"Rusiya və Azərbaycanda idarəetmə sistemi siyasi psixoloji cəhətdən eyni düşüncə üzərində qurulub" - Tural Abbaslı
Tarix: 17-09-2021, 08:45 | Çap et
Bu həftə Rusiyada Dövlət Dumasına, həmçinin bəzi regionlarda məclislərə və qubernator postlarına seçkilər olacaq. Sentyabrın 19-da Rusiya parlamentinin aşağı palatasına-Dövlət Dumasına keçiriləcək seçkidə əvvəlki kimi böyük rəqabət olmayacaq.
Buna səbəb bir sıra müstəqil və müxalifyönlü namizədlərin seçkiyə buraxılmamasıdır. 19 sentyabr seçkisi son illər nüfuzunu itirməkdə olan hakim Vahid Rusiya Partiyasının dirçəlişinə, dəstək qazanmasına hesablanıb.
Kremlin hazırda həbsdə olan tənqidçisi Aleksey Navalnının təşkilatlarına “ekstremist” damğası vurulduğuna görə bu qurumların üzvlərinin adları seçki bülletenlərindən çıxarılıb. Rusiyanın ən fəal müxalif qüvvəsi indi öz tərəfdarlarından “Ağıllı səsvermə” strategiyasına riayət olunmasını umur. Strategiyanın hədəfi hansı partiyanı təmsil etməsindən asılı olmayaraq Kremlin namizədi üzərində qələbə qazanmaq şansı olan şəxsə səs verməkdir...
Putinin alternativləri bu taktika ilə uğur qazanacaqlarmı?
AĞ Partiya başqanı Tural Abbaslı Azərbaycanda da bu cür taktikalardan indiyə qədər istifadə olunduğunu söylədi: “Əslində bu yeni taktika deyil. Azərbaycanın özündə dönəm-dönəm istifadə olunmuş bir taktikadır. Yəni kimə səs verirsinizə verin, bircə iqtidar partiyası olmasın. Bir sözlə, hakimiyyətin namizədinin qalib gəlməməsinə edilən cəhdlərdən biridir. Ən şanslı namizəd kimdirsə, digər partiyalar da ona səs versin. Bu, ölkəmizdə parlament, bələdiyyə, hətta prezident seçkilərində belə olmuşdu. Məsələn, mən ilk səs verdiyim vaxt dəstəklədiyim namizəd başqa dairədə olduğu üçün digər bir namizədə səs vermişdin. Yaxud 2003-cü ildə öz namizədləri olmasına baxmayaraq müxalifətdən başqa iddiaçıya səs verənlər belə olmuşdu. Çünki o namizəd daha şanslı idi. Ümumiyyətlə, parlament seçkilərində namizəd verərkən bəzi dairələrdən müxalifət namizəd irəli sürmür. Biz də AG Partiya olaraq elə edirik. Müxalifət liderlərinin olduğu, yaxud regionlarda daha nüfuzlu, səs yığma imkanları olan şəxslərin dairələrindən çalışdıqca namizəd irəli sürmürük. Bu, rəsmi, yaxud qeyri-rəsmi şəkildə olub. Amma təəssüflər olsun ki, bu, Azərbaycanda effekt verməyib. Nəzərə alaq ki, Rusiya və Azərbaycanda idarəetmə sistemi siyasi psixoloji cəhətdən eyni düşüncə üzərində qurulub, o zaman deməyə əsas var ki, o ölkədə də bu taktika işə yaramayacaq. Yəqin ki, hakim partiya yenə də bu seçkiləri müxtəlif üsullarla udacaq. Amma doğru, düzgün taktikadır. Səslərin parçalanmağındansa, toplanması daha məqbuldur. Uğur gətirəcək addımdır, sadəcə, orada uğur gətirəcəyinə inamım yoxdur. Hazırkı məqamda ən doğru variant bu idi. Ən pis variantlar içərisindən seçilmiş düzgün variant kimi qələmə versək doğru olardı”.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Burada əsas olan Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdir. Əvvəlki illərdən fərqli olaraq, Rusiyanın hakim dairələri daha aqressiv davranış sərgiləyirlər. Onlar, ümumiyyətlə, xalqı proseslərə yaxın buraxmaq istəmirlər. Müxalifət liderlərinə hərtərəfli təzyiqlər edilir. Müxalifətin əsas lideri olan Navalnı hələ də həbsdədir. Buna cavab olaraq, müxalifətin də öz taktikası var. Əsas taktika ondan ibarətdir ki, bu seçkilərdə kimə səs verirsinizsə verin, amma hakimiyyət namizədi olmasın. Bu da Rusiya müxalifətinin bir taktikasıdır. Bu ölkənin parlamentində yer alan elə fraksiyalar var ki, hakimiyyətyönlüdürlər. Bunlar nəticə etibarilə Putinin göstərişlərini yerinə yetirirlər. Sadəcə, bir rəsm cizgisi çəkiblər, guya müxalifətçidirlər. Bu seçkilər də Rusiya iqtidarının cızdığı xətt üzrə gedəcək. Müxalifət heç bir divident götürə bilməyəcək. Demokratiya sahəsində də bir addım qabağa gedə bilməyəcəklər. Rusiyada olan bu proseslər qonşu ölkələrə də sirayət edəcək. Bunun eyni zamanda bölgəyə də ziyanı var. Şimal qonşumuzun özünə də ciddi ziyan vurur. Rusiyadan bu seçkilərdən pozitiv heç nə gözləmirəm. Müxalifətin seçdiyi taktika heç bir uğur gətirə bilməyəcək”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|