"İndi ordumuzun ciddi gəlirləri, hərbi potensialı var" - Arif Hacılı
Tarix: 1-10-2021, 09:24 | Çap et
Regiondakı vəziyyət özünün gərginliyi ilə müşahidə olunur. Mövcud şərait Azərbaycan siyasi düşərgəsinin, cəmiyyətinin adekvat addımlar atmasını tələb edir. Qarabağ bölgəsi hansı proseslərə şahidlik edir və müxalifət partiyaları hansı siyasəti yürüdür?
Bu və ya digər məsələlərlə bağlı hafta.az-a müsahibə verən Müsavat Partiyasının sədri Arif Hacılı mübahisəli və maraqlı fikirlərə diqqət çəkib.
- Arif bəy, 30 illik işğaldan sonra 27 sentyabrdan başlayan əks-hücum əməliyyatı və Zəfər tarixindən bir il keçdi. Beynəlxalq ictimaiyyətin bu istiqamətdə sərgilədiyi bəlli bir mövqe var. Bu gün də ATƏT-in Minsk Qrupunun fəallaşdırılması, status -kvonun bərpası ilə Azərbaycanın qələbəsinə kölgə salınma cəhdləri var...
- Azərbaycan dünyanın çox mühüm geopolitik məkanında yerləşir. Avrasiya məkanında bir çox kommunikasiyaların, eyni zamanda enerji daşıyıcılarının Azərbaycan üzərindən keçməsi, enerji daşıyıcılarımızın həcmi və onun üzərində ölkəmizin transfer hüquqlarının olması bir çox dünya dövlətlərini narahat edir. Azərbaycan üzərində öz təsir imkanlarını artırmağa çalışırlar. İstər Rusiya, istər İran, xüsusilə Ermənistan bizim 44 günlük müharibə ərzində əldə etdiyi nailiyyətləri xalqımızdan oğurlamaq xətti götürüblər və bu məsələlərdə açıq şəkildə Azərbaycana qarşı olan bir mövqe tuturlar. Onlar Azərbaycanın bu məsələlərdə olan xoşməramlı mövqeyinə heç də adekavat cavab vermirlər. Belə bir vıziyyətdə Azərbaycan hakimiyyəti diplomatik təşəbbüskarlığı artırmalı idi. Minsk Qrupu həmsədrlərinin yenidən bu prosesə nəzarət etməsinə imkan verməli deyildi. Bunun üçün müxtəlif yollar təklif etmişdik. Təklif etmişdik ki, Minsk Qrupunun həmsədrləri ratasiya qaydasında dəyişdirilsin. Bu regionda maraqlı olan digər dövlətlərin - Böyük Britaniya və Türkiyənin hesabına tərkibi genişləndirilsin. Burada Rusiya Ermənistanın beynəlxalq havadarı kimi çıxış edirsə, Azərbaycana daim dəstək verən Türkiyə də Minsk Qrupu həmsədrlərin tərkibinə daxil edilsin. Vaxtilə Fransanın Minsk Qrupuna daxil edilməsi, Türkiyənin bu prosesdən kənarda qalmasna razılıq verilməsi çox ciddi səhv olub. O səhvin nəticələri nizamlanma prosesində daim özünü büruzə verib. Bu səhvi aradan qaldırmaq üçün yaranmış uğurlu müddətdən zamanında istifadə edilmədi. Ona görə də Azərbaycan diplomatik sahədə xeyli dərəcədə sıxılmış vəziyyətdə görünür. Hesab edirəm, Türkiyə birbaşa bu prosesdən xeyli dərəcədə kənarlaşdırılıb. Ancaq açıq-aydın Ermənistanın tərəfini tutan Fransa kimi bir dövlət nizamlanma prosesində yenə də arbitr rolunu oynamaq imkanları əldə edib.
- “Minsk Qrupu həmsədrlərinin yenidən bu prosesə nəzarət etməsinə imkan verməli deyildi”, - deyə fikir işlətdiniz və Fransanın dediyiniz kimi, arbitr rolunda çıxış etməsini önə çəkdiniz. Sizcə, Fransanın arbitr rolunu oynaması özünü nədə göstərir? Bilirik ki, Prezident Anadolu Agentliyinə müsahibəsində deyib ki, Minsk Qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortaya çıxmalıdır. Yəni Dağlıq Qarabağ münaqişəsi bitibsə, Minsk Qrupu etimad tədbirləri, yolların açılması, dəhlizlərin açılması, sülh prosesinə dəstək verilməsi, Ermənistan-Azərbaycan əlaqələrini tənzimləmək, Ermənistan-Azərbaycan arasında təklif etdiyimiz sülh müqaviləsi imzalanmasına nail olmalıdır.
- Mən dövlət başçısının Fransa-24 kanalına verdiyi müsahibəni izlədim. Orada “Birbaşa Paşinyanla danışıqların aparılması mümkündürmü, siz ona zəng vura bilərsinizmi?” sualına cavab verərkən İlham Əliyev faktiki olaraq bu prosesin Minks Qrupu tərəfindən davam etdirilməsinin mümkünlüyündən söz açdı və əvvəllər belə bir təcrübənin olduğunu bildirdi. Eyni zamanda bir çox yerli və beynəlxalq mətbuat orqanlarında, sosial mediada, bəzən saytlar tərəfindən də belə məlumatlar yayılır ki, Minsk Qrupu həmsədrlərinin Xankəndinə getməsinə icazə verilib. Faktiki Minsk Qrupu həmsədrləri institutu yenidən fəaliyyətə başlayıb. Bu məlumatlar hələlik birmənalı şəkildə təkzib olunmayıb. Cənab İlham Əliyevin “Fransa 24” kanalına müsahibəsində bunun mümkünlüyünə işarələr gördüm. Mən də arzulayıram ki, yanlış olsun. Minsk Qrupu yenidən bu prosesə müdaxilə etmək imkanları əldə edəcəksə, münaqişənin həlli bir qədər də çətinləşəcək. Yox, əgər dünya gücləri şərt olaraq bu məsələni irəli sürüb Azərbaycana qarşı sanksiyalar və digər addımlar atmaq istəsələr, Azərbaycan tərəfi Minsk Qrupunun tərkibinin dəyişdirilməsi və ya tərkibinin Türkiyə və Böyük Britaniyanın hesabına genişləndirilməsinə nail olmalıdır. Regionda Böyük Britanıyanın ciddi maraqları var. Eyni zamanda Azərbaycanın Türkiyə ilə birbaşa sərhəddə olması və burada Türkiyənin ciddi maraqlarının olması da bizə bu dövlətləri Minsk Qrupu həmsədrləri kimi nizamlanma prosesində iştirak etməyə cəlb etməyə məntiqi əsaslar verir. Biz buna nail olmalıyıq. Fransanın konkret olaraq Yuxarı Qarabağ məsələsidə tutduğu mövqeni unutmaq lazım deyil. Hansı xoş mesajlar gəlsə də, Fransa özünün mövqeyini dəyişməyəcək. Fransa ilə Ermənistan arasında əsrlər boyu davam edən yaxın münasibətlər var. Fransadan gələn hər hansı mesajlara görə yenidən Fransanı bu proseslərə daxil etmək Azərbaycanın mənafelərinə ağır zərbə olar.
- Arif bəy, bəzi ekspertlər belə fikirlər səsləndirirlər ki, Qarabağ münaqişəsi ilə dağılan SSRİ Qarabağ məsələsi ilə dirçələcək.
- Bu, tamamilə populist açıqlamalardır. Yəni qeyri-mümkün bir məsələdir. Yalnız “Velikorus” şovinistlərin xülyalarından olan bir fikirdir. SSRİ-nin bərpa olunması mümkün deyil. Əksinə, Rusiyanın özünün içərisindən parçalanma olması ehtimalı, Rusiyada olan respublikaların daha müstəqil, suveren davranmaları ehtimalları SSRİ-nin bərpa olunması ehtimallarından qat-qat çoxdur. Qarabağ məsələsi ilə bağlı vəziyyət indi əsaslı surətdə dəyişib. Əvvəla, Rusiya 90-cı illərin əvvəllərində olduğu gücə və təsir imkanlarına malik deyil. İkincisi, Azərbaycan xeyli dərəcədə inkişaf etmiş ciddi bir dövlət yaratmağa nail olmuş bir dövlətdir.
1990-cı illərdə olduğu kimi, bizim ordumuz yalnız Rusiyada təhsil almış və bir çox hallarda elə Rusiya xüsusi xidmət orqanlarında xidmət etmiş zabitlərdən yox, əsasən Türkiyədə, Avropada təhsil almış zabitlərdən ibarətdir. Azərbaycan Ordusu NATO standartlarına uyğun olaraq formalaşmış bir ordudur. İndi Azərbaycan Ordusunin ciddi gəlirləri, hərbi potensialı var. Yəni 1990-cı ilərin əvvəllərində olduğu kimi bizim ölkəmizlə davranmaq mümkün deyil. Elə Türkiyənin proseslərə birmənalı şəkildə müdaxilə etmək imkanlarının yaranması da Pakistanın, Ukraynanın, İsrailin, Böyük Britaniyanın Azərbaycanla bağlı tutduğu mövqeləri nəzərə alsaq, Azərbaycanın suverenliyi haqqında bu şəkildə pessimist düşüncələrə qapılmaq lazım deyil. Azərbaycan üçün əsas məsələ Yuxarı Qarabağ ərazisində suverenliyini təmin etməkdir. Buna nail olmaq üçün Azərbaycan birbaşa Ermənistanla danışıqlara başlamalıdır. Ola bilər ki, Prezident elə “Fransa 24” kanalının jurnalistinin təklif etdiyi kimi, telefonla Paşinyana zəng vurmalı deyil. Gürcüstanın vasitəçiliyi, digər üsullarla Ermənistanla ikitərəfli danışıqlara başlamaq, Ermənistanla sülh sazişinin bağlanmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına nail olmaq, eyni zamanda Yuxarı Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə təminat verməklə bu münaqişənin həllinə nail ola bilərik. İndiki siyasi şəraitdə bu mümkündür və Azərbaycan hakimiyyətini bu istiqamətdə düşünməyə və səylərini artırmağa çağırıram.
- Belə bir şəraitdə siyasi müxalifət partiyaları bu prosesə nə dərəcədə adekvat yanaşırlar? Atılan addımlar nədən ibarətdir?
- Digər partiyalar haqqında bir söz deyə bilmərəm. Müsavat Partiyası bu prosesləri daim nəzarətdə saxlayır. Partiyamız müharibə dövründə çox fəal oldu. Ölkədə vətəndaş cəmiyyəti birliyinin yaranması, orduya dəstək, cəmiyyətə ruh yüksəkliyinin yaranması üçün əlimizdən gələni etdik. Sentyabrın 27-də Müsavat Partiyasının Məclisi tərəfindən qəbul olunmuş 27 sentyabr bəyannaməsi yayıldı. Burada həm Qarabağın nizamlanması prosesi, ölkədə islahatların keçirilməsi, eyni zamanda iqtisadi sahədə görüləcək işlər barədə öz fikirlərimizi açıq şəkildə diqqətə çatdırmışıq.
Ona müsbət yanaşıram ki, hakimiyyət 44 günlük müharibə dövründə irəli sürdüyümüz təkliflərin çoxunu həyata keçirdi. Təəssüf ki, müharibədn sonra verdiyimiz təkliflər, bu məsələ ilə bağlı ictimaiyyətə açıqladığımız mövqelər hakimiyyət tərəfindən diqqətə alınmır. Biz xarici siyasət sahəsində də fəal olmağa çalışırıq. Azərbaycana düşmən mövqe tutan dövlətlər, mərkəzlər barədə öz mövqeyiizi açıq şəkildə bildiririk. Rusiyanın Qarabağdakı davranışları ilə bağlı həmişə açıq şəkildə ortaya mövqe qoymuşuq və Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında bu müddət ərzində piketlər keçirmişik. Və bu tip aksiyalarımızın bundan sonra da davam etməsi gözlənilir.
- Siz verdiyiniz əməkdaşlıq təkliflərinin hakimiyyət tərəfindən qəbul edilmədiyini dediniz. Bizə bəllidir ki, siz də hakimiyyətin müharibədən sonra Qarabağa təşkil etdiyi səfərlərdən, iqtidar-müxalifət dialoqu kontekstində müzakirələrə qatılmaqdan imtina etmisiz. Son onlayn konfransla bağlı çağırışlara da məhəl qoymadınız. Müharibədən sonra hakimiyyətin dəvəti ilə bir araya gələn digər 48 partiya ilə bir yerdə olmaq istəmədiz. Bunun özü müxalifətin özündə də xoş qarşılanmır. Sual olunur, bu prosesdə niyə bir neçə partiya kənarda qalmalıdır.
- Biz heç bir prosesdən kənarda qalmamışıq. Əgər internetdə, sosial şəbəkədə, o dövrdə çıxan saytlarda axtarış aparsanız, görərsiniz ki, 27 sentyabr müharibəsinin başlanması ilə əlaqədar ilk bəyanatları verməklə Müsavat Partiyası mövqeyini bildirib. İqtidardan bizə müəyyən sənədlərə imza atmaq təklif olunub. Azərbaycan müxalifəti adından verilən sənədlərdə hakimiyyətin təriflənməsi qoyulursa, bu partiyaları həmin sənədə imza atdırıb sonrada beynəlxalq aləmdə yayıb müxalifətin mövqeyi kimi açıqlama verilirsə, təbii ki, bu çox qeyri-səmimi görünür. Müxalifətin işi hakimiyyəti tərifləmək deyil. Müsavat Partiyası Azərbaycandan başqa bir çox postsovet ölkələrində olan partiyalarla əməkdaşlıq edir. Tamamilə nüfuzunu itirmiş, nəinki beynəlxalq ictimaiyyətə, eləcə də Azərbaycan ictimaiyyətinə məlum olmayan partiyalarla birgə eyni bayağı məzmunu sənədə imza atsaq, o zaman Müsavat Partiyasının mövqeyi beynəlxalq birlik üçün maraqlı olmaz. Biz bu amili də nəzərə alırıq.
- Siz də işğaldan azad olunan rayonlara getməkdən imtina etdiniz?
- Şuşaya getməklə bağlı istəyimi hakimiyyətin nümayəndələrinə çatdırmışam. Mənim qardaşım Mustafa Hacıbəyli I Qarabağ müharibəsində, Şuşa uğrunda döyüşlərdə yaralanmış qazidir. Xeyli müddətdir ki, Şuşaya getmək üçün müraciət edib, ancaq hələ ki, imkan yaradılmayıb.
Başqa partiyalardan fərqimiz də ondan ibarətdir ki, hadisə baş verəndən sonra onun barəsində düşünmürük. Baş verə biləcək hadisələri və cəmiyyətdə necə qarşılanacağını hansı dərəcədə əhəmiyyətli olacağını əvvəlcədən müəyyənləşdirmək imkanına malik olan partiyayıq. Ona görə də o sahədə olan davranışlarımız, başqa partiyaların davranışlarından fərqlənir. Əgər bunu düzgün hesab etmirlərsə, bu da onların öz işidir. Siyasi partiyaların fəaliyyətinə də qiymət verən də Azərbaycan cəmiyyətidir.
- İqtidarın təşkil etdiyi və siyasi partiyaların da iştirak etdiyi onlayn konfransda niyə iştirak etmək istəmədiz?
- Ölkədə müxalifət partiyalarının kim olması hər kəsə məlumdur. Hakimiyyət dialoq istəyirsə, Müsavat Partiyasının 27 sentyabr Bəyannaməsində açıqladığımız mövzularla bağlı hakimiyyət nümayəndələri ilə müzakirə apara bilərik. O ki qaldı siyasi partiyaların bizim fəaliyyətimizi bəyənməməsinə, bu onların öz işidir. Əgər Müsavat Partiyasını bəyənsəydilər, 100 ildən çox yaşı olan Azərbaycanın əsas partiyası olan Müsavat Partiyasına qoşulardılar, ayrıca partiya yaratmazdılar. Ayrı partiya yaradıblarsa, deməli, məqsədləri, hədəfləri var.
- Arif bəy, daim ölkə daxilində hansısa “kolon”ların olduğu qeyd olunur. Kimlərinsə Qərbə, İrana, Rusiyaya işlədiyi barədə fikirlər var. Hazırda partiyaların siyasətinə baxanda bu istiqamətdəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Hər hans partiyanı “5-ci kolon”un partiyası olması ilə ittiham edə bilmərəm. Ən azı ona görə ki, qeyd olunan 52 partiyanın bir neçəsinin rəhbərini tanıyıram, fəaliyətinə bələdəm. Fəaliyyətinə bələd olmadığım siyasi təşkilatların hansı amala xidmət etdiyi barədə isə fikir söyləməyim düzgün olmazdı. Hazırda Azərbaycanda “5-ci kolon” fəaliyyəti xeyli dərəcədə leqallaşıb. Xüsusilə II Qarabağ müharibəsi dövründə və ondan sonrakı mərhələdə sosial medianı izləyən hər hansı şəxs “5-ci kolon”un kimlərdən ibarət olduğunu aydın şəkildə görə bilər. Rusiyanın, İranın Azərbaycana qarşı olan mövqelərini müdafiə edən, ona müsbət görüntü verməyə çalışan şəxslər son dövrlər öz mövqelərini açıq şəkildə ortalığa qoyurlar. Belə şəxslər, qruplar var. Müsavat Partiyasının 27 sentyabr bəyanatında bu da əksini tapıb ki, sosial mediada Azərbaycana qarşı işləyən şəbəkələrə qarşı mübarizə gücləndirilsin. Bu şəbəkələr özlərini gizlətmir. O adamların hansısa partiyanın üzvü olması ilə bağlı dərin bilgilərim yoxdur.
- Qeyd etdiniz ki, bəyənsəydilər, Müsavata qoşulardılar. Yəni belə çıxır ki, partiyaların sizə qoşulmasını istədiniz..
- Mən heç vaxt heç bir siyasi partiyaya Müsavata qoşulmağı təklif etməmişəm, yalnız konkret hədəflər uğrunda funksional əməkdaşlığın tərəfdarı olduğumu bildirmişəm. Bu gün də bu mövqedə qalıram. Hesab edirəm, konkret hədəflər, konkret məsələlər ətrafında müxalifətin birgə fəaliyyəti mümkündür. Bu, birləşmə, müttəfiqlik anlamına gəlmir.
- Bu gün Rusiya-Azərbaycan, Türkiyə-Azərbaycan münasibətlərində dəyişən, irəliyə doğru gedən istiqamətlər nə ilə bağlıdır?
- 10 Noyabr atəşkəs Bəyanatından sonra deyilirdi ki, Rusiya bu prosesdə hansı səviyyədə iştirak edəcəksə, Türkiyə də o səviyyədə iştirak edəcək. Təəssüf ki, belə olmadı. Türkiyə nəinki nizamlanma prosesində Rusiya ilə birlikdə iştirak edə bilir, hətta Rusiya-Türkiyə Müşahidə Mərkəzinin özü belə formal xarakter daşıyır. Bu missiyanın Türkiyədən olan nümayəndələri hətta yuxarı Qarabağ ərazisinə buraxılmayıb. Belə olan şəraitdə təbii ki, Ermənistanın hərbi müttəfiqi olan Rusiyanın nizamlanma prosesində hegemonluğu aşkar şəkildə ortalığa çıxır. Hesab edirəm ki, ən böyük uğursuzluq əsasən bu sahədə olub, ancaq üstün cəhətlər də var. Azərbaycan-Türkiyə-Pakistan hərbi qüvvələrinin birgə hərbi təlimlərinin keçirilməsi, Türkiyənin post-sovet məkanında yalnız Azərbaycanla yox, həm də Qazaxıstan və Orta Asiya ölkələri ilə əməkdaşlıq istiqamətdində atdığı addımlar regionda baş verəcək hadisələrin nikbin perspektivinə inanmağa əsas verir.
Rusiya isə faktiki olaraq Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışan və öz təsir imkanlarını Azərbaycanda daha da artırmaq istiqamətində fəaliyyət göstərən bir dövlətdir. Rusiya hərbi kontingentinin Azərbaycan ərazisinə gətirilməsi Rusiyanın Azərbaycan üzərində hərbi təsir imkanlarını xeyli dərəcədə artırıb. Rusiya hərbçilərinin yuxarı Qarabağda yerləşməsi yalnız Azərbaycanın bu ərazisi üçün yox, bütövlükdə dövlətin suverenliyi üçün təhlükədir. Bunu Azərbaycan cəmiyyəti, xalqı, hakimiyyəti nəzərə almalıdır. Bu təhlükənin qarşısını almaq mümkün olduqca daha tez, ən geci 4 ildən sonra həll olunmalıdır. Rus silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasına nail olmaq üçün durmadan düşünməli və bu istiqamətdə xarici siyasətdə, xüsusilə diplomatik sahədə təşəbbüskarlığı artırmalıyıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Dünən, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Dünən, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Dünən, 14:57 |
|
|
|
|