermiriksə, məsuliyyət daşımırıqsa, o zaman istər Laçın dəhlizində, istər Xankəndidə başlarına nə gələcəksə bizim problem olmayacaq.
- Rusiya sülhməramlılarının buna reaksiyası necə olacaq?
- Biz əvvəldən atacağımız addımları diplomatik yolla deyirik, başa salırıq və bunun yolverilməzliyini bildiririk. Separatçılar nəticə çıxarmırsa, hüququmuzdan istifadə edirik. Sülhməramlılar qarşısını alsınlar ki, Azərbaycan bu addımı atmasın. Mən dediyim təxribatın qarşısının alınması istiqamətində atılacaq ən böyük addımdır. Amma bunun normal, danışıqlar, hansısa təzyiq rıçaqlarından istifadə ilə də qarşısını almaq mümkündür. Mən güclə qarşısının alınması addımını deyərkən, bütün diplomatik vasitələrin təsirsizliyi halını nəzərdə tuturam.
- Bəyanatdan, çağırışdan əlavə də rıçaqları deyirsiniz. Bu rıçaqlar hansılardır?
- Məsələn, bu günlərdə Azərbaycan Gorus-Qafan yolunu, Şurnuxu kəndi istiqamətində bağladı. Bu, təzyiq rıçaqlarından biridir. Ermənistan anlayır ki, onların hərəkətlərinə əngəl törətmək üçün Azərbaycanın əlində kifayət qədər rıçaqlar və güc var. Məsələn, separatçıların keçirmək istədiyi “tədbir”ə Ermənistan rəsmilərinin getməsinin qarşısını almaq üçün bir müddətlik Laçın dəhlizini bağlaya bilərik. Bəyan edərik ki, bu, Ermənistan rəsmilərini qorumaq məqsədilə edilir. Yəni ki, erməni rəsmilər dəhlizdən keçərkən vurula bilər, təhlükəsizlikləri sual altındadır və s. Rusiya ilə münaqişə yaranacaq? Yaransın, problem yoxdur. Onsuz da Rusiyanın münasibəti bəllidir. Rusiyaya demək lazımdır ki, öhdəliklərini yerinə yetirsə, bu cür xoşagəlməz hallar yaranmaz. Biz bu təxribatlara nə qədər göz yummalıyıq? Azərbaycan güclü dövlətdir, qalib dövlətdir, hər vasitə ilə suverenliyinin pozulmasının qarşısını almağa qadirdir.
Hər zaman demişəm, Azərbaycan Laçın dəhlizini ən azından 10 gün müddətinə bağlamalıdır. Rusiya sülhməramlılarına da imkan verilməməlidir ki, dəhlizi açsınlar. Rusiya da, Ermənistan da görməlidir ki, Azərbaycan dirəniş göstərir, Azərbaycanın ərazisini pozmaq olmaz. Qarabağda süni şəkildə gətirilən ermənilər, separatçılar hiss etməlidirlər ki, Azərbaycan istənilən vaxt onların “arterial damarı” olan Laçın dəhlizini kəsə bilər. Bizim ərazilərimizdə yaşamaq hüququ istəyirlərsə, ərazi bütövlüyümüzü, suverenliyimizi qəbul etməlidirlər, şəxsiyyət vəsiqəmizi alıb yaşaya bilərlər. Yoxsa ki, separatçılıqla məşğul olacaqlar, istədikləri vaxt Ermənistana gedib-gələcəklər, gələndə silah-sursat, hərbi yük, canlı qüvvə gətirəcəklər, biz bunu qəbul etmirik, edə bilmərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|