İran İslam mənafeyini fars-erməni qardaşlığına qurban verməməlidir - deputat
Tarix: 25-09-2021, 09:32 | Çap et
Milli Məclisin 87 saylı Ağsu - İsmayıllı seçki dairəsindən üzvü, Vəhdət partiyasının sədri Tahir Kərimli ilə hafta.az üçün söhbətimizdə istiqlalçı deputat dövlət müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı gözlənilən tədbirlərdən danışıb, Azərbaycan-İran münasibətlərindəki son gərginlik haqda öz fikirlərini ifadə edib, bir deputat olaraq öz fəaliyyətindən bəhs edib.
-Tahir bəy, həm də bir istiqlalçı deputat kimi bu sualı sizə veririk. İnformasiyalardan bəlli olduğu kimi, II Qarabağ savaşında məğlub olmasına rəğmən Ermənistan sentyabrın 21-də özünün müstəqillik(!) gününü, müstəqilliyinin bərpasının(?) 30 illiyini çox təntənəli olmasa da qeyd etdi. Bəs son 44 günlük savaşdan sonra torpaqlarının əksər hissəsini azad etmiş qalib bir ölkə kimi Azərbaycanda 18 Oktyabr – Milli Müstəqillik Günü- dövlət müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı hər hansı tədbirlər planlaşdırılıbmı? Yadımızdadır ki, iyun ayında deputat Vahid Əhmədov Milli Məclisdə dövlət müstəqilliyimizin bərpasının 30 illiyi ilə bağlı tədbirlər planı hazırlamağı təklif edib. Daha sonra istiqlalçı deputatlar bu istiqamətdə hansısa bir iş gördümü?
-Bəli, iyun ayında parlamentdə belə bir təklif oldu. Və hazırda biz deputatlar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30 illiyinin qeyd olunmasıyla bağlı bir sıra təkliflər hazırlayırıq. Həmin təklifləri, inşallah, dövlət rəhbərliyinə təqdim etmək fikrimiz var. Yəqin ki, sentyabrın 27-də biz bu təklifləri ünvanına çatdıra biləcəyik. Və hesab edirəm ki, bu münasibətlə tədbirlər keçiriləcək...
Bilirsiz ki, bizdə bir qədər başqa yanaşma var ki, əsas Müstəqillik Günü kimi məhz 28 May qeyd olunmalıdır. Odur ki, 28 may tarixi qeyri-iş günü elan edilməklə həmin gün rəsmən bayram olunur. Ancaq 18 oktyabr qeyri-iş günü sayılmır. Lakin bildiyimiz kimi, digər keçmiş sovet respublikalarında müstəqilliklərin bərpasını kifayət qədər yüksək səviyyədə qeyd edirlər. Bu münasibətlə siqnator, yəni istiqlalçı deputatlar təltif olunurlar. Hazırda bizdə də bu yöndə müəyyən müzakirələr aparılır. Sözsüz ki, Azərbaycanda da bu tarix qeyd olunacaq. Və biz istiqlalçılar da çalışırıq ki, daha yüksək səviyyədə qeyd olunsun...
Şühəsiz ki, 18 Oktyabr Azərbaycan üçün əlamətdar bir tarixdir. Xüsusən həmin günün yetişməsində kifayət qədər rolu olmuş 43 istiqlalçı deputat üçün bu gün daha çox önəmlidir. Onlar bunun uğrunda böyük fədakarlıqlar göstəriblər, ölüm aclığı keçiriblər. O vaxt biz Ali Sovetdə aclıq edəndə və ruslar bizi gecə ilə götürüb naməlum istiqamətə aparanda da bilmirdik ki, başımıza nə gələcək... Yəni biz deputatlar kimi, yüzlərlə, minlərlə insanımız da digər sahələrdə canlarını ortalığa qoyublar. Odur ki, 18 Oktyabr xalqımızın böyük uğurudur və mütləq qeyd olunmalıdır. Özü də vurğuladığınız kimi, bu dəfəki yubileyi biz müzəffər dövlətimiz, ordumuz, şəhidlərimiz, qazilərimiz sayəsində torpaqlarının əksər hissəsini işğaldan azad etmiş qalib bir xalq kimi qarşılayacağıq...
-Son günlərin gündəmində olan əsas məsələlərdən biri Azərbaycan-İran münasibətlərində yaranmış gərginlikdir. Sizin həm də bir hüquqşünas kimi bu məsələyə münasibətiniz oxucularımız üçün maraqlı olar. Sizcə, İran dövlətinin ölkəmizə qarşı son addımlarının beynəlxalq hüquqa uyğun hər hansı bir əsası varmı?
-Bir var emosional münasibət, bir də var beynəlxalq hüquqdan doğan və Azərbaycanın mənafelərinə uyğun münasibət. Amma həm beynəlxalq hüquq, həm də mənəvi, İslamı baxımdan haqq Azərbaycanın tərəfindədir. Son məlumatlardan bəlli olduğu kimi, bu mövzuda Azərbaycan və İran dövlətləri diplomatik kanallarla ciddi danışıqlar aparırlar. Hər halda heç vaxt istəmərik ki, qonşuluğumuzdakı, özü də tarixi və dini birliyimiz olan, az qala, xalqının yarısı bizdən olan bir dövlətlə mənfi münasibətlər formalaşsın. Ona görə də hesab edirəm ki, bu istiqamətdəki addımlar öz müsbət nəticəsini verəcək. Biz hazırkı durumda Ermənistandan da başqa heç bir dövlətlə düşmən olmaq istəmirik. Ancaq bizdən asılı olmadan digər dövlətlərin bizə qarşı mənfi münasibəti meydana çıxır. Bu da çox ağrıdıcıdır. Dəfələrlə danışıqlara, xəbərdarlıqlara rəğmən İran yük maşınları nəinki Ermənistana, Azərbaycanın beynəlxalq hüquqla tanınan hüquqi ərazisinə - Qarabağa da müxtəlif yüklər, o cümlədən yanacaq və tikinti materialları daşıyır. Halbuki şimal qonşumuz Rusiya kimi cənub qonşumuz İranın özü də keçmiş Dağlıq Qarabağ ərazisini Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Bunun müqabilində qonşu ölkənin düşmənimizə dəstəyi bizim üçün olduqca ağrıdıcıdır. Bunu həzm etmək mümkün deyil. Çünki biz özünü İslam dövləti elan edən bir dövlətdən tamamilə başqa bir münasibət gözləyirik. Bunlara rəğmən biz yenə də dövlət səviyyəsində çalışırıq ki, aramızdakı normal münasibətlər bərpa olunsun...
Bilirsiz ki, Azərbayacn heç vaxt dövlət səviyyəsində İran dövlətinin daxili işlərinə müdaxilə etməyib. Ayrı-ayrı siyasətçilər, vətəndaşlar nəsə deyə bilər. Biz hamımız, uşaqlıqdan gözümüzü açandan Təbriz demişik, Vahid Azərbaycan demişik. Ayrı-ayrı dövlətlərdə də olsaq, o taykı Azərbaycanla xalqlarımız birdir. İnsanların içindən gələn bu təbii hissləri, fikirləri İran əlində “əsas” götürərək Azərbaycan dövlətinə, xalqına qarşı dövlət səviyyəsində təxribatlar törətməməlidir...
Açığını deyim ki, Şeyxülislam Allahşükür Paşazadənin, nəhayət ki, İranla bağlı bəyanat verməsi məni çox sevindirdi. Hamı gözləyirdi bunu. Bu, rəsmi Tehrana da çox güclü bir mesaj oldu ki, Azərbaycanın milli maraqları da var və onlar dini maraqlarımızla da üst-üstə düşür...
-Siz həm də xalqımızın dini, mənəvi dəyərlərinə önəm verən bir siyasətçi sayılırsız. Bu baxımdan özünü azərbaycanlı hesab edən Ərdəbil imam camaatı Seyid Həsən Amulinin Azərbaycana qarşı təhdid dolu son bəyanatlarına necə baxırsız? O, əslində bir din xadimi olaraq məsələyə necə yanaşmalı idi?
-Hesab edirəm ki, cənab Amuli dövlətlərarası münasibətlərlə yalnız siyasətçilərin məşğul olmalı olduğunu anlamalıdır. Axı sən ölkənin dini nümayəndəsisən. Sən dövlət başçısı, yaxud nazir hansısa siyasi xadim deyilsən. Amulinin bəyanatı başdan-ayağa siyasiləşmiş bir məsələ idi...
Hətta sovet dövründə də eşitməmişəm ki, İran gəlsin Araz çayı sahillərində hərbi təlimlər keçirsin. Amma Amuli din xadimi kimi sülh yaratmaq əvəzinə “SEPAH”ı Azərbaycana qarşı ciddi addımlara təhrik edir. Axı sən özün də deyirsən ki, Arazın o tayı da ciyərparamızdır, eyni xalqıq, dindaşıq. Bu yandan öz dövlətinin ordusunu və təhlükəsizlik qüvvələrini Azərbaycana qarşı əzələ nümayişinə çağırırsan. Düzü, Amulinin çıxışına mat-məəttəl qaldım. Onun bu dərəcədə “irəli” gedəcəyini gözləmirdim. Axı bu din xadimi bəzi fikirləriylə razışlaşmasaq da, həmişə milli, dini birliyimizdən danışardı... Görün vəziyyət nə həddə çatdı ki, Qafqaz şeyxülislamı da buna cavab vermək məcburiyyətində qaldı...
-Sizcə, İranın Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərini özünə təhdid kimi görməsinin bir əsası varmı?
-Mən həmişə istəmişəm ki, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünə İranın özü də qatılsın. Axı Pakistanın da İrandilli bir xalqdır. Bəs necə ola bilər ki, Pakistan dövləti Azərbaycanı, Türkiyəni bu cür sevə bilir, İranın isə yarısı türkdür və bütövlükdə İslam, müsəlman dövləti olduğu halda özünü bu müsəlman-türk birliyindən kənara çəkir. Mən bir neçə dəfə İran rəsmiləri ilə təmaslarda onlara da demişəm ki, İran özü qoşulmalıdır bu formata. Qərblə münasibəti olmasa da, Rusiya və digərləri ilə deyil, məhz Türkiyə, Azərbaycan və Pakistanla bir olmalıdır. Axı bu birliyin əsasında bizim dövlətlərin tarixi, dini birliyi dayanır. Axı belə olsa, hamımız arasında səmimi mehribanlıq olar. Və mən hesab edirəm ki, İran böyük bir səhv edir ki, bəhs etdiyimiz formata qoşulmur. Hesab edirəm ki, Türkiyə və Pakistanla yanaşı, Azərbaycan dövləti də İranla daim mehriban münasibətlərdə olmağa çalışır...
Rəhmətlik Məhəmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” adlı əsərində göstərdiyi bir epizodu xatırladım. Səyavuş atası Əfrasiyab, anası Südabə ilə İranla Turanı öz şəxsi timsalında birləşdirir. Azərbaycanı da Rəsulzadə Turan və İranın müştərək balası kimi görürdü... Odur ki, Azərbaycan çox istəyər ki, Böyük Pyotrun vəsiyyəti həyata keçməsin və İranla Türkiyə də bir olsun...
-İnciməyə qalsa, Azərbaycan gərək İrandan incisin ki, son 30 ildən çox bir dövrdə əgər Rusiya Ermənistana əsasən siyasi və hərbi dəstək veribsə, İran isə faktiki olaraq 2-3 milyonluq bir əyaləti, şəhəri kimi bu ölkəyə əməlli-başlı iqtisadi-sosial dayaq durub. Amma buna rəğmən Azərbaycan İranla əlaqələri kəsməyib...
- Bəli, bu hal, öncə dediyim kimi, bizi çox üzür, olduqca üzür. Axı İslam Respublikası adlanan bir dövlət müsəlmanlıq mənafeyini, digər millətlərdən olan müsəlmanlarla birlik yaratmaq borcunu fars-erməni qardaşlığına qurban verməməlidir. Axı İranın rəsmi ideologiyası rəsmən islami dəyərlərlə bağlıdır. Odur ki, bu dövlət ilk növbədə müsəlman xalqlarla, ölkələrlə dostluq, birlik yaratmalıdır. Son 30 ildə hələ Azərbaycan xalqının çox şeydən xəbəri olmayıb. 44 günlük savaşdan sonra İranın bu illər ərzində də son bir ildə də işğalçı Ermənistana, eləcə də Qarabağdakı separatçı-terrorçu rejimə nə qədər dəstəklər verməsi barədə faktlar ortalığa çıxdı. Və Azərbaycanda, Türkiyədə hamı bunu təəcüblə qarşılayır ki, İran, sən necə İslam Respublikası, müsəlman ölkəsisən... Axı sənin Qarabağa göndərdiyin və separatçı, terrorçu, işğalçı ermənilərin əlinə keçən yardım öz millətindən, dinindən olanların –azərbaycanıların qətlinə, onların torpaqlarının işğalına yönəlib... Sən müsəlman məscidlərində donuz otaranlara hansı əsasla kömək edirsən? Bunun harası oldu İslam, müsəlmanlıq? Buna necə haqq qazandırmaq olar? İran özü anlamaldır ki, İran xalqının böyük əksəriyyəti Azərbaycana qarşı yönəlmiş bu siyasətlə razılaşmır və razılaşmayacaq. Əslində belə addımlarla İran dövləti özü üçün də daxili problem yaradır...
-Bir müddət öncə mediaya müsahibənizdə demisiniz ki, yaxın vaxtlarda proporsional seçki sisteminin tətbiqi məsələsi aktuallaşa bilər. Nəsə işlər gedir bu istiqamətdə?
-Bilirsiz, belə bir təklif irəli sürülüb. Bu, sadəcə, bir ideoloji baxış kimi yalnız məni yox, bir sıra siyasətçi və partiya liderlərini də düşündürən məsələdir. Amma düzünü deyim ki, hələlik real nəticə gözləmirəm. Bütün hallarda Azərbaycanda proporsional seçki vacibdir. Heç olmasa, 50/50 səviyyəsində bunu etmək lazımdır. Bu sistem demokratik ölkələrdə partiyaların inkişafı üçün çox vacibdir. Hələlik müasir dünyada çoxpartiyalı sistemdən başqa cəmiyyətin hərtərəfli inkişaf sistemi yoxdur. Ona görə də bu sistem vacibdir...
-Tahir bəy, 87 saylı Ağsu - İsmayıllı seçki dairəsindən deputat kimi seçicilərinizin problemləri ilə mütəmadi məşğul ola bilirsinizmi?
-Öncə onu deyim ki, bir deputat kimi özümdən narazıyam... İstəmirəm, bunu yalnız pandemiyanın üzərinə atam. Açığını deyim ki, müəyyən qədər maddi imkansızlıq da var ki, bu vəziyyət də seçicilərlə müəyyən təmasları məhdudlaşdırır. Düzdür, hazırda pandemiyaya görə secilərlə kütləvi şəkildə görüşlər təklif etmək də mümkün deyil. Amma bəzən bu kimi problemləri insanlara anlada bilmirik. Məsələn, 44 günlük savaş dövründə və sonra biz deputatlara şəhid ailələri ilə görüşlərə icazə verilmirdi... Hətta özüm gizli şəkildə İsmayıllıda bir neçə şəhidin dəfnində iştirak etdim. Lakin açığını deyim ki, bu, müvafiq qurumlar tərəfindən narazılıqla qarşılanmışdı...
II Qarabağ savaşı şəhidlərinin ildönümlərinə az qalıb. Hesab edirik ki, inşallah, bütün deputatlar şəhidlərimizin il mərasimlərində iştirak edə biləcək və onların ailələrinə ən azı mənəvi dayaq olacaqlar...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|