Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                 

Milli Şuradan daha bir rəzillik: - şəhidlər unuduldu, video yada düşdü
Tarix: 1-10-2021, 08:41 | Çap et
Milli Şuradan daha bir rəzillik:
Rəsmi Tehranın Qarabağa qanunsuz yüklərin qarşısının alınmasından sonra Azərbaycana qarşı sərt üslubu olduğu bir vaxtda Milli Şura da hakimiyyəti ittiham edən, ölkədə şiddətli repressiyalar haqda bəyanat verməyi lazım bilib. Bəyanatda Əli Kərimlinin mühafizəçisinin yekunlaşan məhkəməsindən başqa yeni heç nə yoxdur. Milli Şura sədri Cəmil Həsənlinin qızının çoxdan yaddan çıxmış məlum videosu “mənəvi terror” kimi xatırlanıb, keçmiş əri ilə əmlak problemi olan Gültəkin Hacıbəylinin “təzyiqə məruz qaldığı” bildirilib.

Bəyanatda Azərbaycan xalqının İkinci Qarabağ müharibəsində şəhid olanların Anım Günü, İranın hədyanları barədə bir cümlə də yoxdur. Milli Şuranın bu bəyanatı niyə üstümüzə ən müxtəlif səviyyədə “itlər”in hücumu olduğu vaxt verməsi diqqət çəkir.

Milli Şuranın “xarici xor”a qoşulması təsadüfüdürmü? Özünü milli qüvvə sayanlar kimin əmrindədirlər, kimin əmrlərini icra edirlər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq deputat Fərəc Quliyev belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına çağırış etdi: “Özünü milli qüvvə adlandıran Milli Şuranın hələ də cəmiyyətdə tam tanınmaması təəssüf doğurur. Milli Şura Rusiyada o vaxtı vitse-spiker olan Volodinin iştirakı ilə yaradılmış qurumdur. 2013-cü ildə ”Milyarderlər İttifaqı" yaradıldı ki, bunlara dəstək verilsin. Hətta mətbuatda yüksək səviyyədə məlumatlar getdi ki, bunlar razılaşıblar ki, ilk dönəmdə xarici ölkə vətəndaşı olan Rüstəm İbrahimbəyov prezident olsun, ondan sonra da Abbas Abbasov o kürsüdə əyləşsin. Qarabağda ikinci erməni dövlətinin yaradılmasına razılıq vermişdilər. Bu da onu göstərir ki, Milli Şura milli maraqların əleyhinə yaradılmış bir qurumdur. Ondan fərqli bir şey gözləməyə dəyməz. Azərbaycana basqılar var. Kənardan təzyiqlər olunur. İran təlimlərə başladı. Ondan əvvəl ermənilər ağalarının göstərişi ilə üstümüzə gəldi, amma onları darmadağın edib, texnikalarını da Azadlıq meydanına gətirdik. Xarici basqı ilə bir şey edə bilmədilər. İndi daxildən bizə zərbələr vurmağa çalışırlar. Təsadüfi deyil ki, İranın adamları şəhidlərin məzarları üzərində, yas yerlərində, müxtəlif məclislərdə Azərbaycan əleyhinə, Azərbaycan-İsrail münasibətlərinin əleyhinə çıxışlar edirlər.

Bu barədə sosial şəbəkələrdə məlumatlar getməkdədir. Xüsusilə burada qadınlar daha fəal görünür. Ölkəmiz əleyhinə olanlar daxilimizdəki əlaltılarını hərəkətə gətiriblər. Bunların hərəkətə gəlməsi məndə təəccüb doğurmur. Onlar heç vaxt milli məsələlərlə məşğul olmayıblar. Nəinki son baş verənlərlə bağlı İran haqqında bir söz deməyiblər, Tovuz hadisələri vaxtı ordumuzla bağlı xoşagəlməyən fikirlər səsləndirirdilər, hətta ordumuzun uduzacağını deyirdilər. Orada gördülər ki, vəziyyət dəyişdi, başqa mövqe sərgilməyə başladılar. İctimaiyyətin qorxusundan bunu belə etdilər. İndi də kənardan basqılar olan dövrdə Azərbaycanda insan haqlarını qabartmaq kimi bir tapşırıq alıblar. Bununla beynəlxalq təzyiqlərin ölkəmizə qarşı artmasına çalışırlar. Bunu da qrantlar müqabilində edirlər. Ortada bu qədər aydın olan bir mənzərə var. Deputat olduğum zamanda Milli Məclisdə Baş Prokurorluğu ittiham etmişdim ki, bunlar haqqında ölçü götürün. Xarici dövlətlərə birmənalı şəkildə maşalıq edirlər. Onlar Azərbaycana xəyanət edirlərsə, cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Amma onlara meydan verildikcə, bu formada bundan istifadə edirlər. Azərbaycanda hansı insan haqları pozulub? Onlar neçə dəfə İranda həbs edilən soydaşlarımızla bağlı səslərini çıxarıblar? Orada edam edilənlərlə bağlı niyə susurlar? Dövlət və ictimaiyyət onlar haqqında sərt mövqe sərgiləməlidir".

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı isə Milli Şuranın İrana bağlı olduğunun çoxdan hər kəsə məlum olduğunu bildirdi: “İran bu gün Azərbaycana qarşı mübarizədə Milli Şuradan və Əli Kərimlidən istifadə edir. İranın Azərbaycanı açıq şəkildə təhdid etməsi İran TİR-larının qanunsuz olaraq ərazimizdən ermənilərə yük daşımasından sonra başladı. Azərbaycanın Qafan-Gorus yolunda polis postları qurması və İran maşınlarının qanunsuz yolla yükdaşımasının qarşısını alması İranın qeyri-adekvat addımlar atmasına səbəb oldu. Bundan sonra mollaları vasitəsilə Azərbaycanı təhdid etməyə başladılar. Və İranın nəzarətində olan, Azərbaycanda fəaliyyət göstərən qüvvələrini işə salmağa başladılar. Milli Şuranın İranla əməkdaşlığı çoxdan bəllidir. Milli Şuranın tərkibinə baxın. İranla əməkdaşlığına şübhə olmayan Taleh Bağırzadə, Eldəniz Quliyev, Mövsum Səmədov, İslam Partiyasının nümayəndələri. Qənimət Zahidov İranla Əli Kərimlinin əlaqələrini təşkil edən şəxsdir. İndi də qeyd etdiyim kimi, İran nəzarətində olan bu şəxsləri Azərbaycana qarşı istifadə edir. Şəhidlərimizin ildönümündə Milli Şuranın yadına video düşdü. Rəsmi Tehran Qarabağa qanunsuz yüklərin qarşısının alınmasından sonra Azərbaycana qarşı sərt üslubu olduğu bir vaxtda Milli Şura da hakimiyyəti ittiham edən, ölkədə şiddətli repressiyalar haqda bəyanat verməyi lazım bilir. Açıq şəkildə görünür ki, Milli Şura İrandan sifariş alıb və onu icra etməklə məşğuldur. Özünü milli qüvvə sayanlar İran mollalarına nökərlik edirlər. Təbii ki, pulun qarşılığında. Əli Kərimlinin pula dəhşət sevgisi var...”
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru