“Şuşada az-çox infrastruktur qurulub, digər bölgələr isə tam xarabalıq vəziyyətindədir” - deputat
Tarix: 21-09-2021, 08:50 | Çap et
30 illik həsrət bitdikdən sonra Şuşaya mütəmadi səfərlər təşkil olunur. Əgər əvvəllər doğma Şuşaya yalnız rəsmilər, xüsusi nümayəndəliklər səfər edirdilərsə, artıq iki aydan çoxdur ki, yerli sakinlər də müəyyən sayla doğma yurdlarını ziyarət edə bilirlər. Ziyarətçilər Bülbülün, Üzeyir bəy Hacıbəyovun ev muzeylərində, Xan qızı bulağında, Qala divarlarında, Cıdır düzündə olur, yenidən tarixi torpaqda olmağın sevincini yaşayırlar.
Qeyd edək ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra burada infrastruktur işləri başladılmış, bu günə qədər bir sıra möhtəşəm festival və tədbirlər, o cümlədən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya günləri”, dahi Üzeyir bəy Hacıbəyovun doğum gününə həsr edilmiş XIII Beynəlxalq Musiqi Festivalının bir hissəsi keçirilib.
Bəs digər bölgələrə nisbətən niyə daha çox Şuşaya səfərlər təşkil edilir?. Bu, Qalanın azərbaycanlılar üçün xüsusi mənəvi dəyər daşıması ilə bağlıdır, yoxsa başqa səbəb var? Başqa yerlərdə, o cümlədən Qubadlıda, Zəngilanda, Cəbrayılda və digər bölgələrdə infrastruktur olmadığı üçün bu yerlərə səfərlər çox az təşkil edilir?
Bugünlərdə Cəbrayıl səfərindən qayıtmış millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:
“Bildiyiniz kimi, Şuşada az-çox infrastruktur qurulub. Digər bölgələrdə isə hələlik bu yoxdur. Yəni işğaldan azad olunmuş digər bölgələrdə nə otel, mağaza, nə də qida qəbul etmək üçün restoran, kafe və çayxanalar yoxdur. Ərazilərin böyük əksəriyyəti tam xaraba qalmış vəziyyətdədir. Məsələn, bugünlərdə Zəngilanda səfərdə olduq. Orada, ümumiyyətlə, nahar edə bilmədik. Yalnız 7-8 saatdan sonra, Füzulidən keçəndə yemək məkanı tapa bildik. Demək istəyirəm ki, ərazidə konkret olaraq heç bir infrastruktur yoxdur. Bizimlə birgə musiqiçilər də həmin vaxt Zəngilanda səfərdə idilər və onlar geyimlərini hərbiçilərin yaşadığı yerdə dəyişə bilirdilər.
Yəni Şuşada bir qədər infrastruktur var, şəhərdə müəyyən iaşə obyektləri, kommunal qurumlar fəaliyyət göstərir. Ona görə də Şuşaya tez-tez səfərlər təşkil edilir.
İnanıram ki, tezliklə digər bölgələrdə də infrastruktur qurulacaq və elə orada yaşamış insanların axını kifayət qədər yüksək səviyyədə olacaq".
Əslən Zəngilandan olan teletənqidçi Qulu Məhərrəmli də mövzu ilə bağlı danışıb. O qeyd edib ki, digər bölgələrdən fərqli olaraq Şuşa xüsusi mənəvi dəyər kəsb edir:
“Çox sevindirici haldır ki, Şuşaya tez-tez səfərlər təşkil olunur. Şəhərdə yol infrastrukturu var, iaşə obyektləri, hotel işləyir.
Şuşanın öz mənəvi dəyəri, rəmzi var, tarixin ruhunu özündə ifadə edir. Şübhəsiz ki, Zəngilan da, Qubadlı, Cəbrayıl və digər bölgələrimiz də dəyərlidir. Hər bir bölgənin özünəməxsusluğu var. Lakin bütün bu bölgələrin içərisində Şuşa rəmzə çevrilmiş şəhərdir. Çünki Azərbaycan tarixinin bir çox nöqtələri orada birləşib. Oradan bir çox dahi şəxsiyyətlərimiz, sənətkarlarımız, o cümlədən Pənahəli xan, xan qızı Natəvan, Üzeyir bəy Hacıbəyov, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli və digərləri çıxıb. Digər bölgələr isə bu qədər tarixi və mədəniyyət xadimlərinə sahib deyil. On görə də digər bölgələr Şuşa qədər rəmzə çevrilməyib.
Lakin insanlarımız təkcə Şuşaya deyil, işğaldan azad olunan Ağdama, Zəngilana və digər bölgələrə də gedir. Hazırda həmin ərazilərdə böyük quruculuq işləri gedir. Yüksək səviyyədə infrastruktur qurulduqdan sonra həmin bölgələrə də axın artacaq.
Bunlarla belə Şuşanın hər zaman başqa önəmi var. Çünki qeyd etdiyim kimi, Şuşa fərqli bir məkandır, tarix və bizim ruhumuzla onun təması da daha fərqlidir".
Əslən Ağdamdan olan millət vəkili Aqil Abbas:
“Şuşa bizim mədəniyyət paytaxtımız, mənəvi yerimiz, tamamilə başqa bir şəhərdir. Ona görə də orada musiqi tədbirləri, festivalları, konsertlər keçirilir, tez-tez səfərlər təşkil edilir.
O ki qaldı digər bölgələrimizə, əlbəttə ki, həmin yerlərə də səfərlər təşkil edilir. Lakin Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan tam minadan təmizlənməyib. Ona görə də səfərlər az təşkil edilir. Amma tez bir müddətdə həmin ərazilərimizdə də infrastruktur bərpa olunacaq, yerli sakinlər yenidən öz yurdlarına köçüb, orada yaşayacaqlar". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|